adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BİR CAVABIN ƏKS-SƏDASI

BABƏK YUSİFOĞLU
36702 | 2014-10-22 01:42


Rusiyanın artıq bir vilayətinə çevirilmiş Ermənistan bütün qərarlarını Kremlin icazəsi və ya göstərişi ilə alır. Bu asılılıq o həddə çatıb ki, hakimiyyət öz şəxsi planlarını, işlə bağlı olmayan fərdi davranışlarını belə Moskvanı məlumatlndıraraq həyata keçirirlər. İstər rus, istərsə də erməni ekspertləri etirafda bulunurlar ki, hətta Kreml Azərbaycan torpaqlarının işğalına son verilməsinə göstəriş verərsə, Yerevan bunu tərəddüdsüz icra edəcək.
Məhz bu şəkildə mövcud olan Ermənistan Azərbaycanın müstəqi siyasət yürütməsini heç cür həzm edə bilmir. Bakının öz milli maraqları üçün istənilən super dövlətin diqtəsinə rədd cavab verməsi, yanlış hərəkətlərinə kifayət qədər sərt reaksiya göstərməsi Ermənistanda qeyri-adi qarşılanır. Necə ola bilir ki, Bakı öz sərt üzünü istər Vaşinqtonun, istərsə də Moskvanın yanlış addımlarına qarşı göstərə bilir?
Təxminən bir həftə əvvəl Amerikanın Dövlət Departamenti guya Azərbaycanda insan hüquqları pozulduğu üçün Bakıya qarşı haqsız çağrışlarda bulunmuşdu. Bildiyimiz kimi Bakı vaxt itirmədən Xarici İşlər Nazirliyi səviyyəsində bu yanlışa qarşı çox sərt reaksiyasını bildirmişdi.
Ölkəmizin bu cür davranışlar erməniləri heyrətləndirib. Əlbəttə, onların belə heyrəti, əvvəldə qeyd etdiyim ki, real müstəqillikdən çox-çox uzaq olan bir "dövlət" üçün təbii görünməlidir. Lakin məsələnin daha maraqlı tərəfi də vardır. Bu da hayların ənənəvi olaraq şantaj, təxribatçı, yalan istehsal etməkg xarakteriylə bağlıdır.
Həmin hadisə ermənilərin nə qədər xoşuna gəlməsə də bundan öz xeyirləri üçün istifadə etməyə qərar veriblər. Belə ki, Azərbaycan-ABŞ əlaqələrinə zərər yetirməkdən ötrü cilddən-cildə girməyə başlamışlar. Bir həftədir şantajın, yalanın hansısa "işə" yarayacağına ümid edən şərhçilər, mətbuat olanları tündləşdirərək dövriyyəyə buraxmaqdadır.
Azərbaycanın kifayət qədər sərt, tutarlı və məntiqli cavabını Ermənistandakı bir sıra internet saytları, xəbər portalları (həm də rusca olanlar) Bakının ABŞ-a "burnunu özünə aid olmayan işlərə soxma", "Azərbaycan Amerikanı yalanda ittiham edir"g kimi fikirlərlə zənginləşdirib yayırlar. Halbuki XİN-in cavabından xəbərdar olanlar çox yaxşı bilirlər ki, mətndəki tutarlılıq diplomatik xətlərdən cüzi də olsa kənara çıxılmamışdır. Bakı bu cavabı verməliydig
Özünü demokratiyanın, insan hüquqlarının qarantı kimi təqdim edən super dövlətə açıq şəkildə bildirilmişdi ki, ABŞ konkret cinayət əməllərinə görə ittiham olunan ayrı-ayrı şəxsləri zorla siyasiləşdirib müstəqil dövlətin daxili işlərinə qarışmaqdansa, ermənilərin işğalı üzündən ən adi insan hüquqlarından məhrum edilmiş bir milyon Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsinə qalxsın.
Bəzi ermənipərəs konqresmenin sayaqlamaları indi ağlı başında olan kimsəni çaşdıra bilməz. Və hər kəs əmin olsun ki, adı nə olursa-olsun, erməni lobbisinin təsiri ilə hazırlanan sənədlərin heç birinin Azərbaycan üçün bir mənası yoxdur. Özü də ən əhəmiyyətlisi odur ki, bu cür münasibət təkcə rəsmi Bakıya deyil, eləcə bütün xalaqa aiddir. Əlbəttə, belə olduğu təqdirdə reklam xətrinə və ya siyasi maraqlar naminə özünü insan haqqlarının müdafiəçisi, qarantı kimi təqdim edənlərin cavabı verilməliydi.
Sonda onu da qeyd edim ki, şantaja, yalanag söykənərək Azərbaycana nəsə edə biləcəklərini düşünən ermənilərin, eləcə də onların gündöyməzindən öpənlərin istəkləri boğazlarında qalacaq. Hətta deyə bilərəm ki, artıq qalıb. Çünki bu gün onların qazancı əhalisi yoxsulluq içərisində çabalayan, xaotik durum ucbatından sürətlə boşalang Ermənistandı. Həyatda yalnız mövcud olmaq üçün əl açıb dilənmədikləri ölkə qalmayıbg
Azərbaycan isə dünyanın ən sürətlə inkişaf etməkdə olan ölkələri sırasındadır. Müvəqqəti itirdiyimiz torpaqlarınsa hansı yolla olursa-olsun qaytarılacağına isə hamı əmindir...g

TƏQVİM / ARXİV