adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 14:54
837
DÜNYA

Köhnə dostlar: Amerikalı Hollivud ulduzu Putinin "andiçmə"sində

Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. Bu andan etibarən Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.

Böyük Kreml Sarayında keçiriləcən andiçmə mərasiminin qonaqları arasında məşhur Hollivud aktyoru Stiven Siqal da var. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki,  Siqal 2018-ci ildə Vladimir Putinin əvvəlki andiçmə mərasimində də iştirak edib.

Qeyd edək ki, amerikalı aktyor Stiven Siqal Putinin yaxın dostudur və 2 il əvvəl  70 yaşı tamam olarkən ad gününü Moskvada qeyd etdi. Restoranlardan birində keçirilən mərasimdə rusiyalı bəstəkar, prodüser Viktor Drobış, aktyor Aleksey Çadov, aparıcı Vladimir Solovyov, Marqarita Simonyan və başqaları iştirak edib:“Xoşbəxtəm ki, bu gün sizlərlə birlikdəyəm. Siz mənim ailəm, dostlarımsınız. Hamınızı sevirəm. Birlikdə dayanırıq: çətin, bolluq, qıtlıq vaxtlarında” deyə, aktyor çıxışı zamanı vurğulayıb.

Xatırladaq ki, Stiven Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşımında hər iki tərəfi dəstəkləməsi hər iki ölkənin mediasında tənqid olunub.

 Əntiqə Rəşid