20 Iyun 2025 15:12
122
ƏDƏBİYYAT

"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - Fotolar

"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.

Adalet.az
 bildirir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: "Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz..."

Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. "Ulduz"lu görüşlər"in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.

Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb.