adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2019 15:53
70276
ƏDƏBİYYAT

Musiqiyə bükülmüş şeirlər

Azərbaycan Yazıçılar Birliyininbirinci katibi, Azərbaycanın xalq şairi, "Şöhrət" və "Şərəf"ordenli, Əməkdar incəsənət xadimi, dövlət və bir sıra mükafatlar laureatı FikrətQocanın (Qocayev Fikrət Göyüş oğlunun) 2015-ci ildə "Seçilmiş əsərləri"10 cilddə çap olunmuş və Dövlət mükafatına layiq görülmüşdür. Şair əsərlərinixüsusi bölgü əsasında qruplaşdıraraq cildlərə ayırmış və 7-ci cilddə ancaqmusiqi bəstələnmiş şeirlərini vermişdir. Burada 51 bəstəkarın bəstəldiyi 282 vəbəstəkarı göstərilməmiş beş mahnı yer almışdır. Bundan əlavə 7-ci cilddə FikrətQocanın "Kitaba bir neçə söz" başlıqlı yazısı da daxil edilmişdir.Şair ön söz kimi söylədiyi bu yazısında mahnı üçün yazılan şeirlər haqqındadeyir: "Mənim anlamımda onlar şeir deyil. Doğrudur, istisnalar var. Ammamahnı kollektiv zəhmətin bəhrəsidir. Burada ən azı üç adam iştirak edir: bəstəkar,şair, müğənni. Yekunda mahnı üç yaradıcı insanın birgə məhsuludur. Yazdığımşeirdə onların təklifinə görə düzəlişlər edirəm. Nəticədə itirir və yaqazanırsa da, hər halda tək mənim olmağımdan çıxır" (səh.4). Müəllif söylədiyibu dəyərli fikirlər mahnı yazılmış şeirlər üçün meyar sayılmalıdır. Mahnı şərhedilərkən bu meyar və ölçülərin gözlənilməsi əsas şərtlərdən biri olmalıdır.Belə olmazsa müəyyən arqumentlər pozular və şərhlərdə yanlışlığa yol verilər.

Cilddə ilk musiqisi göstərilənbəstəkar Tofiq Quliyevdir. O, Fikrət Qocanın 10 şeirinə, "Onu bağışlamaqolarmı?", "Qaynana" və "Qızmar günəş altında" filmələrinəaid yazdığı mətnlərə musiqi yazmışdır. Öncə yer alan mahnı "Azərbaycanım"dır.Şeirdə Azərbaycanın təbii gözəllikləri dinləyicinin nəzərinə poetik dilləçatdırılır. Mahnınını nəqarət hissəsində deyilir:

Gözüm nuru, könlüm odu

Azərbaycan, Azərbaycan.

Əziz anam, odlar yurdu

Azərbaycan, Azərbaycan.

"Məhəbbət" şeirinə bəslətənmişmahnıda dünyaya, həyata vurğunluq böyül şövqlə tərənnüm etdirilmişdir. İnsanındünyaya aşıq olması onun yaşamağa həvəsini daha da artırır. Dünya və həyatinsan üçün həmişə əlçatmaz olduğu mahnının bütün ruhunda əks olunmuşdur. İnsanduyğularına mahnı sanki yeni işıq salır:

Böyük dünya,

Şirin dünya,

Görən sənə aşıq olur.

Sənin eşqin, məhəbbətin

Gözümüzə işıq olur.

Bununla bahəm mahnıda qədim əfsanələrimizdədeyilən hər insanın bir tale ulduzu olduğu göstərilir. İnsan dünyadan köç edənədonun tale ulduzu da sönüb gedir:

Kainatın yolçusuyuq,

Yer üzüdür mənzilimiz.

Ulduz kimi doğuluruq,

Ulduz kimi axırıq biz.

"Qaynana" filminəyazılmış "Mehribanlıq" mahnısında ailədə olan mehribançılığın xoş məqamlarıəks olunur. Mehribanlıq ailə üçün həmişə xoşbəxtlik və səadət gətirir. Filmdəqaldırılan əsas məsələ qaynana və gəlin münasibətləridir.

