... Onun qədər, onun kimi elinə- obasına, yurduna- yuvasına bağlı olan adam çox az tanıyıram. Və ən qəribəsi də odur ki, bu insan ayağı vətən torpağına deyəndə bütün ağrı- acısını, dərdini- kədərini unudur, özünə göyün yeddinci qatında hiss eləyir.
İllərdir , onun haqqında ürəyimdə, qəlbimdə, içimdə olanları qələmə almaq istəmişəm, amma vəzifədə olduğu üçün yazmamışam.Ən azından ona görə ki, özündən icazə almalı idim və üstəlik də hüquq-mühafizə orqanlarında çalışdığı üçün yuxarıdan da bir razılıq alınmalıydı... Bax bu problemlərin mövcudluğundan o yazını və ürəyimdən keçənləri yaza bilmirdim, ancaq o yazı ürəyimdə hələ 30 il bundan əvvəl yazılmışdı, sadəcə olaraq ağ vərəqlərə köçürə bilməmişdim...
Hələ orta məktəbdə oxuyandan yaşıdlarından fərqlənirdi; tay-tuşları futbol oynayanda, o, kitab oxuyurdu, yaşıdları dava eləyəndə , o, uşaqlar arasında mehribanlıq, doğmalıq yaradırdı, yenə həmyaşıdları vaxtlarını boş - boş keçirəndə,o,özündən böyük, savadlı , ağıllı adamlarla oturub- dururdu... Ağır oturub, batman gəlirdi... Çox ciddi və səmimi bir uşaq idi... Tutduğu yol onu istədiyi arzuya doğru aparırdı... Və orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul ola bilməsə də ,ruhdan düşmədi... Hərbi xidmətə gedib , əsgərlik müddətini başa vurandan sonra ADU- nun hüquq fakültəsinə qəbul oldu...
Uzun əziyyəti tibb işçisi atası Mövsüm kişinin və anası Fıtat xanımın verdiyi tərbiyə, göstərdiyi yol , eləcə də onların tələbkarlığı onun arzusuna qovuşdurdu... Özü də bu ailə çox zəhmətkeş , dürüst və əməli- saleh ailə idi. Aydındır ki, onun bu yüksək mövqe qalxmasında ailənin təmizliyi, ədalətli mövqe tutması və halallığı çox önəmli əhəmiyyət kəsb edirdi...
Bir sözlə, Kamran Mövsüm oğlu Əhmədov vəzifə pilləsində yüksəldikcə bu dediyimiz amillər ona böyük köməklik edirdi. Qiyabi təhsil aldığı üçün anadan olduğu Füzuli rayonunun Böyük Bəhmənli kəndində məsul vəzifə təyin edilir.Öncə hüquq məsləhətçisi, daha sonra isə yaxşı işinə görə irəli çəkilərək partiya təşkilatının katibi vəzifəsinə irəli çəkilir...Cavan bir oğlanın belə bir vəzifəyə seçilməsi çox nadir hadisə olur, hansı ki, həmin vəzifəyə yüksək səlahiyyətli bir şəxsin qohumu təyin edilməlidir, amma birinci katibin Kamran Əhmədov savadlı, ədalətli gənc kadr kimi tanıması digər namizədi " oyundankənar" vəziyyətə salır.
Və təbii ki, o, bu etimadı əməli işi ilə doğruldur.Vəzifədə olanda öz ədalətli və səmimi hərəkətləri ilə Bəhmənlilərin böyük hörmətini qazanır.Sonra isə vəzifə pillələri... Ucaldıqca böyük təcrübə toplayır və bacarıqlı, savadlı , işgüzar kadr kimi tanınır... Dövlət Gömrük Komitəsinin sədri İbrahim Vəliyev tələbəsi olmuş Kamran Əhmədov savadlı, ədalətli və bacarıqlı gənc olduğu üçün Xudafərin Gömrük İdarəsinin qaçaqmal çılıq şöbəsinə rəis təyin edir. Bu vəzifədə də ,o, tapşırılan işə məsuliyyətli yanaşır və özünün bacarığı, istedadı və işgüzarlığı ilə seçilir... Sonradan isə Respublika Baş Prokurorluğunda işə qəbul olur...
Burda da yüksək vəzifələrdə çalışır və qüsursuz fəaliyyət göstərir. Qanunların aliliyinin işlədiyi yerdə təmin edilməsi üçün bir prokuror kimi öz üzərinə düşən vəzifəni məsuliyyət yerinə yetirir... Sonra Baş Prokurorun əmri ilə Ağdamda,Saatlıda və Xocavənd rayonlarında prokuror işləyir. Və son illərdə, təqaüdə çıxana kimi Respublika Baş Prokurorluğunda dövlət ittihamçısı işləyir. Onu hamı ədalətli, vicdanlı və vətənpərvər prokuror kimi tanıyıb. Xüsusilə də kasıb və kimsəsiz adamlara arxa durub və onların hüquqlarının tapdanmasına imkan verməyib.... Bizim kənddən respublika səviyyəsində tanınan və böyük hörmət qazanan iki prokuror olub: biri Şırxan Yusif oğlu Adıgözəlov, bir də Kamran Mövsüm oğlu Əhmədov! Və hər ikisi kəndimizə böyük şərəf gətirib.
Şirxan Adıgözəlov Allahın dərgahına qovuşub, amma bu gün də onun adı prokurorluq orqanlarında çox hörmətli xatırlanır və eləcə də Kamran Əhmədovun!!! Kamran müəllimi başqalarında fərqləndirən cəhətlərdən biri də el- obaya bağlı olması, Bəhmənli ilə nəfəs almasıdı.. O , rayon prokuroru işləyəndə belə elə ay olmazdı ki, kəndin xeyirnə - şərinə gəlməsin. Bir ay camaat onu görməyəndə deyirdilər ki, balam, Kamran müəllimə nə olub ki, görünmür. O, kəndimizə yol çəkdirdi, artezian quyu qazdırdı, transformator gətirti... elinə- obasına xidmət elədi və kəndin tarixinə öz adını qızıl hərflə yazdırdı...
Heç vaxt özünü çəkib başqaları kimi dağın başına qoymadı... Və hamıya öz diqqətini , sevgisini göstərdi... O, vəzifəni yüksətdi... hörmətə mindirdi... Və özü də ucaldı, vəzifə də... Vəzifədə olub, təqaüdə çıxanda sonra hər adam kəndinə başucalığı ilə gələ bilmir, amma Kamran müəllim gəlir... Və mən onun qədər Bəhmənlini çox istəyən, elinə bağlı olan az adam tanıyıram... O- böy ziyalı, gözəl insan, həmişə səmimiyyəti ilə seçilən Kamran Əhmədov Bəhmənlini çox istəyir, bəhmənlilər də onu...
Çünki ən yüksək vəzifəyə pilləsində belə Kamran müəllim Bəhmənlini unutmadı... Və Allah da onu unutmasın...