adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 13:53
29
ŞOU-BİZNES
A- A+

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır".

Adalet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib.

"Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq", - deyə Ş.Taciroğlu bildirib.

Qeyd edək ki, T.Şahmalıoğlu həm də şəkərli diabetdən əziyyət çəkir və bununla bağlı xeyli çəki itirib.