Qaynana-gəlin arasındamehribanlıq yaratmaq üçün Fikrət Qocafilmin ssenarisinə uyğun maraqlı şeir yazmış və Tofiq Quliyev də mahnı bəstələmişdir.Mahnıda deyilir:

Mehribanlıq səadətdir,

Səadəti yaşadağın.

Ömrün şvqü məhəbbətdir,

Məhəbbəti yaşadağın.

Daha sonra filmdə qardaşoğlu iləbibi arasında olduqca təbii bir mükalimə də verilmişdir. Bu da bibinin müəyyənözünəməxsus xarakterik cəhətlərinə işıq salır:

Bibi, bibi, can bibi,

Cansənə qurban bibi.

Hənayaxım başına,

Olarsancavan bibi.

Pullarıçin-çin bibi,

Sir-sifəticin bibi.

Bibi:Nə dedin, ay avara?

Dedimgöyərçin bibi.

Bibi:Necə-necə ay avara?

Dedimgöyərçin bibi.

Ecazkarsəsi ilə ürəkləri fəth edən, müğənni Rəşid Behbudov Fikrət Qocanın "Əlvida"şeirinə mahnı bəstələmişdir. Sanki şair Rəşid Behbudovun həyatının son anlarınıəvvəlcədən hiss edərək bu şeiri qələmə almışdır. Rəşid Behbudov isə ömrününfaciəli anına bu musiqini yazmışdır:

Əlvida,

Qəlbiminsevdası.

Əlvida,

Eşqinuzaq sədası,

Əlvida.

Yollarıdolaşıb dünyada,

Çaşıbqaldım mən.

Əlvida,əlvida, əlvida.

AğabacıRzayeva şairin "Lənkəran bağlarında" və "Fərəhli Bakımız"şeirlərinə musiqi bəstələmişdir. "Lənkəran bağlarında" mahnısında zəhmətkeşLənkəran qızlarının əməyinə yüksək qiymət verilir və onları "Yurdumunulduzları" adlandırır.

Lənkəranınqızları,

Yurdumunulduzları.

Bunlaradi qız deyil,

Evlərinişığıdır.

Buqızlar el şöhrəti,

Tarlayaraşığıdır.

BəstəkarArif Məlikov Fikrət Qocanın "Lay-lay", "Dön, geri bax","Sən gəlmədin", "İnandım" və "Günəş ürəkli" şeirlərinəmusiqi yazmışdır. Bu mahnıların hər biri öz gözəl cəhətləri ilə ürəklərə yoltapır.

"Dön,geri bax" mahnısı sevən ürəyin hərarətli döyüntülərini özündə əks etdirir:

Özeşqimə yanaram mən,

Özbəxtimi sınaram mən,

Sənbaxmasan, donaram mən.

Dön,geri bax, ey yar,

Sənmənə bax, ey yar.

FikrətQocanın "Qoy desinlər", "Neftçilər mahnısı", "Toyolsun", "Bir şərqi de!" və "Bahara məni" şeirlərinə bəstəkarVasif Adıgözəlov bir-birinə bənzəməyən yeni boyada bənzərsiz mahnılaryazmışdır. "Bahara məni" mahnısında sevən aşıqin iztirabları öz əksinitapmışdır:

Canalan bir baxışın var,

Çəkibsəndara məni.

Düşübay tək dumana,

Eylədinavara məni...

ŞəfiqəAxundova şairin "Şəfalı əllər" və "Anama məktub" şeirlərinəmusiqi bəstələmişdir. "Şəfalı əllər" mahnısında həkimlərin şəfalı əllərindənvə ümidverici sözlərindən danışılır.

Təbəssümünnə yaxşıdı,

Sükutunyaz yağışıdı.

Həkimlərinbaxışıdı,

Xəstələrinümid yeri.

Vətəndənuzaqlarda yaşasa da, ürəyi həmişə Vətən üçün döyünən görkəmlil müğənnimizMüslüm Maqomayev Fikrət Qocanın "İllər keçir" və "Sözün rəngi"şeirlərinə mahnı yazmışdır. Onun "İllər keçir" mahnısı illərin ötübkeçdiyini, zamanın dəyişdiyini lirik hisslərlə göstərir.

Eyürəyim,

Alovluməhəbbətim.

İllərgedir,

Aylaruçur,

İllərkeçir,

Zamangedir.

