“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
“Xarici ölkələrə səfərlər sadəcə protokol xarakteri daşımamalıdır. Hər bir səfər milli maraqlarımızın beynəlxalq müstəvidə təmin olunması, dövlətimizin mövqeyinin möhkəmləndirilməsi və strateji hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü diplomatik addımlarla müşayiət olunmalıdır. Biz cənab Prezidentin bütün səfərlərində məhz bu siyasi fəaliyyəti müşahidə etmişik”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Politoloq bildirib ki, hər bir səfərin arxasında milli suverenliyin qorunması, strateji tərəfdaşlıqların gücləndirilməsi, beynəlxalq siyasi dəstəyin səfərbər edilməsi, iqtisadi və enerji diplomatiyasının inkişafı, regional təhlükəsizlik və sülh gündəliyinin irəli aparılması, geosiyasi balansların tənzimlənməsi kimi mühüm strateji hədəflər dayanır:
“Bütün bunlar onu göstərir ki, Azərbaycanın diplomatik imkanlarının, siyasi iradəsinin və dövlətçilik strategiyasının beynəlxalq müstəvidə təmsilçiliyi mükəmməl formada etibarlı əllərdədir. Əslində, güclü diplomatiya milli maraqların beynəlxalq səviyyədə səfərbər edilməsidir. Türkiyəyə və İrlandiyaya səfərlər zamanı bunun bir daha şahidi olduq”.
R.Hüseynov deyib ki, hər iki səfərin əsas siyasi məzmununda Türk dünyasında strateji müttəfiqliyin möhkəmləndirilməsi, Avropada siyasi və diplomatik əlaqələrin genişləndirilməsi dayanır:
“Bütün bunlar Azərbaycanın dəyişən geosiyasi şəraitdə beynəlxalq mövqelərini daim gücləndirmək strategiyasının tərkib hissəsidir. Dublində Azərbaycanın Avropadakı siyasi çəkisi, Ermənistanla sülh məsələsi, Ukrayna ilə münasibətlər və Böyük Britaniya ilə strateji tərəfdaşlıq, Türkiyədə isə regional təhlükəsizlik, müttəfiqlik və birlik mesajları səfərlərin dövlətimizin milli maraqları baxımından daşıdığı geosiyasi əhəmiyyəti aydın şəkildə ortaya qoyur. Dəyərli soydaşlar! Zəfərdən sonra həyata keçirilən bu səfərlər Azərbaycanın müasir xarici siyasətinin mahiyyətini və strateji hədəflərini nümayiş etdirir. Artıq biz prosesləri kənardan müşahidə edən deyil, onların formalaşmasında söz sahibi olan dövlətik”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Noyabr 2026 10:44
“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57
"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00


Bakı -°C

