adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BİR DİKTATORUN QORXULU NAĞILI…

BABƏK YUSİFOĞLU
37226 | 2014-12-09 11:57
Həyatda elə şeylər var ki, onlar haqqında daha çox bəhs edilir...
Elə Azadlıq və ya mütilik, qorxaqlıq haqqında da çox yazılıb, ən müxtəlif fikirlər söylənib, fərqli dəyərləndirilmmələr aparılıb. Və insan övladı Yer üzərində yaşadığı müddətdə bunlardan yenə bəhs ediləcək, danışılacaq. Çünki o da Xeyirlə Şərin mübarizəsitək tükənməzdir. Əslində bu mövzuya yanaşmaların hər birinə öz pəncərəsindən baxıldığı zaman qüsursuz görünür...

                                                            İnsan və Azadlıq...

Mənə görə normal düşüncəyə malik İnsan nə qədər ki, içindəki qorxu səddini aşmayıb, o azad deyil, ola da bilməz. Azadlıq qorxunu üstələdikdən sonra başlayır. Əlbəttə ki, insani dəyərlərdən uzaq düşməməklə. Çünki söhbət məhz İnsanın Azadlığından gedir...Elə hansısa hakimiyyətdə olan diktatorlar, tiranlar əldə etdikləri yüksək məqamı sürdürmək üçün ilk növbədə cəmiyyədəki qorxu hissini genişləndirməyə, inkişaf etdirməyə çalışırlar. Onlardan hər biri çox yaxşı bilir ki, içindəki qorxunu üstələyənlər mütləq Azadlığın nəfərinə çevriləcəklər. Və bu proses onların sonunu gətirəcəkdir...

Ruhən azad İnsanı öldürmək olar, amma məğlub etmək olmaz... Və min illərdi diktatorlar, rejim sahibləri həmin insanları işkəncələrə məruz qoysalar da, həyatlarını əllərindən alsalar da məğlub etməyi bacarmayıblar. Yəqin ki, heç vaxt buna nail ola da bilməyəcəklər. Çünki Allah-Təala insan övladını faülü-muxtar yaratdı...

Bəşəriyyət nə tiranlar görmədi ki?.. Fironlardan, Neronlardan tutmuş Stalinlərədək, Mao Tse Dunlaradək, Hitlerlərədək... Elə lap sonunculardan biri Çauşeskuyadək...

Kimsə elə zənn etməsin ki, Nikolae Çauşesku digər həmkarları qədər məşhur olmadığı üçün onlardan daha az diktator idi. Əsla. O da cəmiyyətdəki xofu var gücüylə böyütmək üçün var gücüylə çalışmışdı. Amma...

*****

...1989-cu il, dekabrın 21-də insanlar Buxarerstin mərkəzinə axın-axın gəlkməkdəydi. O soyuq havada meydana addımlayan insanlar heç özləri də bilmirdi ki, bir neçə saatdan sonra nələr baş verəcək. Bəlkə də bəziləri baş verəcəklərdən xəbərdar olsaydılar mitinqə getməzdilər.

Universitet meydanı qaynayırdı. İnsanlara bildirilmişdi ki, ölkənin birinci şəxsi Nikolae Çauşesku şəxsən trubunaya çıxaraq danışacaq, hər kəsə nə etməli olduğunu söyləyəcək. Əslində hamı buna çoxdan öyrəşmişdi. Millətin "atası” necə "yaşamağı”, necə düşünməyi, necə danışmağı onsuz da öz dəmir qaydalarıyla, sərt sərhədlərylə müəyyənləşdirmişdi. Azadlıq yalnız şəxsən onun özünə, arvadına övladlarına, bir sözlə ən yaxın qohumlarına məxsus idi. Ölkənin bütün əhalisi isə birincinin onlara verdiyi qədər azad ola bilərdilər.