İlləryaman gedir,

Eysevən ürək,

Sən cavan yaşa.

Ramiz Mirişli yaradıcılığındaFikrət Qoca şeirləri önəmli yer tutur. O, şairin "Amerikalı kürəkən"pyesinə və 64 şeirinə mahnı bəstələmişdir. Bəstəkar Fikrət Qocanın şeirlərininruhuna uyğun yazdığı hər bir mahnı dinləyicilər tərəfindən rəğbətləqarşılanmışdır.

Həmin mahnılardan "Səndəndanışdı", "Bayram axşamlarında", "Ay qəlbi kövrək","Küsüb məndən", "Azərbaycan gözəlləri", "İlksevgi", "Bəri bax" və s. adını çəkmək olar.

Yollar əlvan boyanar,

Evlərdə arzu yanar.

Gözlərə sevinc qonar,

Bayram axşamlarında.

Və:

Bir qıyğacı baxışından

Bir ömür-gün işıqlanar.

Saçlarında gecə yatar,

Gözlərində günəş yanar,

Azərbaycan gözəlləri.

Və:

Bir kəlmə sözüm

Dəydi xətrinə,

Ay qəlbi kövrək,

Nə dedim sənə.

Yada saldım, xəbər aldım,

Səni yollardan, gülllərdən mən.

Və:

Ay şöhrətim, şanım mənim,

Halı pərişanım mənim,

Küsüb məndən, özgələrdən

Məni soruşanım mənim.

Və:

Göydə ulduz gilə-gilə,

Qırmaq olmur gilə-gilə.

Mən baxıram, qəlbim yanır,

Sən baxırsan gülə-gülə.

Və yaxud:

Mən sənə neyləmişəm,

Ay bəri bax, bəri bax.

Sənə ulduz deyiblər,

Mən də gözəl demişəm.

Bəstəkar Rəşid Nəsiboğlu şairin"Odlar diyarı", "Qatarı yola salmaq", "Görəsən","Gecənin nəğməsi", "Vals", "Yol" və "Gətirmisənsəhəri" şeirlərinə musiqi bəstələmişdir. Hər bir mahnı öz pozitiv cəhətləriilə dinləyicilərin ürəyində yeni xoş əhval-ruhiyyə yaradır.

Qaranlıq saçlarımı

Bu dünyaya sərmişəm.

Sizin üçün mən şirin

Bir yuxu gətirmişəm.

Fikrət Qocanın "Qonşununbir qızı var", "Yazda qaranquş gəlir" və "Dan yeri söküləndə"şeirlərinə sevimli bəstəkarmız Xəyyam Mirzəzadə mahnı bəstələmişdir.

Gecə keçər,

Sükutu dinlərəm mən.

Bütün gecə

Daş olub dinmərəm.

Göydən nur töküləndə,

Dan yeri söküləndə,

Dinərəm, deyərəm, gülərəm.

Maraqlı bəstələri ilə yaddançıxmayan və həmişə iftixar hissi ilə yad edilən Telman Hacıyev də FikrətQocanın 19 şeirinə musiqi bəstələmişdir. Onlardan "Vətən süitası","Səni haylaram", "Nazlı qız", "Arazım", "Bənövşəbəndə düşə", "Sevən baxışlar", "Ay dostlarım, gəlin","Gözləyən var məni", "Ellərin qızısan", "Mənimbaharım" və başqalarının adını çəkmək olar.

Axma qəlbimdən mənim,

Axma, a həsrət Arazım,

Könlümün arzusuna

Olma sən sərhəd, Arazım.

Biz gəldik iki qardaş

Bu çayın sahilinə,

Yuyulaydı ürəyimdən

Acı, möhnət Arazım.

Və:

Buludların ağlamasın,

Ürəyimi dağlamasın,

Məni yoldan saxlamasın,

Gözləyən var məni.

Bəstəkar Emin Sabitoğlu FikrətQocanın sözlərinə "Sən ürəyimsən", "Səni səsləyirdim","Payız gəldi ", "Avtomobil müfəttişi" və "Baladadaşınilk məhəbbəti" kinofilminə "Keçdiyim bütün yollar" mahnılarınıyazmışdır.

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax, yağdıyağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz.

