DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Qaxda saxlanılan icra başçısı və digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.
Adalet.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, icra başçısı Musa Şəkiliyev, müavinləri və digər vəzifəli şəxslər rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinir.
DTX tərəfindən istintaq hərəkətləri davam etdirilir.
***
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Adalet.az News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.
Digər Xəbərlər

Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək

Səhiyyə naziri məzunlarla görüşdə: "Azərbaycanın sağlam gələcəyi sizin əlinizdədir”
jpg-1750423896.jpg)
Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur

Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə edib
