adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Gəlməli, görməli Masallı

ETİBAR CƏBRAYILOĞLU
82526 | 2012-12-22 01:49
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçünYaradıcılıq Paytaxtları" layihəsi uğurla davam edir. Başa çatan 2012-ciildə bu layihədə iştirak etmək şansı qazanan rayonlar gördükləri işlərinhesabatını verir.

Bu il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunanQubada və "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanınan Gədəbəydəartıq tədbirlərə yekun vurub.

Ötən həftə isə növbə Masallıya çatdı. Hansı Masallıya?"Azərbaycanın Folklor Paytaxtı" elan olunan Masallıya.

Masallı hesabat verir, amma nominasiyanı geri vermək istəmir

Quba və Gədəbəydə ilboyu keçirilən bir-birindən maraqlı tədbirlər,görülən işlər barədə ötən reportajlarımızda məlumat verməyə çalışmışdıq.Mədəniyyət və Turizm Nazirliyinin jurnalistlər üçün həmin rayonlara təşkiletdiyi info-turlar layihənin icrası ilə bağlı dolğun bilgi almağa yardımgöstərmişdi. Nazirlik ənənəsinə sadiq qalıb Masallıya info-tur təşkil etməkləyenə əlimizdən tutdu.

"Azərbaycanın Folklor Paytaxtı" tədbirinin yekunu MasallınınGənclər Mərkəzində baş tutdu. Bayramsayağı bəzədilmiş məkana dəvətlilər əvvəlcəbu il ərzində keçirilən tədbirləri özündə əks etdirən video-çarxı izlədilər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı"Azərbaycanın Folklor Paytaxtı"nda görülən işlər barədə dolğunməlumat verdi. Yaradılan Təşkilat Komitəsinin sədri olan icra başçısınınmüavini bildirdi ki, təsdiq edilən tədbirlər planına uyğun olaraq"Azərbaycanın Folklor Paytaxtı. Masallı-2012"nin loqotipi, bayraqlarıhazırlanıb, əyani vəsaitlər çap olunub. İki dildə- Azərbaycan və ingilisdillərində çap olunan kitabçada Azərbaycanın tarixi və müasir dövrü barədəməlumat verilib, Masallının keçmişi, bu günü əks olunub, Qarabağın ermənilərinişğalına məruz qalan ərazisi haqqında yazı dərc olunub. Masallıda təşkil olunan Ümumrespublika MuğamFestivalında bütün bölgələrdən gənc istedadlar iştirak edib. Festivalın yekunkonsertində isə tamaşaçılar tanınmış muğam ifaçılarının çıxışlarını izləməkimkanı qazanıblar. Masallının folklorunu bütün dünyada təbliğ edən"Halay" ansamblı və tanınmış ziyalı

Mirkazım Aslanlı haqqında sənədli filmlər çəkilib. Rayonda"Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda keçirilənelmi-praktiki konfransda ölkənin görkəmli alimləri yaxından iştirak edib, fikirvə mülahizələrini bildiriblər. Teatr həftəsi, Turizm sərgisi, Kitab bayramı vəbaşqa tədbirlər rayon sakinlərinin marağına səbəb olub.

Nəsir Muxtarlı sentyabrın 6-da startı verilən və 4 gün davam edənBeynəlxalq Folklor Festivalı haqqında geniş məlumat verdi. İcra başçısınınmüavini belə bir tədbirin uğurla keçirilməsini təkcə rayonunun deyil, ölkəninmədəni həyatında da mühüm hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə,Türkiyədən, İrandan, Rusiyadan, Latviyadan gələn tanınmış folklor ansambllarıöz ölkələrinin musiqi mədəniyyətini təbliğ etməklə yanaşı, Azərbaycan, onundilbər guşələrindən sayılan Masallı ilə yaxından tanış olublar. Qonaqların Boradigahqəsəbəsində və Şərəfə kəndində çıxışları maraqla qarşılanıb.

Beynəlxalq Folklor Festivalına Masallı Olimpiya İdman Kompleksində yekunvurulub. Yekun konserti də rayon sakinlərinə və qonaqlara yaddaqalan anlaryaşadıb.

