adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

100 il sonra yenə bizim olan foto - Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
51949 | 2020-07-23 09:30

10 min kilometr uzaqda, Nyu-Yorkun Elmira şəhərindəkibir evdə 10 yaşlı bir uşaq atasının iş otağında oturub uşaq həyacanıyla məktubyazırdı.

"QaziMustafa Kamal Paşa

Ankara, Türkiyə

Hörmətli cənab!

Mən 10 yaşlı biruşağam.

Türkiyə və yenihökümətinə böyük bir marağım var.

Siz və xanımınızhaqqında bir çox yazı və rəsm yığmışam.

Türkiyə haqqındabir dəftərim var.

Siz və xanımınızhaqqında bir neçə reportaj, müsahibə oxudum.

Xahiş edirəm,bir Amerikalı uşağa kiçik bir qeyd və imzalı şəklinin göndərin.

Bir gün Türkiyənigörə biləcəyimə ümid edirəm.

Hörmətlə

CurtisLaFrans!"

Məktub Ankarayaçatdı.

Mustafa Kamal buməktubu oxudu.

İş otağınagirdi, oturdu, cavab yazdı.

Bu MustafaKamalın ABŞ-a yazdığı ilk rəsmi məktub idi.

"TürkiyəCümhuriyyəti Rəyasətindən

xüsusilə

Mister CurtisLaFransa,

Məktubunuzualdım.

Türk Vətənihaqqında maraqlandığınıza və xoş diləklərinizə görə təşəkkür edirəm.

Arzunuzu nəzərəalıb bir dənə imzalı fotomu göndərirəm.

Həyatda nailiyyətlərəvə səadətə qovuşmağınızı arzu edirəm.

Türkiyə Rəisicumhuru

Qazi MustafaKamal..."

Atatürkə olansevgisi onun ölümünə çevrildi

Hələ 10 yaşındaolan Curtis Amerika azadlıq mübarizəsinin qəhrəmanı, yeni qitəyə müstəqillikfikrini aşılayan fransız aristokrat Lafayettenin soyundan idi.

Fransainqilabının ən güclü xarakterlərindən biri olan Lafayette Amerika azadlıqsavaşından xəbər tutan kimi Filadelfiyaya getmiş, ingilislərə qarşı vuruşanamerikanlıların cəbhəsində yer almış, general olmuş, Corc Vaşinqtonla birlikdəingilisləri darmadağın eləmiş, "iki dünyanın qəhrəmanı” elan edilmişdi.

Hə, belə biradamın soyundan gələn Curtis azadlıq, müstəqillik hekayələriylə böyümüşdü.

O uşaq olmağınabaxmayaraq "müstəqillik” anlayışının dünyadakı ən hörmətli həyat tərzilərindənbiri olduğunu bilirdi.

Amerika qəzetlərində Türk qurtuluş Savaşı ilə əlaqədarxəbərləri maraqla oxumuş, "The Saturday Evening Post” dərgisindəyayımlanan Mustafa Kamal Atatürklər müsahibəni oxumuş, oxuduqca heyran olmuş,yeni qurulan şəhər Anqoraya marağı artmışdı.

Çatarmı,çatmazmı, ciddiyə alınarmı, alınmazmı deyə düşünmədən yuxarıdakı məktubunuyazmışdı.

Üstündən 75 ilkeçdi.

75 il boyuncaTürkiyənin bu məktubdan xəbəri olmadı.

Çünki MustafaKamal Atatürk bu məktubu fürstədən istifadə edib propaqanda üçün, TürkiyəCümhiriyyətinin reklamı üçün yazmamışdı.

Nə qəzetlərinxəbəri olmuşdu, nə də Amerika konsulluğuna deyilmişdi.

10 min kmuzaqdakı 10 yaşlı bir uşağın səmimi duyğularına səmimi bir cavab vermişdi,vəssalam!

