adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2024 16:26
559
DÜNYA

Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyə ordusu terror təşkilatı PKK-ya qarşı əməliyyatları qətiyyətlə davam etdirir:

"İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan PKK-nın 5 terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - paylaşımda qeyd olunub.