adalet.az header logo
  • Bakı -°C

Tramp ATƏT-in uğursuz yolunu təkrar edir?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
197 | 2025-12-15 10:24
A- A+

 ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunması üçün növbəti addımını atır. Ağ Ev rəhbərinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni biznesmen Cerald Kuşner, münaqişənin həll ilə bağlı Ukrayna nümayəndələrilə danışıqlar aparmaq üçün, ABŞ nümayəndə heyyətinin tərkibində Berlinə gediblər.

Bu barədə məlumat verən Bild mətbu orqanı bildirir ki, danışıqlar,  Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Günter Zautter və Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovla aparılır.

Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram-kanalında bildirib ki, o da, ABŞ və Avropa İttifaqı nümayəndə heyyətləri ilə danışıqlar aparmaq üçün Berlinə gedəcək.

 ATƏT də, düz otuz il erməni separatçıların beynəlxalq hüquqa zidd tələblər irəli sürmələri  ucbatından heç bir nəticə əldə etməyəcəyini bilə-bilə, gah "aranda", gah "turanda" Azərbaycan və Ermənistan nümayəndə heyyətləri ilə saysız-hesabsız gprüşlər keçirir, danışıqlar aparırdı. Sonda, Ali Baş komandanımız "dəmir yumruğu" ilə məsələni özü həll etdi.

İndi, ABŞ prezidenti və administrasiyasıda yaxşı bilirlər ki, Ukrayna və ukraynalılar, heç vaxt Rusiya tərəfinin irəli sürdükləri,  məğlubiyyətə bərabər tələbləri ilə razılaşmayacaqdır. Lakin... cəhdlərini davam etdirirlər.

 

TƏQVİM / ARXİV