İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - FOTOLAR
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.
Adalet.az xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.
Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.
Digər Xəbərlər
25 Yanvar 2026 08:52
Hikmət Hacıyev və Vəhid Cəlalzadə arasında görüş baş tutub
24 Yanvar 2026 15:30
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
24 Yanvar 2026 14:18
Tramp yalnız iki ölkə lideri ilə təkbətək görüşdü
24 Yanvar 2026 12:08


Bakı -°C