Curtis böyüdü,Yale Universitetində oxudu, texnika mühəndisi oldu, Kolumbiya Universitetindəmenecmentliyi bitirdi, Çexiyaya getdi, Praqa Çarles Universitetində Slavyandilləri ixtisasında oxuyarkən II dünya müharibəsi başladı, ölkəsinə qayıtdı,ailəsinin şirkətinin başına keçdi, fabrik yaratdı, yanğınsöndürən maşınlarıistehsal etdi, Avropadan Afrikaya qədər onlarla ölkəyə ixracat həyəta keçirtdi,çox varlı bir iş adamı oldu. Newport Sənət Muzeyinin, Tarix Qurumunun, NewportMusiqi Festivalının, Redwood kitabxanasının ən böyük sponsoru oldu, "ilinxeyirxahı” mükfataını aldı.

85 yaşında ikənABŞ-da yaşayan Saliha Sulander adlı türk vətəndaşı ilə təsadüfən tanış oldu.

Söhbət söhbətigətirdi, Mustafa Kamal ilə məktublaşmasını ona danışdı.

Saliha xanımqulaqlarına inanmırdı.

Məktubdan heçkimi xəbəri yox idi.

Amma əslində "AmerikanLife” dərgisi 1959-cu ildə bu məktubları dərc etmişdi. Bu qəzetin Türkiyədəkiversiyasl "Həyat”dərgisi də bu xəbərin türkcəsini dərc etmişdi, amma qəzetlərəyansımamışdı, az tirajlı dərginin arxivində toza qərq olmuşdu.

Saliha xanımdərhal türk səfirliyinə getdi, vəziyyəti danışdı.

Səfirliyinişçiləri Kurtislə əlaqə saxladılar, məktub araşdırıldı, dəqiqləşdirildi.Ankaraya xəbər verildi.

1998-ci il idi.

Bülənt Ecevitintəlimatıyla, Mədəniyyət Naziri İstemihan Talay tərəfindən Türkiyəyə dəvətolundu.

Kurtis qızı iləbirlikdə Ankaraya getdi.

"Poladlı deyəbir yer olduğunu bilirəm, rəsmi dəvətlərdən əvvəl Poladlıya getmək istəyirəm” -dedi.

Hamıya maraqlıdıidi ki, niyə Poladlı?

Sən demə, Kurtisis həyatına yeni başladığı dönəmdə Poladlı bələdiyyəsinə yanğınsöndürən maşınısatmışdı.

Poladlıyagetdilər, 40 il öncə satdığı maşın hələ də istifadə olunurdu.

Bəlli oldu ki,bu, Türkiyəyə ilk gəlişi deyildi.

1960-cı ildənetibarən dəfələrlə getmişdi.

Ankaranı,İstanbulu, İzmiri gəzmişdi, qayıqla Egey və Ağdəniz sahillərini gəzmişdi.

Hər gəlişindəAnıtkabiri ziyarət etmişdi, ona ömür boyu ilham verən Atatürkün qəbrininbaşında onu hörmətlə anmışdı.

Amma bu dəfəfərqli idi.

Bu dəfə TürkiyəCümhuriyyətinin rəsmi dəvətlisi olaraq Ankarada idi.

"Həyatımın ənduyğulu anını yaşayıram” - dedi.

Mustafa KamalAtatürkün ona göndərdiyi məktubu Anıtkabir muzeyinə ərmağa etdi.

Anıtkabirdəkitədbirdə qısa bir çıxışı oldu.

"1938-ci ildəAtatürkün öldüyünü eşidəndə 25 yaşında cavan, dəliqanlı bir oğlan idim. Niyəağladığımı heç kim başa düşməmişdi” – dedi.

2012-ci ildə 99yaşında ikən vəfat etdi.

Onun ölümü həyathekayəsinə yaraşan gözəl bir təsadüf oldu – 10 noyabr!

Və…

2020-ci il.

KurtisləAtatürkün məktublaşmasının üstündən hardasa 100 il keçdi.

Heç kiminağlının ucundan belə keçməyən bir hadisə baş verdi.

ABŞ-ın ən məşhurauksion şirkətlərindən biri olan "Jackson's International Auctioneers” rəsmiinternet səhifəsində elan verdi.