Nəsir Muxtarlı qeyd etdi ki, tədbirlərin yüksək səviyyədə təşkilolunması Masallının belə mötəbər sənət bayramlarını keçirməyə hazır olduğunubir daha sübut etdi.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiriFikrət Babayev "2010-2014-cü illər üçün Yaradıcılıq Paytaxtları"proqramının əhəmiyyəti barədə mərasim iştirakçılarına məlumat verdi,"Azərbaycanın Folklor Paytaxtı" nominasiyasının qalibi olduqdan sonraMasallıda görülən işləri yüksək qiymətləndirdi.

Fikrət Babayev il ərzində müxtəlif maraqlı tədbirlərin, xüsusi iləBeynəlxalq Folklor Festivalının təşkilində Masallı Rayon İcra Hakimiyyətininbaşçısı Rafil Hüseynovun əməyini qeyd etdi. Şöbə müdiri tədbirlərin təşkilindəvə keçirilməsində yaxından iştirak edənlərə mədəniyyət və turizm naziri ƏbülfəsQarayevin adından təşəkkür etdi.

Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanovisə rəhbərlik etdiyi elm ocağının Masallı ilə bağlı həyata keçirdiyi işlərbarədə danışdı. Direktor qeyd etdi ki, institut əməkdaşları yerli ziyalılarınyaxından köməyi ilə "Azərbaycan folklor antologiyası. Masallı folklorörnəkləri" kitabını nəşrə hazırlayıb. Muxtar İmanov Folklor İnstitutunungələcəkdə də bu sahədə araşdırmalar aparacağını diqqətə çatdırdı.

Rayon ağsaqqalları adından çıxış edən Ələsgər Niftiyev"Azərbaycanın Folklor Paytaxtı" elan olunduqdan sonra Masallıda çoxböyük dəyişikliklərin olduğunu bildirdi. Ziyalıların, gənclərin bu tədbirlərdəyaxından iştirak etdiyini xüsusi vurğuladı.

Sonra söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovaverildi. İcra Hakimiyyətinin başçısı qədim tarixi, özünəməxsus təbiəti,yetişdirdiyi ziyalı ordusu ilə seçilən Masallının "Azərbaycanın FolklorPaytaxtı" kimi tanınmağa haqqı olduğunu dedi. Göstərdiyi etimada, ilərzində keçirilən tədbirlərdə yaxından iştiraka görə Mədəniyyət və TurizmNazirliyinin rəhbərliyinə minnətdarlıq edən Rafil Hüseynov rayon sakinlərinində zəhmətini unutmadı, bütün masallılara təşəkkürlərini çatdırdı. Tədbirlərdəfəallığı ilə seçilən bir qrup mədəniyyət işçisinə isə qiymətli hədiyyələrbağışladı.

"Azərbaycanın Folklor Paytaxtı. Masallı-2012"nin yekunlarınahəsr olunan mərasim Bakıdan dəvət olunan incəsənət ustalarının çıxışı və rayonbədii özfəaliyyət kollektivlərinin konserti ilə başa çatdı.

"Paytaxtı

hər gün dəyişməzlər"

Gənclər Mərkəzinin iclas zalında Masallı Rayon İcra Hakimiyyətininbaşçısı Rafil Hüseynovun info-turda iştirak edən jurnalistlərlə görüşükeçirildi. Səmimi şəraitdə keçən görüşdə Rafil müəllim keçmiş həmkarımız kimiheç bir sualdan yayınmadı.

Qədim Masallı torpağı, zəhmətsevər və qonaqpərvər insanları, görkəmliziyalıları barədə fəxrlə danışan icra hakimiyyətinin başçısı ölkədəki iqtisadiinkişafın bu gözəl məkana da yeni nəfəs verdiyini qeyd etdi. Masallıda görülənişlər və gələcək planlarını böyük həvəslə açıqladı.

Rafil Hüseynov Masallının "Azərbaycanın Folklor Paytaxtı" elanolunmasını rayonun həyatında mühüm rol oynadığını bir daha vurğulayaraqBeynəlxalq Folklor Festivalının, digər tədbirlərin yüksək səviyyədə təşkilinəgörə Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlıya, rayon mədəniyyət və turizmşöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovaya ayrıca təşəkküretdi.

"Paytaxtı hər gün dəyişməzlər"-deyən rayon icra hakimiyyətininbaşçısı Masallıda bundan sonra da beynəlxalq səviyyəli müxtəlif tədbirlərinkeçiriləcəyini bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi info-tura qatılan medianümayəndələri Masallıda gördüklərindən razı qaldılar.

Növbəti il üçün "Azərbaycanın Folklor Paytaxtı" elan ediləcəkrayonu çətin sınaq gözləyir...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV