adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Yanvar 2019 13:27
37368
LAYİHƏ

Rəşad Məcid: “Atam öləndə elə bildim ki, indicə zəng edəcək...” - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakıxatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biridünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxularhaqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxularbizim şüurumuzda mövcud olan həyatımızdır.

Bu dəfəki qonağımız AYB-nin katibi, "525-ci qəzet”inbaş redaktoru, şair Rəşad Məciddir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxumənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu yalnız yadımda o zamanqalır ki, qəfil oyanıram və gördüklərim real həyatdakı kimi aydın şəkildəgözümün qabağında canlanır. Mənə elə gəlir ki, insan beynindəki davamlıdüşüncələr, narahatlıqlar hansısa formada, daha dəqiqi təhrif olunmuş şəkildəyuxulara köçür. Elm də bəzən yuxunu izah etməkdə aciz qalır. Mən davamlıdüşüncələri və narahtlıqları dedim, buna arzuları da əlavə edərdim. Arzular dayuxularımızda öz əksini tapır.


- Yuxularınız həyatınızanecə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxuya görə planlar qurmuram. Ancaq yuxu, əlbəttə, mənə təsir edir. Birstatus yazmışdım ki, qorxulu yuxudan diksinib ayılırsan... Gerçək olmadığına,yuxu gördüyünə əmin olursan! Xofu getdikcə azalır, özünə gəlirsən... Amma uzunmüddət bədəninin ən müxtəlif hissələrində ilişib qalan caynaqlarını hissedirsen!

Bəzən gerçək həyatda da qorxulu yuxu kimi hadisələr, adamlar olur. Həminyuxunu görəndən sonra hiss edirəm ki, bədənimdə fiziki ağrılar var. Qorxuluyuxular çox olur məndə. Əsasən 90-cı illərdə belə yuxular çox görürdüm. XüsusənQarabağın işğalından sonra. Hətta bu haqda yazım da var. Yazını əslən Şuşadanolan Hikmət Sabiroğluya həsr etmişdim. Mənə o zaman elə gəldi ki, yuxuda realŞuşanı görmüşəm. Elə bil Şuşanın başına qapaq keçiriblər. Biz sanki o şəhərigörə bilmirik. Sonra gördüm ki, bir darvaza var və o darvaza getdikcə başınaqapaq keçirilən şəhərdən uzaqlaşır. Biz adətən yayda Şuşada, Laçında olurduq.Oranın suları çox təbii və dadlı olurdu. Yay günləri tərin içində oyananda mənəelə gəlirdi ki, yuxularımda Şuşanın, Laçının sularını, göllərini görürəm. Axıyay ayları insanı sərinlik duyğusu bürüyür və sən istər-istəməz bu istəyiniyuxuda görürsən. Bu mənada düşüncələr, arzularinsan beyninin alt qatına təsir edir. Sizə deyim ki, nikbin yuxular az-azgörürəm. Məni xoşbəxt edən, ovqatımı yüksəldən yuxuları xatırlaya bilmirəm.Amma səhər oyananda özümü yaxşı ovqatda hiss edirəm və mənə elə gəlir, bu gecəgördüyüm yuxunun nəticədisir. Lakin bu yuxuları xatırlamaq olmur. Çünki xoşbəxtyuxu görəndə o yuxudan ayılamq istəmirsən Və ayılanda da xatırlaya bilmirsən.Narahat yuxular isə səni qəfil oyandırır. Ədəbiyyatda da fikir vermisizsə,şair-yazıçılar əzabı təsvir edə bilir. Xoşbəxtliyi yazan çox az nümünələr var.

Gördüyüm yuxuya görə planqurmaq mənə görə deyil. Düzü, bu cür əlamətlərə inamıram. Amm uşaq vaxtıqabağımdan keçən qara pişiyə görə əlimi bir cibimdən başqa cibimə qoymuşam(gülür).


- Qorxulu yuxularınızı da xatırlamırsınız?

- Yox, xatırlamıram. Bəlkə dəbu ona görədir ki, yuxularımın real hadisələrə elə də güclü təsiri olmur. Bunagörə də onları yadımda saxlamıram.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxuda deyə bilmərəm, ammaatam rəhmətə gedəndə tez-tez onun həyatda olduğunu düşünmüşəm. Yuxu ilə reallıqarasında bir ovqat olur. Yəqin ki, mən də həmin vaxtlar o ovqatda olmuşam. Eləbilmişəm, atam indicə zəng edəcək. Yuxumda adamlardan daha çox hadisələrigörürəm. Və qəfil oyananda yadıma düşür. Yuxularımda uçuram. Uçmaq detalı çoxolub. Son illərdə isə azalıb (gülür). Axırıncı dəfə gördüyüm yuxunuxatırlamıram. Yaxın adamını itirmək qorxusu yuxumda öz əksini tapır. Ancaq onunxofu mənə yuxunu unutdurur.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Mən o yozumlara inanmıram.Özüm öz intiusiyamla, təfəkkürümlə yuxunun kökünü, mənbəyini tapıram.Araşdırıram ki, bu yuxunu niyə gördüm, bu yuxu mənə nə verəcək və.s. Özümyuxularımın hansı səbəbdən yarandığını bilirəm. Yuxuları yozan, bu haqdakitablar yazan adamlara inanmıram.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxu insan beynində başverən mürəkkəb prosesdir. Onu elmlə yalnız təxmini müəyyən etmək olar. Amma ohadisə niyə yuxuya çevrilib, niyə yuxuda filan şey başqa cür təzahür edib və s…Bunu izah etmək çətindir. Hərdən olur ki, kimləsə söhbət edəndə 30 il əvvəldəbaş vermiş hansısa hadisə gözümün qabağına gəlir. Bu haqda çox baş sındırmışam.Çoxları buna dejavu deyib. Ancaq mən hesab etmirəm ki, bu dejavudur. Məsələn,ikimiz söhbət edirik, qəfil 17 yaşında dəmir yolu vağzalında gözləyən özümügörürəm. Və başlayıram araşdırmağa ki, niyə həmin anı xatırladım. Qəribədir ki,o anı işarə edən hansısa doğma cizgi və məkan da olmur. Qoxu, hava, mehin,küləyin, musiqinin səsi… Bütün bunlar da sənin yuxuna təsir edə bilər. Onlarında insan beyninə və düşüncəsinə təsiri var. Yuxunun səbəbi təkcə düşüncədənibarət deyil. Ola bilsin ki, mənim qəfil söhbətin ortasında keçimişdən nəyisəgörməyim də yuxudur.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbihələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxugörür. Sizin yuxular rənglidir?

