adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 14:08
457
SİYASƏT

Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalandı

Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

    Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.