adalet.az header logo
  • Bakı -°C

Telefon bizim evimizi yıxıb... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
177 | 2025-12-12 10:03
A- A+

 Mobil telefonlar və sosial şəbəkələr olandan sonra  insanlar bir- birindən yaman uzaq düşüblər! Sanki yer üzündə peyda olan  bu hər iki qüvvə insanlar arasında bir uçurum yaradıb. Belə baxanda mobel telefonlar yaxşı şeydi ey! Evində oturub , dünyanın o başında olan insanlarla əlaqə yaradırsan.

Və hətta görüntülü danışı  həmin adamın nəfəsini də  hiss edirsən. Eləcə də , bir  çox vacib işlərini  bu cihazla gerçəkləşfirirsən! Belə baxanda bunun nəyi pisdi!Əlbəttə, heç nəyi! İstənilən informasiyanı, istənilən məlumatı onun vasitəsilə ala bilirsən! Amma adam da var ki, sutkanın 24 saatının 15 saatını telefonla keçirir! Və piyada yol gedəndə də, habelə yolu keçəndə də gözlərini telefonun ekranından çəkmir.Belə  piyadaları avtomobil   vura bilər , eləcə də, həmin ekrandan gözlərin çəkməyən  gənclərin bir neçəsi ilə Allaha and olsun küçədə toqquşmuşam.

Demişəm ki, ay oğul, ay qız başını qaldırıb bir yola bax da! O da heç nə eşitməyibmiş kimi yoluna davam edib və başqa bir adamla toqquşub! Telefon insanların ünsiyyətini də məhv edib. Bacı , qardaş, əmioğlu , dayıoğy illərlə bir- birinin qapısını açmır, ancaq bir- birilə telefonla əlaqə yaradır. Və bir də eşidir ki, əzizi rəhmətə gedib.

Bax onda oyanır və  deyir ki, kaş onunla heç olmasa , bir dəfə görüşəydim! Artıq hər şey geç olur! Yəni " qatar" gedib.Beləcə biz doğmalarımızdan soyuyur, xəstə olanda , çətin vəziyyətdə ona baş çəkmirik. İtirəndən sonra isə bir dizimizə, bir də başımıza döyürük! Bir neçə gün bundan əvvəl metroda bir hadisənin şahidi oldum və onların bu hərəkətlərindən üşüdüm! Deməli belə.Bir qəşəng qızla, qəşəng oğlan vaqona daxil olub əyləşdilər. Hiss olunurdu ki, sevgilidilər. Amma hər ikisi oturan kimi gözlərini mobil telefona dikdilr.

Beş- altı dəqiqədən sonra  oğlan yatdı. Zalım oğlu elə bil ki, yorğan- döşəkdə  yatmışdı. Qız telefonla yatmış sevgilisini çəkməyə başladı.Və beləcə sonuncu stansiyaya qədər oğlan yatdı və qız da onu çəkdi. Sözümüzü canı odur ki, telefon çıxsndan sonra sevgi adiləşib, solub və gözəlliyin itirib... Nə isə ... Bax telefon bizi beləcə bir- birimizdən soyudub və sevgimizi , məhəbbətimizi, insanlığımızı əlimizdən alıb.

Bəs , indi biz bu ülvi hisslərimizi necə geri qaytaraq??? Ya telefonu atıb  sevgidən, ünsiyyətdən,insanlardan yapışmalıyıq, ya da onları atıb telefondan! Hansını seçək , qardaşlar???

TƏQVİM / ARXİV