Kənan Qubadzadə sədr seçildi
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kənan Qubadzadəni Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədri vəzifəsinə seçilməsini təsdiq etdi.
Kənan Qubazadə 2011-ci ildən Gənclər Mərkəzinin üzvü və müxtəlif vaxtlarda isə təşkilatın ali məktəblərlə iş üzrə koordinatoru, layihələrlə iş üzrə koordinatoru, İcra direktoru, sədr müavini kimi fəaliyyət göstərmişdir.
Kənan Qubadzadə Gənclər Mərkəzinin müxtəlif layihələrinin rəhbəri kimi uğurlu fəaliyyət göstərmişdir. O, Gənclər Mərkəzini Gənclər Təşkilatlarının Milli Şurasında təmsil etmişdir. Kənan Qubadzadə fəaliyyəti ilə əlaqədar Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Şura, MQF tərəfindən fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif olunmuşdur.
Eyni zamanda, Gənclər və İdman Nazirliyinin xətti ilə beynəlxalq tədbirlərdə iştirakçı olmuşdur. Nəzərinizə çatdırırıq ki, Gənclər Mərkəzi İctimai Birliyi 2006-cı il mayın 26-da təsis olunub. Elə həmin tarixdə də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Gənclər Mərkəzi Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının və Milli QHT Forumunun tam hüquqlu üzvüdür. Məqsədi gənclərin hərtərəfli inkişafına dəstək olmaqdır. Gənclər Mərkəzi ölkə daxilində və xaricində müxtəlif layihələrin təşkilatçısı və iştirakçısı olmuşdur. Kənan Qubadzadəni təbrik edir, yeni işində uğurlar arzulayırıq.
Digər Xəbərlər
12 Iyun 2026 09:00
AZƏRBAYCAN DÜNYA ARENASINDA
05 Iyun 2026 09:00
DAĞLAR QOYNUNDA GÖZƏL BİR MƏKAN
02 Iyun 2026 10:05
Su mənbələri niyə quruyur?
01 Iyun 2026 11:36
Layihə Naxçıvan MR-də icra ediləcək
22 May 2026 09:00
O MİLLƏT XOŞBƏXTDİR Kİ, ONUN İSTEDADLI GƏNCLƏRİ VAR
20 May 2026 12:52
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi
20 May 2026 08:23
WUF 13 çərçivəsində “Şəhərətrafı ərazilərdə iqlimədavamlı kənd təsərrüfatı” mövzusunda panel müzakirəsi keçirilib
15 May 2026 09:00


Bakı -°C

