Ruslan mənə gəncliyimi xatırlatdı. Onun şeirlərini oxuyarkən Qarayazı meşəsini, Kür sahilini, qara suyun lal axarını, meşə talasında çiçəkləmiş tək alça ağacını xatırladım. Qəribə taleyi vardı o tək alça ağacının. Qalın qarayazı meşəsinin lap kənarında "Çaxrax" deyilən su qovşağının arxa tərəfində, qalın ağaclarla, qızılca kollarıyla əhatə olunmuş iri talanın tən ortasında bitmiş bu alça ağacı baharın ilkindi çağında ağappaq şölə saçan bir çırağa oxşayırdı. O boyda meşədə, o qədər çiçəkləmiş ağac bolluğunun içində gəlinlik rübəndini taxmış bakirə bir qızıa bənzəyən o alça ağacını çox sevidim, təkçə ona vurulmuşdum...
Buruq taleli o alça ağacı çox yaşamadı. Bir səhər onunla görüşə gedəndə gözümə inanmadım. Yoxa çıxmışdı budaqları çıtraq alçalarla bəzənmiş, ilk barını dünyaya gətirmiş alça ağacı. "Niyazi" sovxozunun yeniyetmə uşaqları o başına, bu başına dirəklər basdırıb futbol meydançası etmişdilər həmin talanı. Alça ağacını isə dibindən kəsmiş, hətta kökünü belə qazıb yerindən qopartmışdılar. Elə o gündən futbolu, dünyanın bir nömrəli azarkeşi olan futbol oyununu sevmirəm. (Futbol azarkeşləri məni qınamasın)
Hər gözəl şeir nümunəsi könlümü silkələyəndə o alaça ağacı da yadıma düşür nədənsə.
Ruslanın şeirləri çox kövrəkdi, çox safdı, çox işıqlı və cox ətirlidi.
Yola tikmirəm gözümü,
Yol özün tikir gözümə.
Kimi görmək istəmirəm,
Gözlərin dikir gözümə...
Bu ağrıdan ayır məni,
Ki, yola salmayır məni.
İlan da çalmayır məni,
Zəhərin tökür gözümə...
Çiynim ağır yük götürüb,
Kömək də yox, tək götürüb.
Bəxtim ağ lələk götürüb,
Qarasın çəkir gözümə...
Gecə şam da yanır gedir,
Ölürsə, qazanır, gedir.
İşıqlar uzanır, gedir,
Qaranlıq çökür gözümə...
O çox gəncdi. Buna baxmayaraq poeziya dilinin nə olduğunu bilir, hansı sözü necə və harada işlətmək fərasiti məni çox sevindirir.
Politrada iki rəngə uyğun olmayan üçüncü rəngi qatan rəssam naşıdırsa, rənglərin dilini, bir-birinə münasibətini duymursa, alınan qarışıq çirk olur, kətan üzərində xoşagəlməz bir ləkəyə oxşayır. Sözün də politrası var. Orada bişməmiş bir söz mətnin arasında çirk kimi görünür. Çox sevinirəm ki, Ruslanın söz politrasında yabanı bir söz, bir rəng bir ətir yoxdur.
Bəxtim ağ lələk götürüb,
Qarasın çəkir gözümə...
Görün nə qədər gözəldi. Qara rənglə aq rəngin mənzərəsini bundan mükəmməl çəkməkmi olar? Bu əsil şair sözü, əsil poeziya nümunəsi deyilmi?
Dilinin saflığını qorumağı bacarır, sözlə sevgilisi kimi rəftar edir, onun nazını çəkməkdən usanmır, telərinə çiçək çələngləri hörməkdən yorulmur. Cinas klassik təkkə aşıq ənənənsinin boyalarıdı. Bu boyalardan cox zaman təcnislərdə istifadə olunur. Özünü zorlayıb təcnis yazmaq eşqinə düşmür Ruslan, o bəlkədə hiss etmədən sözləri elə yerbəyer edir ki, cinaslar da gəlib öz yerində otururlar:
... havalar da dəyişdi,
səni kimi, eybi yox...
sürüdüyüm ömrümün
sənə kimi eybi yox...
... soyuqluğun qonaqdı,
otaqdakı tüstüyə...
mən kağıza bürünnəm,
otaq da ki, tüstüyə...
... sən hər səhər mənimçün,
doğulursan şəkildə...
mən siqaret çəkəndə,
boğulursan şəkildə...
ala bilmədin məni,
əlindən bu zəhərin...
qabaq alıb atardın,
əlimdən bu zəhəri...
... bəlkə də gözlərindən,
Əli yaxşı düşməyib...
bəxtə bax ki, şəkildə
əlin yaxşı düşməyib...
Mən onun rəssamlıq qabiliyyətini də aydınca görürəm. Onun çəkdiyi bu şəkildə əlin yaxşı düşmədiyini anlamaq olur. Mən həmişə bu fikirdə olmuşam ki, rəssam çəkdiyi tabloya şair kimi yanaşmalı, şair isə hər nümunəsini rəssam kimi işləməlidi. Ustad rəssamlar deyirlər ki, tablodakı təsvirlər canlı olmalıdı, nəfəs almalıdı, çiçəklər ətir caçmalı, daş öz sərtliyini, ipək öz zərifliyini nümayi etdirməlidi. Şeir də belə olmalıdı, hər misra canlı, səsli, ətirli, nəfəsli olmalıdı.
Baxın, bu dumduru, əlvan boyalarla işlənmiş bir tablodur ki, hər şey çox canlı, çox romantik təsvir olunub. Bir dənə də olsun əlavə ştrix, yad bir boya yoxdur. Burada yenə də aparıcı rəng, yəni koloriti təşkil edən ana rəng hamının bacara bilmədiyi cinaslardı. Burada cinaslar öz yerinə çiçəklər çəmənə yaraşan kimi yaraşır:
... yenə dünənki axşam,
yenə evdə təkcəsən...
hər şey gözə oturub,
ayaq üstə - təkcə sən...
