ETX əməkdaşı MİSP-də boşluq aşkarladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
Adalet.az xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
ETX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.
Digər Xəbərlər
21 May 2026 12:28
“Getdikcə daha çox ailəyə qadın başçılıq edir”
21 May 2026 12:15
Bakı–Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı
21 May 2026 10:46
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
21 May 2026 10:38
Nazir müavinindən vətəndaşların ev təminatı ilə bağlı AÇIQLAMA
21 May 2026 10:22
"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" - Emin Hüseynov
21 May 2026 10:13
Azərbaycan ilə Esvatini Krallığı arasında Anlaşma Memorandumu imzalanıb
21 May 2026 10:09
Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO
21 May 2026 09:35


Bakı -°C

