Bəxtiyar Vahabzadə: DEPREM
(1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak olanların xatirəsinə)
Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.
Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.
Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.
Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.
Avqust 1999
Digər Xəbərlər
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55
AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
24 Sentyabr 2026 10:51
“Kaş ki”lər bitmir... - Pərvanə Bayramqızı yazır
24 Sentyabr 2026 08:38


Bakı -°C