Həmin olaylardan sonra daha məşhur olan Universitet meydanı doğörudan da qaynayırdı. Həmin hadisələrin videogörüntülərini videoyazısını mən də izləmişəm. Çöhrələrində mübhəm həyəcanın cisgilərini daşıyan bu adamlar o gün qorxu-hürkünü yıxmaq üçün birlikdəydilər. Və birazdan Birinci adam tribunaya çıxacaqdı. Çıxdı da. Yanındakı əsabələriylə birlikdə. Və hər kəsin dəfələrlə gördüyü jestlərlə, eşitdiyi səslə... Amma əvvəlkllərdən fərqli olraraq bu dəfəki halında liderin də dədirginlik hiss olunurdu...

Bəlkə də o fərqindəydi ki, doğulduğu gündən ta indiyədək, heç vaxt bu qədər çətin sınaq qarşısında durmayıb. Bilmirdi ki, doğulduğu o yaşıl yamacları olan kənddən bu ali tribunayadək olan yolun ən təhlükəli körpüsü üstündən keçməkdədir. O körpünün ki, onun altından dərin sular deyil, coşqun insan seli hayqırırdı.

Bəli, Nikolae Çauşesku hələ də hər şeyin yaxşı olacağıına inandığı üçün burada, tribunadaydı... Çünki bu tribunanı itirirməyi ağlının ucundan belə keçirmirmək istəmirdi... Çünki o, kəndələrindən çıxıb bu tribunaya gəlib çatanadək özüylə bərabər içində kənddələrindən gətirdiyi saf şeylərin çoxunu zamanın qarışıq qatlarına gömmüşdü... Əslində o da nə vaxtsa adi bir kənd uşağıydı...

                           SKORNİÇESTİ KƏNDİNDƏ DOĞULAN UŞAQ…

Nikolae Rumıniyada Skorniçeşti kəndinfə adi kəndli ailəsində dünyaya göz açmışdı. 1918-ci ilin yanvar ayının 26-da. Bioqraflar yazır ki, Polovradci kommunasının çoban ailəsindən olan atası Andrutse bir müddət Skorniçeştinin meri vəzifəsində də çalışmışdı. Liksandradan olan anası Aleksandirina da tipik kənli qızıydı. Və onların nə az, nə də çox, düz 10 övladı dünyaya gəlmişdi, Nikolae isə Çauşeskuların üçüncü uşağıydı.

Üç otaqlı bir evə sığışan bu böyük ailə sözün əsl mənasında çox kasıb bir vəziyyətdə yaşayırdı. Əlbəttə, o dövrün şərtlərini və ailənin belə qələbəlik olduğunu nəzərə alsaq, maddi sıxıntılar heç də təəccüblü görünmür. Maraqlıdır ki, gələcəyin diktatoru sonralar həmin dövrün bəzi epizodlarını xatirələrində yazmışdı. Çauşesku onu da xatırlayırdı ki, o, kənd məktəbini 11 yaşındaykən bitirib. Və...

Bundan sonnra Nikolaenin yolu kənddən ayrıldı. Valideynləri Nikolaenin Buxarestə getməsinə razılıq verdilər. Çünki həmin ərəfələrdə ailənin büyük qızı Nikulina artıq paytaxtda yaşayırdı və o, kiçik qardaşının qayğısına qala bilərdi. Özü də Nikolae elə əfəl deyildi ki, kimin üçünsə bir yükə çevriləydi. Əsla. Çox zirək, gözüaçıq olan yeniyetmə Çauşesku tezliklə çörəkpulu qazanmağın yollarını da tapdı. Zavodların birində işə düzəlməklə yanaşı həm də pinəçiliyi öyrənməyə başladı. Bir müddət sonra isə çox da böyük olmayan bir ayaqqabı emalatxanasında Aleksandr Sanduleskunun yanında işə girdi.

