adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 15:13
1003
ŞOU-BİZNES

Aktrisa: “Evlən, bir uşağın olsun boşanarsan”

Aktrisa Zarina Qurbanova açıqlaması ilə gündəm olub.

Adalet.az bildirir ki, şəxsi həyatı ilə bağlı maraqlı faktları qeyd edib:

“Hər kəs məni aktrisa kimi tanıyır. Ancaq müğənni kimi də təhsilim var. Yəni təsadüfən oxumuram.
Bizim cəmiyyətdə elə fərqli fikirlər var ki, adamı dəhşətə gətirir. İndi 33 yaşım var, hələ ki qarşıma elə bir insam çıxmayıb ki, deyim ki, bu insan ailə qurmaq istədiyim adamdı. Ətrafımızdakı insanlar bizə düz yol göstərmirlər. Elə insanlar olub ki, mənə deyiblər ki, el görsün deyə evlən bir uşağın olsun boşanarsan. Bu nə düşüncədir axı?! İnsan yalnız uşağı olsun deyə ailə qurarmı?! Bu nə eqoistlikdir, heç cürə anlamıram”.

Əntiqə