... yenə sönüb işıqlar,
qonşu da yox, qaçasan...
sənin gəzdiyin işıq,
qonşuda yox qaçasan...
... bir də yaxşı fikirləş,
qurşunu götürməmiş...!
burdan elə qaçardım,
başımı götürməmiş...
... vaxta var, bir tikiş vur,
onun yarsına gözlə...
ürəyinə damıbsa
onun yarsını gözlə...
Ruslan Dost Əlinin ruhu təzə olduğu qədər də təravətlidi. O şeir yazmaq xatirinə şeir yazmır, özünü, poeziyaya əriyib qarışan özünü misralara düzür, sonra özünə uzaqdan tamaşa edir.
Kölgən çox dəyişməyib,
sənə baxan yerdə, ha...
gözümə ağ görünür,
kölgən düşən yer daha...
... çək pərdəni, güzgünə
pəncərədən gün düşür...
yadıma sən düşəndə,
divara kölgən düşür...
.. şəklini gün bozardıb,
sən niyə qaralmısan...?
yaylığın da qaradı,
olmazdı qaralmasan...?
... sus! axı and içəsən
ta, niyə, bildim səni...
kölgən yaxşı ki, varmış,
tanıya bildim səni...
Ruslan özünü, sözünü tapmış şairdi. Mən cəsarətlə ona şair deyirəm. Bu ad çox ağır bir addı və Ruslan sevinməsin ki, bu adı ona yaraşdırdıq. Əksinə, bu ad yükləndi onun çiyninə. Bu adı çəkmək üçün fil gücün, dəvə səbrin olmalıdı. Bu yol asan yol deyil və ilk addımlarından bu yola uğurla çıxmış Ruslan Dost Əliyə çox inanıram.
Bu nümunələr fikirlərimi tam təsdiq edə bilər:
... fil qulağında yatma,
durarsan ki, mən yoxam...
görüb yatarsan, durub
görərsən ki, mən yoxam...
... gördüyün o yuxunu,
yozarsan, düzgün çıxar...
unutduğum pencəyin,
cibindən güzgün çıxar...
... tez götürüb baxarsan,
" bu qadın kimdi belə?
bu güzgüyə düşən üz,
görən kimindi belə? "...
... axı, hələ də gəlir,
şərab qoxusu səndən...
yuxun qaçıb, di gəl ki,
qalıb qorxusu sənnən...
Buradakı söz oynatmaları, fikir aydınlıqları peşəkarcasına edilmişdi. Gənc yazar üçün yol seçimi həmişə önəmli olub, bütün yolayrıclarından keçib özəl bir yolun sahibi olmaq onun uğurlarının təsdiqi deməkdi. Mən çox inanıram ki, hələ ilk və kövrək addımlarını atan Ruslan Dost Əli bu yollarda büdrəməyəcək, həmişə öz sözünü deyəcək, ədəbi dünyamıza özünə məxsus tövhələrini verəcək. Çox arzu edərdim ki, təsir altına düşməsin, bir başqasını yamsılamasın, içini böyütməklə məşğul olsun. İçi böyük olanın sözü də böyük olur.
Neçə vaxtdı akvarellə yağışlı bir mənzərə işləmək qərarındayam. Akvarellə işləməyi çox sevirəm. Hər gözəl akvarel işi Ruslanın sözlə işlədiyi tablolar qədər maraqlı, dadlı-duzlu olur.
Başdaşın yuyar, dirini
yumaz bu yağış bu yağış.
Yumaz dünyanın kirini,
yumaz bu yağış, bu yağış.
Qəlbimizin yarasını,
günümüzün sarısını,
üzümüzün qarasını
yumaz bu yağış, bu yağış.
Bəxti nə yuyun, nə kəsin,
Kimsə yeməz bir tikəsin...
Aynadan vicdan ləkəsin,
Yumaz bu yağış, bu yağış.
Nədir bu yağışın sonu?
Damcısı gözümdə donur.
Alnımızın yazısını
Yumaz bu yağış, bu yağış...
Mən həmin yağış mənzərəsini işləməyə hazıram. Ruslan Dost Əli gönlümə yatan şairlərin birinə çevrildi. Yurdun mübarək, bala. Sənin haqda çox yazardım, yazdıqca doymazdım. Bizə qədər gələn yolları sənə qədər yaşadıq. Sən üzü sabaha yol gedirsən. Yolun mübarək. Bu yolu daşıyacaq qullardan biri kimi sənə QUL ömrü arzulayıram.
Yolçusansa, yol yarın.
Haqqa sarı yol varın.
Yol quldu,QUL yolların
QULLARINA eşq olsun.
P.S. Ruslan Dost Əli (Əliyev) 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. 2010-cu ildə Xanərəb kənd tam orta məktəbini bitirmişdir. Uşaq vaxtlarından poeziyaya marağı olsa da, on səkkiz yaşından sərbəst yazmağa başlamışdır. 2010-cu ildən bəri müxtəlif qəzetlərdə və saytlarda dərc olunur. 2011-ci ildə Heydər Əliyev adına "Zirvədən-Zirvəyə " fəxri diplomuna laiq görülmüşdür. 2012-2013 cü illərdə "Zərif beyit "lərimiz adlı topluda və Türk Dünyası Şairlər Antolojisi "Antaliya Sanat Dərgisi"ndə çap edilmişdir.
2013-cü ildən Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, "Gənc Ədiblər Məktəbi"nin üzvüdür.
Məmməd Dəmirçioğlunun təqdimatında