                                                   SİYASİ YOLUN BAŞLANĞICI

Bu həmin Sandulesku idi ki, həmin dövrlərdə qeyri-leqal fəaliyyətini sürdürən Rumınya Kommunist Partiyasının (RKP) fəal üzvlərindən biri hesab edilirdi. Bioqrafların yazdıqlarına görə, məhz həmin şəxsin təsiri ilə 16-17 yaşlı Nikolae də fəhlə hərəkatının üzvünə çevvrildi. 1933-cü ildə isə o, Kommunist Gənclər İttifaqı (KGİ) sıralarına daxil oldu. Məhz bundan sonra Krallıq Rumıniyasında Nikolae Çauşeskunun da adı hakimiyyətə qarşı olanların sırasına düşdü. Həmin illərdə onu bir neçə dəfə siyasi fəaliyyətinə görə həbs etsələr də uzun müddətli dustaqda saxlamadılar.

Sonrakı hadisələrdə Nikolaeni yenidən nəzarət altına aldılar. Bu dəfə ona daha ciddi ittihamlar irəli sürülürdü. O zaman Avropada bir qorxunc ideoloji tauna çevrilən faşizm əleydarı adıyla Çauşeskunu iki illiyinə azadlıqdan məhrum etdilər. Demək olar ki, məhz həmin hadisə bu gənc adamın həyatının dəyişməsində müstəsna rol oynadı.

Əsasən siyasi məhbusların saxlandığı bir türmə hesab edilən "Dotana”da cəza çəkmək Nikolae üçün çox məşəqqətli olsa da burada kommunist partiyasının bir çox məşhur simalarıyla – Qeorqe Qeorqiu-Dejlə, Kivu Stoykoyla, Emil Bondaraşla, Aleksandr Moqioroşla dostlaşdı. Onların yardımı ilə marksizmi öyrənməyə başladı. Və məhz bu tanınmış kommunistlərin himayəsi ilə Nikolae Çauşesku siyasətdəki həmyaşıdlarından daha tez irəli getməyə, tanınmağa başladı. Həmin dövrlərdə daha bir neçə dəfə həbslərə məruz qalması təşkilatda ona olan inamı, hörməti maksimum dərəcədə artırmılşdı. Ona artıq sınanmış şəxs kimi baxırdılar.

                                                      YUXARILARA DOĞRU

1939-cu ildə artıq azadlığa buraxılan Çauşeskunun şəxsi həyatında gözlənilməz bir dəyişiklik baş verdi. Belə ki, həmin ildə keçirilən hərbi paradda Nikolae təsadüfən Yelena adlı gənc bir qızla tanış oldu. Bir qədər sonra üzə çıxdı ki, bəyəndiyi Yelena Petresku da kommunistdir və elə o da qeyri-leqal təşkilatda fəaliyyət göstərir. Və həmin tanışlıqdan sonra hər iki kommunistin həyat və fəaliyyətləri qoşa xətt kimi davam etdi. Lakin onların rəsmi nigahının yalnız 1946-ci ildə qeyd edildiyi bildirilir. Bu həmin Yelena idi ki, sonradan Rumıniyanın ictimai-siyasi həyatına müdaxilələriylə ad qazanacaqdı…

19944-cü ilin avqust ayında konduektor və baş nazir İon Antenosku vəzifəsindən kənarlaşdırılaraq həbs edildi. Və ölkənin yeni hakimiyyəti daxildəki vəziyyəti nəzərə alaraq repressiyalara son qoydu, keçmiş SSRİ ilə əlaqələrə, xüsusən də hərbi əməkdaşlığa böyük önəm verdi. Kommunistlərin təqibi nəinki dayandırıldı, hətta onların irəliyə çəkilməsi prosesi başlandı. Qeyd edilir ki, Antoneskunun həbsi zamanı həbsadə olan Çauşesku heç nəyi gözləmədən türmədən qaça bildi. Və çox keçmədi ki, yaxın dostlarının köməyi ilə KGİ-nin katibi vəzifəsinə seçildi. Bununla da onun karyerasınına start verildi...

(Ardı qəzetin 16 dekabr sayında)

babekyusifoglu.blogspot.com



  • May:
  • 3

TƏQVİM / ARXİV