Və:

Ürəyimi atsam da,

Öz qəlbimi atmaram,

Sənə olan eşqimi

Sənə də alçaltmaram.

Adil Bəbirov şairin "Mənanayam", "Qəlbim nura boyanacaq", "Bilmirsən özün","Mənim dostlarım", "Yollar", "İstəyirəm körpəolum", "Gəlirəm mən", "Gözəl dünya" və "Səninlə"şeirlərinə mahnı bəstələmişdir. Onun hər bir mahnısı öz füsunkarlığı ilə dinləyicininqəlbini riqqətə gətirir.

Yol ömürdü,

Yol həyat.

Yol düşüncə, kainat.

Arzum bu yollar,

Ömrüm bu yollar,

Yol-ömürdü,

Yol - həyat.

Və:

Sənsiz bəxtim gözü yox,

Bir ocağam, közü yox.

Sənsiz ötən ömrümün

Dadı yox, duzu yox.

Müğənni və bəstəkar PoladBülbüloğlu Fikrət Qocanın on bir şeirinə musiqi yazmışdır. Onlardan "Azərbaycan","Doymadım sözlərindən", "Bir baxmısan, bir də bax","Dilin can incidəndi", "Elçilər", "Gəl, ey səhər"və başqaları vardır.

Müğənni və bəstəkar PoladBülbüloğlu şairin sözlərinə bəstələdiyi bütün mahnıların demək olar ki, əksəriyyətiniözü ifa edərək dinləyicilərə sevdirə bilmişdir. Onun bu mahnıları Azərbaycanmusiqisinin bəzəyi sayılır.

Qoy mən yenə söhbət açım ilkbaharımdan,

Nəğməm ilə bir də keçim özdiyarımdan.

Bol bəhrəli Muğan düzü, Mildüzü, Şirvan düzü,

Gəl, gəl deyir şən Azərbaycan.

("Azərbaycan"mahnısından, səh. 195)

Və: Doymadımsözlərindən,

O şirin sözlərindən.

Bilsəydim ayrılıqdı,

Öpərdim gözlərindən.

("Doymadım sözlərindən"mahnısından, səh. 196)

Və: Bir çiçəklə yaz olmaz,

Bir baxmısan, bir də bax.

Sevinc belə az olmaz.

Bir baxmısan, bir də bax.

("Bir baxmısan, bir dəbax" mahnısından, səh. 197)

Və: Dişlərin incidəndir,

Dürdəndir, incidəndir.

Özün əcəb gözəlsən,

Dilin can incidəndir.

("Dilin can incidəndir"mahnısından, səh. 198)

Və yaxud: O gözlər kimi

Hər tərəf qara.

Bu yollar səni

Aparır hara?

("Gəl, ey səhər"mahnısından, səh.202)

Bəstəkar Faiq Sücəddinov şairin "Mənim Vətənim","Heyif ki" və "Özündənrazısan" şeirlərinə musiqi yazmışdır:

Gendən baxıb gülən yar,

Gülə-gülə gələn yar.

Niyə bilmir qədrimi

Öz qədrini bilən yar.

("Özündən razısan"mahnısından, səh. 207)

Nəriman Məmmədov Fikrət Qocanın"Gözlərinə mərhaba", "Özün barış", "Babam yandı","Sən deyən olsun", "Anam odlar diyarım" və "Nə yaxşıki, sən varsan" şeirlərinə mahnı bəstələmişdir. Bəstəkar hər bir mahnısınıözünəməxsus üsulla yaradaraq dinləyicilərin ürəyini ovsunlamağa çalışmışdır:

Sənə baxsam qaçırsan,

Dönüb getsəm baxırsan.

Yandırırsan-yaxırsan.

Daha baxan deyiləm,

Özün yan, özün alış.

("Özün barış" mahnısından, səh.210)

Və: İşıqlar sayrışar,

Üfüqləri pərişan

Nəğmələrlə danışar,

A mənim bəxtiyarım,

Anam odlu diyarım.

("Anam odlar diyarım"mahnısından, səh. 214)

Bəstəkar Akşin Əlizadə şairin "Bahar nəfəsli" və"Cavan qalaq" şeirlərinə musiqi bəstələmişdir. Hər iki mahnı yeniuğura aparan yol kimi diqqəti özünə çəkir:

Mən qəlbimdən yol açan,

Bir arzu kimi gəncəm.

