İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən dörd girovun öldüyünü təsdiqləyib.
Məlumata görə, Qəzza zolağında dörd girov - Eliyahu Marqalit, Mia Qoren, Ronen Engel və Arye Zalmanoviç ölüblər. Ölən girovların ailələrinə artıq bu barədə xəbər verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.
Daha əvvəl bildirilib ki, fələstinli radikallar evlərindən oğurlanan 17 qadın və uşaq da daxil olmaqla 136 nəfəri girov saxlamağa davam edirlər. İsrail ordusu girovları geri qaytarmaq üçün bütün vasitələrə əl atacaq.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
