Kəlbəcərin bal kimi şirin adamları... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
107 | 2025-08-23 14:08

Kəlbəcər dünyanın ən gözəl yeridi desək, fikrimizdə heç də yanılmarıq. Ən azından ona görə ki, orada olan güllər, çiçəklər, qeyri - adı yaşıllıqlar dünyanın çox yerində yoxdu. Və o güllərdən, çiçəklərdən  Cənnət ətri gəlir. Çünki o torpaqlar erməni işğalından azad edilərkən şəhid qanıyla suvarılıb.Ona görə də şəhidlərin qanı lalələrdə, güllərdə, çiçəklərdə  hopub və yenidən bizə gül kimi, çiçək kimi qovuşur! Sanki külək onları tərpətdikcə bizimlə danışmaq istəyirlər və danışırlar.

Və görürlər ki, biz onların səsini , nəfəsini duyuruq! Nə gözəl! Kəlbəcərin havası da gözəldi, çəməni də gözəldi, gülü də gözəldi, çiçəyi də gözəldi... Bir sözlə, başdan- ayağa bir nağıl , bir Cənnətdi  Kəlbəcər! Oranın balı da heç yerin balına oxşamır. Və o baldan hər gülün, hər çiçəyin ətri, dadı hiss olunur. Cənab Ali Baş  Komandan , Prezident İlham Əliyev dəfələrl Kəlbəcərə səfər edib və hər səfərdə də yeni- yeni tikintilərin , sosial obyektlərin açılışını edib.

Son səfərində isə Prezident İlham Əliyev bir çox obyektlərin təməlqoyma mərasimindən , açılışından sonra Kəlbəcər sakinləri ilə görüşəcək yeni mənzillərin açarını onlara verərək səmimi söhbət edib. Hətta  cənab Prezident arıçılıq təsərrüfatı ilə məşğul olan bir sahibkarla da görüşüb və onunla çox səmimi söhbət edib. İlham Əliyev deyib ki, mən sizin verdiyiniz baldan hər gün özüm də yeyirəm, pay da göndərirəm. İndi Kəlbəcər balının şirinliyinə bir  baxın!    

Kəlbəcərin adamları da bal kimi şirindi; bal kimi şirin  Məmməd Aslan, bal kimi şirin Şücaət, bal kimi şirin Adil Cəmil, bal kimi şirin Hidayət Elvüsal və bal kimi şırin İbrahim məllim... Hər insan öz torpağına, öz yurduna,öz Vətəninə  oxşayır... Kəlbəcərlilər də  Kəlbəcərə bənzəyir... Havası, suyu, gülü, çiçəyi , balı kimi insanları da saf, duru, aydındı... Və belə insanlar yalançılıqdan, satqınlıqdan və  ikiüzlülükdən uzaqdı. Onların bir sifəti, bir amalı var; dürüstlük, haqq- ədalət və səmimiyyət!!! Bax belə! Mən kəlbəcərliləri  elə belə də tanıyıram!!!

TƏQVİM / ARXİV