Bir dil açan körpənin,

İlk sözü kimi gəncəm.

("Bahar nəfəsli"mahnısından, səh. 216)

Ruhəngiz Qasımova Fikrət Qocapoeziyasına ən geniş müraciət etmiş bəstəkarlarımızdandır. O, şairin otuz birşeirinə və eləcə də "Ömrün yolları" pyesinə ("Romans" və"Bu dərdi emək ağır") mahnıları yazmışdır. Ümumiyyətlə, Ruhəngizxanımın bu mahnılarında yeni ruh, yeni kolorit dinləyicini özünə dərindənbağlaya bilir.

Səhər-səhər dan sökülür,

Nə gəlib yenə ağlına,

Ləçəyin şeh süzülür,

Ağlama, gülüm, ağlama.

("Xarı bülbülümağlama" mahnısından, səh. 223)

Və: Dağlar,düzlər allı-güllü,

Şəlalələr şirin dilli.

Qara gözlü, ipək telli.

Anam sənsən, Azərbaycan.

("Odlar yurdu"mahnısından, səh. 226)

Və: Ayana, dostum evlənir,

Bir gözəl çiçək dərib.

Anacan mənim də gözüm

Qonşuda bir çiçək görüb.

("Ay ana, dostum evlənir"mahnısından, səh. 227)

Və: Sənə utancaq dedim,

Mənə küsəyən dedin.

Arada çox söz olar,

Ürəyimə bax dedin.

("İnanmayaq biz"mahnısından, səh. 247)

Oqtay Kazımov Fikrət Qocanın"Qağayı", "Bizim mavi dünyamız", "Qaytar eşqimi","Nə yaxşı ki, görüşdük", "Mənim gözəl Vətənim", "Ey xəyal","Ey vəfasız" və "Bizim nəğmələr"şeirlərinə musiqi bəstələmişdir. Bəstələnmiş hər bir mahnıda bəstəkar ürəyininhərarətli döyüntüləri şair poeziyasının ruhuna uyğun cilvələnərək müxtəlif rənglərəboyanmışdır:

Ver mənim eşqimi,

O sənə heç gərək deyil,

Gəl qaytar eşqimi,

O solğun bir çiçək deyil.

("Qaytar eşqimi" mahnısından, səh.257)

Və: Bahara bənzər,

Çölləri bəzər.

Bizim nəğmələr

Elləri gəzər.

("Bizim nəğmələr" mahnısından, səh.264)

Mahnıları dillərdə dolaşan FirəngizBabayeva Fikrət Qocanın "Töhfə", "Könlüm", "Gülaçıb", "Göylər mavi nəğmədir", "Gecə yaman uzundur","Dəcəl ürəyim", "Ürəklə oynamazlar", "Ülvi mhəbbət"və "Gəl, səhərim" şeirlərinə mahnı yazmışdır.

Gözümün işığına

Hər kiprik bir yük olur,

Gecə yaman uzundur.

Bəzən bir ömürdən də

Bir gecə böyük olur,

Gecə yaman uzundur.

("Gecə yaman uzundur"mahnısından, səh. 269)

Və: Gəl, səhərim,səhərim,

Gəldim sənə bağlı.

Gəl oyansın səhərim,

Nəğməli, vüqarlı.

("Gəl, səhərim"mahnısından, səh. 274)

Vaqif Mustafazadə"Yollar", Asiya Sultanova "Bakım mənim eşqim" və RafiqBabayev isə "Gəlirdi insan" şeirlərinə musiqi bəstələmişlər.

İlk eşqim,

Son sözüm,

Sevən sevilən Bakım.

Ay canım,

Ay gözüm,

Bir mələksən sən, Bakım.

(Asiya Sultanova "Bakım mənimeşqim" mahnısından, səh. 282)

Və: Torpağın insana,

Ümidi, inamı.

Odlardan yoğurdu,

Yaratdı insanı.

