MAQATE: "AES-ə zərbə, nüvə partlayışından dəhşətli olacaq" -  Rüstəm Hacıyev yaızr

RÜSTƏM HACIYEV
121 | 2025-06-19 11:19

İranın "Buşer" Atom Elektrik Stansiyasına zərbə, ətrafın çirklənməsi və zəhərlənməsi həddi baxımından atom bombasının partlayışından güclü olacaq. Bu barədə MAQATE rəhbərinin müavini Mixail Çudakov bəyan edib.

 Peterburq beynəlxalq iqtisadi forumundakı çıxışında Çudakov qeyd edib ki, heç bir atom elektrik stansiyası müharibədən qorunmur. O, həmçinin bildirib ki, müasir raketlərin təhlükəsi ondan ibarətdir ki, bu raketlər çox asanlıqla kontaynmentləri ( nüvə reaktorlarının qoruyucu qatı) dəlib keçə bilir.

 "Stansiya atom bombası kimi partlamasa da, ətraf mühiti zəhərləməsi baxımından təhlükəlidir. Təəssüf ki, ətraf mühitin çirklənməsi, atom bombasının partlayışından daha təhlükəlidir"- deyə Çumakov jurnalistin sualını cavablandırarkən bildirib.

 MAQATE rəhbərinin müavininin sözlərinə görə, kontayment AES-də baş verə biləcək qəzalar zamanı radioaktiv materialların ətrafa yayılmasının qarşısını alan örtük qatıdır. "Sadəcə onun çatışmayan cəhəti, müharibələrdən qorunmamasıdır.

 Çudakov, "Buşer" AES-in daha əvvəllər, İran-İraq müharibəsi zamanı bir dəfə zədə aldığını bildirib.

 Allah özü qorusun...

 

TƏQVİM / ARXİV