- Rəngli yuxular çox azgörürəm. Nadir hallarda olur. Yəqin ki, nikbin yuxular elə rəngli yuxulardı.Elə bayaq dediyim kimi, onları xatırlaya bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Elə olub ki, realda buməsələnin həll olacağını düşünmüşəm və onu yuxuda görmüşəm. Sonra doğurdan daçin olub. Bu mənim narahtlığım və gözləntimlərimdi. Əksi də ola bilərdi,xoşbxətlikdən çin çıxdı. Yuxularımın əks çıxdığı da olub. 2009-cu ildə"Qarabağ”-"Rosenborq”la oynayırdı. Həmin oyun sıfır-sıfır oldu. Təkrar oyunBakıda baş tutdu və o gün Ağdamın işğal gününə, 23 iyuna təsadüf etdi. Mən də15 gün sərasər deyirdim, qəzetdə də elan verirdim ki, Ağdamın işğal günündə"Qarabağ” qalib gələcək, hamı yığışıb gəlsin oyuna baxmağa. Oyuna bir günqalmış dostum Aqil Abbasla "Qarabağ” klubunun bazasına getdik. Bizifutbolçularla görüşməyə dəvət etdilər. İstəyirdilər, biz onlara dəstək olaq,futbolçulara ruh verək. Deməli orda, gördüm ki, bizimkilərin hamısı balaboylufutbolçulardı, "Rosenborq”lu futbolçular isə yekəpər. Öz-özümə dedim ki, buqədər "Qarabağ”ın təbliğatını aparıram, hər yerdə deyirəm, qalib gələcək. Balacafutbolçulara baxanda dedim ki, ilahi, bunlar "Rosenborq”lu futbolçulara necəqalib gələcək. Aqil orda özünəməxsus şəkildə, ağdamlı lekisionu ilə danışır,oyunçulara ruh verirdi. Mən də Aqilin sözlərinə qüvvət verdim və dedim ki, sizo ruhu azarkeşlərdən ala bilərsiniz. Əlimi adaşım Rəşad Sadıxovun çiyninəqoydum, dedim biz 1-0 qalib gələcəyik, qolu da sən vuracaqsan. Bunu hamı eşitdivə mətbuat da dediyimi yazdı. Elə dediyim kimi də oldu. Rəşad Sadıxov cəriməzərbəsindən qol vurdu və oyun belə də bitdi. Oyundan sonra məndən müsahibəaldılar. Dedim ki, Topazda futbola variant yazırdım, amma bu dəfə sidq ürəklə"Qarabağ”ın qalib gəlməsini arzulamışdım. Rəşad Sadıxov da açıqlamasındademişdi ki, topu vuranda onun qapıya gedəcəyəni təxmin etmirdim. "Rosenborq”unqapıçısı da tam əksini dedi: "Topu külək qapıya salmışdı, o zərbə qololmamalıydı”. Halbuki həmin gün elə də külək yox idi. Orda topu vuran da,buraxan da mistik danışdı.

Bu cür hadisələr çox başımagəlib. Belə proqnozlarım çox olub və mən bunu yuxuyla, mistikaylaəlaqələndirirəm.


- Yazılarızda gördüyünüz yuxuların təsiri olubmu?Yuxudakı hər hansı detal yazılarınıza yaxud şeirinizə köçübmü?

- Olub elə şeylər. Eləmisralar olub ki, yuxudan ayılanda öz-özümə demişəm. Bir də yuxularımı essələrəköçürmüşəm. Birini bayaq dedim, onu çap etmişəm. Çap olunmayan isə çoxlu saydaessem var ki, onları yuxuda görmüşəm.


- Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözüvar: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hərbirinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necəfikirləşirsiniz?

- Materialst adamlar yuxugörərkən onun real səbəblərini araşdırırlar. Onlar üçün ruhi tərəf önəmliolmur. Mənsə özümü realist və romantik hesab edirəm. Məni xurafata inandırmaqmümkün deyil, həmişə elə şeylərə ironiya eləmişəm. Amma həmçinin ilahi varlığınqüvvəsinə, mistik hadisələrə inandığım zamanlar da olur.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardankimləri yuxunuzda görmüsünüz?

- Təəssüf ki, xatırlamıram. Çoxgüman görməmişəm. Şair, yazıçı dostlarımı yuxumda görmüşəm ancaq.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxularımızın hansısaqalaktikda davamı ola bilər. Amma o yuxuların bizi həqiqətə aparacağınainanmıram.


Söhbətləşdi: Oğuz Ayvaz