QHT Naxçıvan və Şirvanda tədbir keçirəcək
"Yeni Həyat-İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Böyük Qayıdışa dair təşəbbüslər” layihəsinin icrasına başlayıb. Layihə rəhbəri Ədil Ədilzadənin sözlərinə görə, 3 ay həyata keçiriləcək layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında ilə əlaqədar maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.
Layihə rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Aidiyyatı dövlət qurumların bu istiqamətdə gördüyü işlər barəsində ictimayyətə açıqlamalar verilir. Aparılan araşdırmalar onu deməyəy əsas verir ki, vətəndaş cəmiyyəti institutları bu prosesdə o dərəcə də aktiv iştirak eləmir. Bu baxımdan vətəndaşların dövlət proqramı barəsində məlumatlandırılması, həyata keçirilən işlərdə ictimai rolun artırılmasına ciddi ehtiyac var.
Onun sözlərinə görə, Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir. Sadalanan məsələlərin həllində vətəndaş cəmiyyəti institutlarının imkanlarından istifadə müsbət nəticələrin əldə olunmasına ciddi əsas verir.
Ə.Ədilzadə bildirib ki, təşkilat 3 aylıq layihə çərçivəsində Dövlət Proqramının icrası ilə əlaqədar aidiyyatı qurumlardan rəsmi məlumatlar toplayacaq. Bu məlumatların geniş ictimayyətə çatdırılması təmin ediləcək və Naxçıvan Muxtar Respublikasında, Şirvan şəhərində Millət vəkilləri və yerli İcra Hakimiyyəti orqanlarının iştirakı ilə tədbirlər keçirəcək. Bununla yanaşı KİV-də geniş maarifləndirmə işi təşkil olunacaq. Donor təşkilatın dəstəyi ilə layihə çərçivəsində 15 yazı hazırlanacaq. Bu yazılar Media Reyestrindıən keçmiş saytlarda yayımlanacaq. 2 internet verliş hazırlanacaq və yotube kanalı vasitəsi ilə canlı olaraq yayımlanacaq.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

