19 May 2024 00:13
2346
AVTOMABİL

Atmosferə normadan artıq zərərli qazlar atılır...    

Mayın 15-dən iyunun 15- dək respublika ərazisində "Təmiz hava" aylığı keçirilir.  

Hər il olduğu kimi , bu il də  ölkə ərazisində DİN- nin  Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə  " Təmiz hava" aylığına start verib.Aydındir ki, hər gün müxtəlif markalı nəqliyyat vasitələrindən  atmosferə normadan artıq zərərli qazlar atılır. Məhz adını çəkdiyimiz hər iki nazirlik birgə mübarizə apararaq bu problemin  həllinə çalışır. Artıq bütün ölkə ərazisində, o cümlədən  respublikasının avtomobil yollarındakı postlarda reydlərə başlanıb.

Belə reydlərdən biri də  Baş Dövlət Yol Polisi İdarəsinin  Ekoloji Nəzarət Bölüyündə keçirilib.  Keçirilən reyddə  yol polisi əməkdaşları ilə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  işçilər iştirak ediblər. Reyd zamanı onlar nəqliyyat vasitəsindən atmosferə normadan artıq zərərli qazların atılması faktları aşkarlanıb.Məlum olub ki, edilmiş xəbərdarlıqlara baxmayaraq bir çox sürücülər avtomobillərndəki texniki qüsurları vaxtında aradan qaldırmayıb, mövcud nöqsanlara göz yumublar! Buna görə də  həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib və 50 manat məbləğində cərimələniblər.

Reyddə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin baş inspektoru, polis polkovniki -leytenantı Toğrul Mustafayev dedi ki, bu reyddə bir daha aydınlaşdı ki, bəzi sürücülər həqiqətən də  istismar etdikləri nəqliyyat vasitələrini vaxtında texniki baxışdan keçirmir, göstərilən nöqsanları aradan qaldırmır və nəticədə avtomobillərdən atmosferə normadan artıq zərərli  qazlar atılır. Bu isə təmiz havamızın çirkləməsi və ekoloji tarazlığın pozulması deməkdir. Ona görə də fiziki, hüquqi və vəzifəli şəxslər bu tədbirdən nəticə çıxarmalı, öz məsuliyyətlərini dərindən dərk etməlidirlər. Bir sözlə, təmiz havanı qurumaq tək iki nazirliyin deyil, bütün cəmiyyətin borcudur!

Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov keçirilən reydlə bağlı fikirlərini ifadə edərək dedi ki, ilk günlərin nəticəsi göstərdi ki, hələ də nəqliyyat vasitələrni texniki cəhətdən saz saxlamayan kifayət qədər sürüculər var. Biz öncə onları maarifləndiririk, amma nəticə çıxarmayanda inzibati məsuliyyətə cəlb edirik! Reyd zamanı məlum olub ki, atmosferə ən çox zərərli qazlar Sovet istehalı olan" VAZ" markalı avtomobillərdən və  " Kamaz", "Kıraz" ,  " Şadman"  kimi  yük maşınlardan atılir.

Ümumiyyətlə, hər bir sürücü " Təmiz hava" aylığında diqqətli olmalı, yol polisinin tövsiyələrinə əməl etməlidir. Çünki qanunu pozan hər hansı sürücü mövcud nöqsanı vaxtında aradan qaldırmazsa, o, ikinci  dəfə də cərimə ediləcək! Birmənalı olaraq qanuna riayət etmək bu problemin ən yaxşı çıxış yoludur!

Emil Faiqoğlu