"Su mübahisələri qlobal münaqişələrə səbəb olur" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 18-də dünyada münaqişələrin alovlanmasında su mənbələri ilə bağlı mübahisələrin roluna diqqət çəkib.
Adalet.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin dövlət kredit təşkilatı “Ziraat Bankı”nın təşkil etdiyi kənd təsərrüfatı ilə bağlı iclasda çıxışında vurğulayıb: “Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərqdə bir çox münaqişələr su mənbələri ilə bağlı mübahisələrdən qaynaqlanır”. O, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə və onların su ilə bağlı münaqişələrdə artan roluna toxunub. Türkiyə Prezidenti deyib: “İqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən su mənbələri və su anbarları münaqişə zonalarına çevrilir”.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 2022-ci ildə imzalanmış Qara dəniz “Taxıl sazişi” haqqında danışam Ərdoğan qeyd edib: “Türkiyə başda olmaqla həyata keçirilən Qara dəniz “Taxıl sazişi” olmasaydı, bir çox bölgələr, xüsusən Afrika ölkələri aclıqdan əziyyət çəkəcəkdi. Prezident vurğulayıb ki, Türkiyə COVID-19 pandemiyası və Ukraynadakı müharibə şəraitində 33 milyon ton taxılın Bosfor və Dardanel boğazlarından keçməsini təmin etməklə, onsuz da gərgin olan vəziyyətin daha da pisləşməsinin qarşısını alıb”.
Digər Xəbərlər
06 Oktyabr 2026 00:12
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33


Bakı -°C