"Atatürkünimzalı bir fotosu açıq hərraca çıxarılacaqdı, 1923-cü ildə Atatürkün Kurtisəgöndərdiyi foto idi”.

24 iyunda hərracşirkətinin Iowa əyaləti Cedar Falls şəhərindəki mərkəz salonunda baş tutacaqdı.

Eynilə KursitsləAtatürkün 100 il öncəki məktublaşması kimi. Yenə Türkiyədə heç kimin xəbəri yoxidi, çünki türk mətbuatının ruhu belə xəbər tutmamışdı.

Doğrusu,kimsənin xəbərdar olması da mümkün deyildi.

Hərracsiyahısını kim tapacaqdı, kim oxuyacaqdı, kim Atatürkün adını tapacaqdı…

Möcüzə beləolsa, imkansıza yaxın idi.

O möcüzəgerçəkləşdi.

O hərracsiyahılarını yurdsevər bir gənc türk izləyirdi.

Gürkan Us…

İstanbul,Kadıköylü.

ABD'de TowsonÜniversitetində film və tv ixtisasına yiyələndi

20 ildir ABŞ-daVaşinqtonda yaşayır.

Konserttəşkilatçılığı ilə məşğul olan şirkəti var.

Türkiyədənsənətçiləri ABŞ-a gətirir, qastrollar təşkil edir.

Axırıncı dəfəqürurumuz Fazıl Sayı gətirdi, dörd şəhərdə konsertini təşkil etdi.

Könüllü səfirlikişçisi kimi işləyir, Türkiyənin musiqi yoluya tanıtmaq üçün ABŞ-da türkdərnəklərinə, federasiyalarına kömək edir, xüsusilə 29 oktyabr Cümhuriyyətşənliklərində bir qəpik pul almadan konsert təşkilatçılığını edir.

Eyni zamandamüdhiş bir kolleksionerdir.

Atatürk vəOsmanlı kolleksioneri.

ABŞ-dakı hərracşirkətlərini sistemli olaraq izləyir.

Atatürk vəOsmanlıya aid nə varsa, alır.

Bütün gəlirinibu işə xərcləyir.

Maddi gücüçatmasa, Türkiyədən kimin imkanı varsa, onlara məlumat verir ki, alsınlar,ABŞ-da qalmasın.

Osmanlı silahkolleksiyası var.

Osmanlı dövrünəaid qılınclar, tüfənglər yığır.

Evi muzeyəoxşayır.

Türkiyədəolmayan Osmanlı silahları belə var.

Hə, bax, buyurdsevər türk dəliqanlısı yenə hər zamankı kimi hərrac şirkətlərinin siyahısınıizləyirdi.

"Jackson'sInternational Auctioneers”- in satışa çıxaracağı Mustafa Kamal imzalı fotonugördü.

Gördüyü andanetibarən yatmadı.

Təxmini büdcənihazırladı.

Olar elə, olmazbelə., bəlkə pulum çatmaz deyə düşünüb kredit götürdü.

ABŞ-dakoronavirusla bağlı Iovaya gedə bilmədi, auksiona online qoşuldu.

24 iyun ekranbaşına keçdi.

Dörd amerikalıkolleksionerlə mübarizə apardı.

Ən yüksək rəqəmiverdi.

Tarixi fotonualmağı bacardı.

"Ödədiyimrəqəmin əhəmiyyəti yoxdur, mənə görə pul ölçülməz, qəpiyinə qədər, artıra biləcəyimyerə qədər artıracaqdım” – dediyi üçün rəqəmi bura yazmıram.

Türkiyədə o pulaev ala biləcəyini deyə bilərəm.

Auksionqaydalarına görə, kim satdı, bilmirik.

Amma artıq etibarlıəllərdə olduğunu bilirik.

Atatürkün əsgəri…

Gürkan Us kimigənclərimizlə qürur duyuruq!



Dilimizə uyğunlaşdıran: Eminquey


TƏQVİM / ARXİV