“Qafqazda qədim olan nə varsa, hamısı bizimdir”
“Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban taeixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz qədimik” şüarı var. Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər”.
Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
“Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində Gəncəsər alban katolikosu Yesai Həsən Cəlal Eçmiədzinin alban inancını, mədəniyyətini və torpaqlarını mənimsəmək üçün davamlı cəhdlərinə birbaşa işarələr edir. Gəncəsərdəki əsas yazıya əsasən, XIII əsr alban hökmdarı Həsən Cəlal Dövlənin titulu "atabəy" kimi göstərilmişdir ki, bu da digər faktlarla yanaşı, onun türk köklərindən olmasından xəbər verir. Yazılarda əyanların adları çəkilir: Ulubəy, Mina Xatun, Mama Xatun, Vəlican, Əmirhəsən, Atabəy, Qocubəy, Canıbəy, Cəlalbəy, Aruz və s. Bu yazılarda heç bir erməni adı yoxdur. Amma nə olsun!? Yalanların və qədimlik mərəzinin qurbanı olan ermənilər dirəşib ki, Qafqazda qədim olan nə varsa, hamısı bizimdir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Sentyabr 2026 10:39
“Kreml belə bir addım atarsa, bu müharibənin daha geniş məkana yayılmasına...”
23 Sentyabr 2026 10:35
Qriqoryan İrəvana niyə gec qayıdıb?
23 Sentyabr 2026 10:22
Prezident daha bir dövlət proqramını təsdiqlədi
23 Sentyabr 2026 09:36
Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 23:53
Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
22 Sentyabr 2026 22:12


Bakı -°C

