adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 May 2024 19:05
536
DÜNYA

Türkiyədəki seçkilərin son nəticələri bu tarixdə açıqlanacaq

Mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də respublikada keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin yekun nəticələrini açıqlayacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir.

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 30 böyük şəhərin bələdiyyə sədri, bələdiyyə və yerli özünüidarə başçıları seçilib.

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 37,77% səs toplayaraq, 30 metropoldan 14-də mer seçkilərində qalib gəlib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) 12 böyük şəhərin bələdiyyə sədri postlarını qazanaraq 35,49% səs toplayıb və 2002-ci ildən bəri ilk dəfə seçkilərdə uduzub.

Martın 31-də keçirilən seçkilərdə fəallıq 78,11% təşkil edib ki, bu da son illərin ən aşağı göstəricisidir.