(Rafiq Babayev. "Gəlirdi insan"mahnısından, səh. 283)

Tofiq Əhmədov yaradıcılığındaFikrət Qoca poeziyası mühüm yer tutur. Bəstəkar onun "Radiodalğaları", "Xoşbəxt qadın", "Bayrama gəlib","Görəm, nələr düşünürsən" və "Sevinc işıqları" şeirlərinəmusiqi yazmışdır.

Al-əlvan geyinib doğma diyarım,

İşıqlar, nəğmələr düşübyollara.

Sənin bayramındı, mənimbaharım,

Nə gözəl yaraşır bu gün yaryara.

("Sevinc işıqları" mahnısından, səh.281)

Mehriban Əhmədovanın bəstələdiyi musiqilər içərisindəFikrət Qoca şeirlərinə yazılmışları daha əsaslı yerlərdən birini tutur. Bumahnılar bir-birindən dəyərli, gözəl, ürəklər oxşayan və təbii xüsusiyyətlərinəgörə cazibədarlığı ilə seçilir. Həmin mahnılardan "İllər keçir","Səni gördüm", "Ürəyim zərif güldür", "Dağlarda günəşgəzər", "İnanıram", "Sərhədçilər", "Oturduqyanaşı, susduq yanaşı", "Ata", "Anam Azərbaycan" vəsairlərin adını məhəbbətlə çəkmək olar:

İstər tufanlar olsun,

Şaxta, boran, qar olsun

Sərhədçilər var olsun,

Göz qırpmaz keşikçilər.

("Sərhədçilər" mahnısından, səh.291)

Və: Azərbaycan, anam sənsən,

Eşqim, şöhrət, şanım sənsən.

Ruhum, canım, qanım sənsən,

Odlar yurdu, Azərbaycan.

("Anam Azərbaycan" mahnısından, səh.295)

Fikrət Qocanın şeirlərinə HökuməNəcəfova "Şəlalə" və "Gəlirəm", Tahir Əkbər isə "Vətənəqayıdanda", "Bəlkə sənsən taleyim", "Eşqinləodlandım", "Bir az sükut oxusun" və "Xəzəllərin rəqsi" mahnılarınıyazmışlar. Hər iki bəstəkar şairin poeziyası üçün xarakterik cəhətlərə önəm verərəkmaraqlı mahnılar yaratmışdılar:

Zirvələrdən qıy çəkər

Boz sular, büllur sular.

Hər damla zümrüd dənə,

Nur çiləyər, asılar salqayadan.

Damcılar yana-yana

Bürünə boz dumana.

(Hökümə Nəcəfova. "Şəlalə"mahnısından, səh. 310)

Çıx yoluma, qarşıla,

Mən gecikdim, bağışla,

Kövrək olur baxışlar

Vətənə qayıdanda.

(Tahir Əkbər. "Vətənəqayıdanda" mahnısından, səh. 313)

Və: Yadındamıo çağlar?

Söndü odlar, ocaqlar.

Bizim görüş yerində

İndi bir bulaq ağlar.

(Tahir Əkbər. "Xəzəllərinrəqsi" mahnısından, səh. 317)

Ramiz Mustafayev ("Buçayın çınğılı"), Oqtay Rəcəbov ("Qızlar yollara çıxır"), AzərDadaşov ("Körpə güllərik", "Mənim də pasportum var","Ölkənin fəhləsi", "Nadiya"), Əzizə Mustafazadə ("Birdünyayam"), Əziz Əzizov ("Axtaran tapar", "Mənimyolum"), Aydın Ağasıyev ("Payız"), Rizvan Ələsgərov ("Məcnungəzər Leylini"), Elza İbrahimova ("Bağçadan keçmişəm"), NiyaməddinMusayev ("Ata") və Fuad Qədimov ("Dağlar") Fikrət Qocanınşeirlərinə musiqi bəstələmişlər:

Çiçək kimi tərtəmiz

Qızlar yollara çıxır.

Şaxtalardan közərib,

Qızlar yollara çıxıb.

(Oqtay Rəcəbov. "Qızlaryollara çıxır" mahnısından, səh. 319)

Və: Nə gözəldi dünyamız,

Əziz anamız.,

Bəxtəvər balayıq biz,

Gülür üzümüz.

(Azər Dadaşov. "Körpə güllərik"mahnısından, səh. 320)

Və: Bu ellərin

Olmuşam başına pərvanə,

Bu çöllərin bir doğma gülüyəm,

Doğmadır,

Candan əzizdir bir telin.

