adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Dostların Bəxşeyişi

ETİBAR CƏBRAYILOĞLU
94578 | 2013-05-25 00:53

"Yeniyüzil" adında nakam bir qəzetimiz vardı. Bəxşeyiş Əsgərovun adını ilk dəfəhəmin redaksiyada çalışanda eşitdim. Baş redaktorumuz Gündüz Tahirli görkəmlialimimiz Azad Mirzəcanzadə ilə qəzet üçün geniş müsahibə hazırlanmasınıistəyirdi. Hər dəfə planlaşdırmada bu barədə söhbət düşəndə gözlər MüsəllimHəsənova dikilirdi. İstedadla qələmə aldığı yazılarında konkretliyi sevənMüsəllim bəy rəsmi qurumların birində mətbuat xidmətinin rəhbəri olmağın dadınıçıxarıb gələndən sonra uzunçuluqla arası yox idi. Danışanda da məsələyə konkretnöqtə qoyurdu. Müsahibə məsələsindən söz düşəndə deyirdi ki, AzadMirzəcanzadədən razılıq almağı ancaq Bəxşeyiş Əsgərov bacarar.

Səhifələrindəkiimzalardan göz qamaşan "Yeni yüzil"in ömrü nakam qırıldığından GündüzTahirlinin arzuladığı müsahibə alınmadı. Lakin Bəxşeyiş müəllimin adıyaddaşımda həmişəlik qaldı. Mənim üçün çox maraqlı idi. Azad Mirzəcanzadə kimicanlı elm korifeyini müsahibə verməyə razı sala bilən bu igid kim ola?

Çox keçmədiki, adını eşitdiyim igidin üzünü də gördüm. Dostlarından yarıyan bəxtəvərəm də.Müsəllim Həsənli, Mahir Qarayev, İlham İsmayıl, Yaşar Əliyev, Yusif Rzayev,Fəxri Uğurlu, Hikmət Sabiroğlu kimi dəyərli dostların sayəsində BəxşeyişƏsgərovla tanışlığım başladı. Bir yerdə işığını yandırmağa getmədiyimizrestoran qalmadı. O, biz dostların sevincinə ən çox sevinənlərdən, dargünümüzdə özünü ən tez yanımıza çatdıranlardandı. O, biz dostların Bəxşeyişidi.

Günlərinbirində qonşudan yarımaq da bəxtimə düşdü. Kirayə tutduğum evin Bəxşeyişmüəllimgilin məhəlləsində olduğunu öyrənəndən sonra o qədər sevindim ki. Niyədə sevinməyim? Qayda-qanunla dostlarımız arasında Bəxşeyişə ən yaxın mən hesabolunuram. Müsəllim, Mahir, Fəxri, Hikmət... Biri Bakının yuxarısında olur, obiri aşağısında. Dostlar mənə qibtə etməli idilər. Amma heç nə edəbilmədilər....

Dostum vəqonşum Bəxşeyiş müəllimin evində Azərbaycanın tarixi şəxsiyyətləri, elm vəsənət adamları qonaq olub. Onun evi bu gün də qonaq-qaralıdı. Bəxşeyişmüəllimin ömür-gün yoldaşı, dəyərli ziyalımız Şəlalə xanımın açdığı süfrəninətrafına yığışmağın ayrı ləzzəti var. Tuncər, Nursel məhz belə ailədə tərbiyəalıblar.

Bizim Turanhər gün Bəxşeyiş əmisi ilə, Şəlalə xanımla görüşmədən evə gəlməz. Arada Turanaqibtə eləmək istədim, lakin gördüm heç nə edə bilmirəm.

Dədə-babalarımızpis qonşudan qurtulmağın yolunu çox sadə şəkildə göstəriblər- köç qurtar. Bəsbəxtimizə Bəxşeyiş kimi gözəl qonşu düşəndə görən nə etmək lazımdı?

Yazınınəvvəlində elm və fikir nəhəngi Azad Mirzəcanzadəni təsadüfən xatırlamadım.Dostumuz Bəxşeyiş uzun illər bu böyük şəxsiyyətlə çiyin-çiyinə çalışıb. Azadmüəllimin ötən əsrin lap sonlarında yazdığı "XXI əsrə aparan yollar"kitabının ərsəyə gəlməsində də Bəxşeyiş müəllimin çox böyük zəhməti var.

Bəxşeyişmüəllim içi söz və işıqla dolu insandı. Onunla görüşüb saatlarla söhbət etmək,uzun yol getmək olar. Çünki heç vaxt yorulmayacaqsan. Əksinə rahatlıq tapacaq,mənən zənginləşəcəksən. Bəxşeyiş müəllim barədə düşünəndə yadıma görkəmli alim,bədii əsərləri sərhədlərimizi çoxdan aşan Kamal Abdullanın bir fikri gəlir -"Müdrikliyi sevən sözü də sevməlidir. Söz müdrikliyin yaşama məkanıdır. Vəsözü sevən müdrikliyi sevməlidir. Yaşama məkanı cansız ola bilməz".

Bu gün əzizdostumuz və mehriban qonşum Bəxşeyişin 50 yaşı tamam olur. Bəxşeyiş Əsgərov düz50 il öncə mayın bu günündə Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.

Arxadaqalan bu illərdə Baxşeyiş Əsgərov elmi işçi də olub, Prezident Aparatının başməsləhətçisi də. Bu gün Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərsdeyir, Mərkəzi Seçki Komissiyasının üzvüdü.

Baxşeyiş 50ili ləyaqətlə yaşayıb. Ləyaqətlə də yaşayır. Önəmlisi olanı budur...

EtibarCəbrayıloğlu

TƏQVİM / ARXİV