adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

XOŞBƏXT OLSUNLAR

BABƏK YUSİFOĞLU
210174 | 2015-07-07 14:22

Bir müddət bundan öncəxəbər yayılmışdı ki, Keniyadan, yəni Birləşmiş Ştatların prezidenti BarakObamanın vətənindən Feliks Kiprano adlı bir gənc Ağ Ev şefinin böyqk qızıMaliyayla evlənmək istəyir. Özü də heç kim bunu elə belə zarafat-zad hesab eləməsin.Çünki Feliks bunu çox ciddi şəkildə bəyan eləmişdi, hətta başlıq parası üçünqızın atasına – Obamaya  50 baş inək, 70baş qoyun və 30 baş keçi verəcəyinə and içmişdi. Və bilmirəm nə məsələ ididsədaşdan-qayadan səs çıxdı, Barakdan bir səs çıxmadı. Deyilənə görə, Obama həmintəklifə «protiv»  deyilmiş.

Amma indi deyəsən vəziyyət tamam dəyişib. Verilən xəbərlərdənbelə görünür ki, qızın məsələsi  keçibarxa plana, indi Obamanın özünə elçi düşüblər. Bəli, heç kim təəccüblənməsin,o, ABŞ-ın bütün əyalətlərində homoseksual evliliyi qanuniləşdirən qərarıalqışladıqdan, hətta «sevgi azaddı» (anspress.com) messajını verdikdən sonraona olan sevgilərin yolları  əməlli-başlıaçılıb. Sən demə, Obamaya məhəbbətlərini ürəklərində gizlədənlər varmış.

Neyləsinlər, adam ABŞkimi super-dövlətin prezidentidir. Ərə getmək təklifi almaq birdən xoşuna gəlmədisə,onda eşşək gətir, mərəkə yüklə. Həmin təklifi verənin başına olmazın müsibətlərinigətirməzmi? Nə isə mətləbdən uzaq düşməyək…

Sevginin azad oilduğunu elan etdikdən sonra AfrikadaZimbabvenin 91 yaşlı prezidenti Robert Muqabe kimsəyə aman vermədən o dəqiqə prezident Barak Obamaya evlilik təklif edəcəyinidilə gətirib. Və bunu hər kəs bilsin deyə radio proqramlarının birində söyləyib. O açıq şəkildə bildirib: «Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiəetdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəmvə qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm».

Öz aramızdı,  Obamaya bundan artıq nə lazımdı ki? O, dağboyda kişinin, milyonların sahibi, Zimbabve kimi bir ölkənin şefi olan biradamın dizini yerə qoyaraq belə romantik evlilik təklifini necə rədd eləyə bilər?Məncə heç cür. Özü də o boyda ağsaqqal prezident ondan ötrü durubVaşinqtona  gedəcəyinə də söz verir.

Onsuz da bundan sonra istəsə də, istəməsə də Barakıişdən çıxaracaqlar, o da Corc Buş kimi ora-bura düşüb özünə bir iş axtaracaqdı.Mən demirəm, siz deyin, Muqabenin təklifini qəbul edəndən sonra o işi-zadı neyləyir?

Bilirəm bəziləri inanmayacaqlar ki, belə bir şeyhüquqi cəhətdən baş tuta bilməz, çünki Obamanın Mişel xanımla «ZAQS»ı var. Ammabu əngəl boş şeydi. Çünki onsuz da onlar yola getmirdilər. Ayrılmağahazırlaşırdılar. Boşanandan sonra kim ona deyə bilər ki, Muqabeyə niyə razılıqveribsən? 

İndi«xoşbəxt olsunlar» deyib, «ailə səadəti» arzulamaqdan başqa nə deyə bilərik ki?Onun da xoşbəxt olma haqqı var, ya yox? Bu adam prezident seçiləndən sonra dahabaşına gəlməyən qalmayıb. İş o yerə çatıb ki, heç özü də bilmir ki, neyləyir.Bombaları müsəlmanların başına tökəndən iki gün sonra televiziyaya çıxıb müsəlmanlarıQurban bayramını təbrik eləyib onlara can sağlığı arzulayırdı. Uşaqlı-böyqklüİraqda bir milyon yarım insanı qırsa da Amerikada heyvanların müdafə hərəkatlarınıdəstəkləyirdi. Azərbaycana – bizim strateji tətəfdaşımızdı –  deyib, pulları militarist ermənilərə göndərirdi…Nə bilim ey, belə deyiləsi bir yeri qalmamışdı. Elə ən yaxşısı onun yeriMuqabenin sarayıdı…      

[email protected]

babekyusifoglu.blogspot.com

      

TƏQVİM / ARXİV