(Əzizə Mustafazadə. "Bir durnayam"mahnısından, səh. 324)

Və: Əs, ey külək, külək, əs,

Bir şən nəğmə gətir, gəl.

Bol məhsullu bir payızı

Al qoynuna, götür, gəl, ey külək.

(Aydın Ağasıyev."Payız" mahnısından, səh. 327)

Və yaxud: Sən gedən yollara qurban kəsərdim,

Şərəfim, şöhrətim, vüqarım,ata.

Nanə yarpağı tək tir-tir əsərdim,

Qoy xəzan görməsin baharın,ata.

(Niyaməddin Musayev."Ata" mahnısından, səh. 331)

Bəstəkarlar Sevil Əliyeva ("Məcnuna Leylikimi", "Ana" və "Sənsiz"), Rauf Əliyev (Oda -"Azadlığa gedən yollar"), Taleh Hacıyev ("Nəğmələr deyək"),Yeganə Axundova ("II Məhəbbət"), Rəna Qədimova ("Küləklər"),Kəmalə Heybət qızı ("Heydər Əliyev haqqında oda. Ulu Heydər"), BəxtiyarKərimov ("Ana"), Rəşad Həşimov ("Yaşa, prezidentim, yaşa"),M.İbrahimov ("Gəlinlər ana olanda"), Tofiq Əhməd ("Sənigördüm"), A.Mirzəyev ("Niyə gəlmədin?"), Emin Əfəndizadə("Mənim Vətənim") və Həcər Rəhimova ("Sonuncu nəğməmiz")Fikrət Qocanın şeirlərinə mahnılar yazmışlar. Bu mahnıların hər biri ayrılıqdaöz şirinliyi və məna tutumuna görə fəzada uzaqdan görünən işığa bənzəyir.

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmazbahar.

Gülər üzlü, qara qözlü anam,

Hara getsəm gözün mənə baxar,

Ana qəlbin layla olar, gəzər.

Doğma səsin ömür-günü bəzər.

(Sevil Əliyeva. "Ana" mahnısından,səh. 335)

Və: Arzum yandı,

külə döndü,

Aylar keçdi,

ilə döndü.

Sinəmdə düşmən gülləsi

əritdim,

Qanım qərənfilə döndü.

(Rauf Əliyev. Oda -"Azadlığa gedən yollar" mahnısından, səh. 338)

Və: Hər yan bəzəndi, tez gəlin,

Süfrə gözəldi, tez gəlin.

Gəlin bizim məclisə,

Gəlin duraq üz-üzə,

Şirin nəğmələr deyək.

(Taleh Hacıyev. "Nəğmələr deyək"mahnısından, səh. 339)

Və: Sənmənim ən əziz sirrim, istəyim,

Sən mənim ən acı həqiqətimsən.

Itmiş gəncliyimdən soraq gətirən

Sən mənim sonuncu məhəbbətimsən.

(Yeganə Axundova. "II Məhəbbət"mahnısından, səh. 346)

Və: Dahi Heydər bir yol açdı,

İlham sədlər, dağlar aşdı.

Prometey tək od gətirdi,

Azərbaycan işıq saçdı.

(Kəmalə Heybət qızı. "HeydərƏliyev haqqında oda.

Ulu Heydər" mahnısından, səh.348)

Və: Küləklər əsdi, yarpaqlar düşdü.

Kölgən üşüdü, yollardan qaçdı.

Bir dəstə bulud dağları aşdı,

Yağışlar yağdı, durnalar köçdü,

Niyə gəlmədin?

(A.Mirzəyev. "Niyə gəlmədin?"mahnısından, səh. 354)

Və yaxud: Sonuncu nəğməni qoşuram sənə,

Yorğun ürəyimdə oxuyaq gərək.

Ürəyim son dəfə göynəyir yenə,

Köçən durnaların son nəğməsinə.

