Azərbaycanda "Facebook" istifadəçiləri 4 dəfə azaldı
Bu ilin iyun ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 73,07 % təşkil edib.
Adalet.az-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 39,55 faiz bəndi, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 52,5 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 13,06 faiz bəndi, il ərzində isə 18,65 faiz bəndi azalaraq 7,43 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 4 dəfə təşkil edib).
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 11,57 faiz bəndi, illik isə 25,15 faiz bəndi azalaraq 6,92 % təşkil edib.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 5,07 faiz bəndi, illik müqayisədə isə 4,08 faiz bəndi azalaraq 2,9 % təşkil edib.
İlk beşliyi 2,55 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 5,74 faiz bəndi, illik müqayisədə isə 7,13 faiz bəndi azalıb.
Digər Xəbərlər
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18
Rəqəmsal tədqiqat belə aparılacaq
07 Iyul 2026 13:18
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir
07 Iyul 2026 11:48
"Dünya xeyli kiçilib və bir əlin içindəki mobil telefona yerləşib"
01 Iyul 2026 11:20
“Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək”
25 Iyun 2026 13:07


Bakı -°C

