Azərbaycan Ermənistandan təzminatın tam ödənilməsini tələb edir
Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.
Azərbaycan XİN-dən Adalet.az-a verilən xəbərə görə, arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib.
Eləcə də qeyd olunub ki, sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində ədaləti təmin etmək üçün ciddi səydir.
Digər Xəbərlər
23 Sentyabr 2026 11:57
“Tramp İranı boğmaq üçün sanksiyaları sərtləşdirir”
23 Sentyabr 2026 11:53
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
23 Sentyabr 2026 11:34
Prezident əfv Sərəncamı imzaladı - ADLAR
23 Sentyabr 2026 11:24


Bakı -°C

