Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
Müğənni Aynur Dadaşova səhhəti ilə bağlı mütəmadi tibbi müayinələrdən keçdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, hər üç aydan bir həkim müayinəsində olduğunu və müəyyən səbəblərdən daim nəzarətdə saxlanıldığını bildirib.
Aynur Dadaşova vaxtında müayinə olunmağın vacibliyini vurğulayıb. Sənətçi bir müddət əvvəl əməliyyat olunmaq ehtimalının yarandığını, lakin həkimlərin təyin etdiyi müalicə nəticəsində buna ehtiyac qalmadığını deyib.
"Üç aydan bir həkimlərdən, müayinələrdən keçirəm. Müəyyən səbəblər var, həkim nəzarətindəyəm. Vaxtında hər şeyi bilmək çox gözəldir. Gecikəndən sonra peşmanlıq olur", - deyə müğənni qeyd edib.
Aynur Dadaşova insanlara səhhətlərinə diqqət yetirməyi və mütəmadi olaraq həkim müayinəsindən keçməyi tövsiyə edib.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03


Bakı -°C