(Həcər Rəhimova. "Sonuncunəğməmiz" mahnısından, səh. 357)

Günay Qoca şairin "Sənin hökmün", "Enəndeyiləm", "Çıx get", "Son bahar" və"Qayıtma" şeirlərinə musiqi bəstələmişdir. Bu mahnının hər biri canlıhəyat lövhəsi kimi göz önündə canlanır. Həyatın müəyyən parametrləri işığa qərqolur və gözlərə nur bəxş edir:

O gözlər hökmündən mən necəçıxım,

Göylərdən genişdir səmavi gözü.

Qorxuram kövrəlib ağlayar birdən,

Yağışa qərq olar bütün yer üzü.

(Günay Qoca. "Səninhökmün" mahnısından, səh. 341)

Və: Səngetdin yığışıb köçəndə bahar,

Gecələr uzanıb həsrətin kimi.

Görəsən, səkidə ölən yarpaqlar

Sənə söylədiyim sözlərimdimi?

(Günay Qoca. "Qayıtma"mahnısından, səh. 345)

Kitabın son hissəsində bəstəkarıgöstərilməyən beş mahnı da verilmişdir ("Qocalmayan məhəbbət","Bizim həmyerlilər", "Haydı əzizlərim", "Məzəlimahnı" və "Bir Leylisiz Məcnun vardı"). Verilmiş beş mahnı hərbiri öz fərqli xüsusiyyətlərinə görə başqalarından seçilir.

Mənim sevimli yarım,

Ey gənclik yadigarım.

Aləm dolu gözəldir,

Sənsən mənim baharım.

("Qocalmayan məhəbbət"mahnısından, səh. 358)

Və: Haydı,mənim əzizlərim

Gələn günə doğru haydı.

Ötən günlər xatirədi,

Hər gələn gün gözəl paydı.

("Haydı, əzizlərim" mahnısından,səh. 360)

Və yaxud: Yadbağa meyli olmayan,

Dili gileyli olmayan,

Leylisi Leyli olmayan

Məcnun yazıq neyləsin.

("Bir leylisiz Məcnunvardı" mahnısından, səh. 363)

Cildi tərtib edərkən FikrətQoca bəzi bəstəkarların mahnılarını tapıb kitaba daxil edə bilmədiyi üçünonlardan üzr istəyərək deyir: "... Bəzi bəstəkar dostlarım bu kitabda özadını görməsə özünün və əsərinin unudulduğunu zənn edib məndən inciməsin. Sadəcəmətni tapa bilməmişəm. Vaxt da məni tələsdirirdi, gözləmirdi..."

Kitabda verilmiş 287 mahnı vəbunları bəstələmiş əlli birdən artıq bəstəkarın Fikrət Qoca şeirlərinə musiqi bəstələməsiheç də təsadüfi hadisə deyildir. Bu bəstəkarların şairin şeirlərinə müraciətetməsi bizə belə bir əsas verir ki, onun şeirlərinin mövzu dairəsi olduqcageniş, canlı həyatımızda olan bütün olaylar ümumiləşdirilmiş şəkildə öz əksinitapmışdır. Elə bunun nəticəsində də bəstəkarlarımızın marağına səbəb olmuş vəyuxarıda adlarını çəkdiyimiz rəngarəng mahnılar ərsəyə gəlmişdir.

Fikrət Qoca poeziyası dilinsirinliyi, canlı xalq dilində olması, işlədilmiş sözlərin məna çalarlığına vəpoetik xislətinə, üslubi imkanlarına, bədii təsvir və ifadə vasitələrindən məharətləistifadə edildiyinə və bununla bahəm dilimizin bütün incə məqamlarını özündəehtiva etdiyinə görə dillər əzbəridir. Şeirlər dilinin lakonikliyi,yığcamlılığı, rəngarəngliyi və əsasən də kamilliyi ilə xüsusi maraq doğurur.Bunun nəticəsidir ki, Fikrət Qoca şeirləri musiqiyə büküldükdə füsunkarlığı ilədinləyiciləri ağışuna alaraq özünə daha sıx bağlayır və necə deyərlər, özünün əsirinəçevirir. Bizcə, Fikrət Qocanın yeddinci cilddə sərgilədiyi musiqiyə bükülmüşşeir çələngi onun oxucularına yeni, ən dəyərli töhfəsidir. Mən şairə sağlamcan, uğurlu anlar və uğurlu illər arzulayıram.

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi

filialınındosenti,

AYBvə AJB-nın üzvü