hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

Üçüncü yazı

22900    |   2010-07-31 09:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1988-ci ildə Azərbaycana etdiyimiz səfərin ilkin addımında bizi aparan qatar, Kimmer türklərinin adını daşıyan Gümrü şəhərində dayanar-dayanmaz, ürəyimdə burada yatan bütün ulu babalarımızın ruhuna dua oxuyaraq və ilk öncə sağ ayağımı torpağa basaraq endim.
   
   Gömrük işləri başa çatdırılan kimi yola düşdük. Günün batmağına az qalmış Gümrü şəhərini arxada qoyub azan vaxtı Alagöz dağlarının təpələrini, yaylaqlarını ötüb keçməyə başladıq. Mərhum atam, Alagöz dağlarının, yaylaqlarının və Göyçənin gözəlliyini həmişə öyüb göylərə qaldırırdı. Yaylaqdan, dağdan söhbət düşəndə Qafqazın, Alagöz dağlarının gözəliklərinin dünyada tayı bərabəri olmadığını daim söyləyərdi. Ayın gümüşü aydınlığına bürünmüş təpələrə tamaşa edə edə, əyrim-üyrüm yolları ötərək gecə saat ikinin yarısında Sarvanlara (Marneuli) çatdıq. Bizi APİ-nin dossenti Yunis bəylə birlikdə qarşılamağa gələnlər arasında olan və APİ-də dossent işləyən Hamlet bəyin qohumunun evində düşərgə saldıq.
   
   Füsunkar bir bağçanın içində olduqca yaraşıqlı evin nəhəng bir otağında sanki ziyafət sürfəsi hazırlanmışdı, ancaq diyəsən mənim boğazımı düyünləmişdilər. Sevincdən göylərdə uçmağıma baxmayaraq qəhər dolu bir yumruq gəlib boğazımda qərar tutmuşdu. Öz doğma torpaqlarımızdakı bacı qardaşlarımız, özgələrinin hökmranlığı altında idi və bu da məni həddən artıq narahat edirdi. Ev yiyəsi inciməsin deyə bir iki tikə pendir götürüb iki istəkan çay içdim və çəkildim. Necə çörək yeyə biləydim ki, tarix boyu hakimiyyətimiz altındakı bu dədə baba yurdumuz yad çəkməsi altında idi. Qərbi Azərbaycan ermənilərə, Borçalı da gürcülərə dədələrinin malı kimi bağışlanmışdı. Üstəlik bu torpaqlarda erməni-rus birləşmələrinin törətdiyi soyqırıma mane olmaq üçün Anadolunun hər bir küncündən durub gələn Məmmədçiklərin üç mini əziz canlarını fəda edərək Azərbaycanlı qardaşlarıyla çiyin çiyinə şəhid olmuşdu. Şəhidlərin qanı bahasına qorunan müqəddəs torpaqlarımız, təəssüflər olsun ki, Bolşevizm yalanına inanan Azərbaycanlı qafillərin dövründə, adı Bolşevizm qoyulmuş rus imperiyası liderinin göstərişiylə Azərbaycandan zor gücüylə qopardılaraq bolşeviklik adına yadlara hədiyyə edilmişdi. Bundan məqsəd də Türkiyə ilə Asiya Türklüyü arasındakı Azərbaycan adlı canlı körpünü yaradılacaq etnik erməni koridoru ilə sındırmaqdı.
   
   Tarixin hökmüdür, sən güclü olmasan, güclü olan səni yeyər, çünkü orda Türkdən qeyri millətlərə məxsus olan cəncəl qanunu hökm edir!
   
   Ulu Öndər Atatürk nahaq yerə deməmişdi: "Milli mənsubiyyətini dərk eliyə bilmiyən millətlər, özgə millətlərin şikarı olar!"
   
   Səhər açılar açılmaz durub qəlyanaltı elədik və ev yiyələriylə halallaşıb yola düzüldük. Gürcüstanla Azərbaycan arasında sərhəd olan Qırmızı Körpüyə çatdıqda Yunis bəyin qohumu Saday bəyə xahiş eləyib maşınını saxlatdım və Kürə sarı yüyürdüm. Öz özümə söz vermişdim ki, Kür çayına çatar çatmaz onun suyundan içəcəkdim. Bizim kənddə Kür çayından keçənlərin barmaqlarının müalicəvi olduğuna inanırdılar və kəndimizdə yeganə olaraq atam Kürdən keçdiyinə görə kənddə boğazı ağrıyan uşaqları gətirib atama xahiş edib körpənin boğazını əllədərdilər. Qəribə idi, atamın boğazını əllədiyi uşaq bir iki günün içində sağalırdı. Yunis bəyin "su natəmizdir olmaya-bilməyə içəsən!" deyə qışqırıb xəbərdarlıq etməsinə baxmayaraq mən onun suyunu ovuclayıb içdim və birinci əhdimi yerinə yetirdim.
   
   Sərhəddi keçib müqəddəs Azərbaycan vətəninin torpaqlarına daxil olduq. Yol üstündəki kəndləri və şəhərləri ötüb axşama qalmış Bakıya çatdıq. Evə daxil olub biraz dincələndən sonra durub Xəzər dənizinin sahilinə gəzməyə getdik. Sahilə çatar çatmaz dənizin qırağına getdim və əyilib mamırlar arasından bir ovuc çirkli suyu götürüb yenə də xəbərdarlıqlara fikir verməyərək içdim və ikinci əhdimi də yerinə yetirdim.
   
   Bakıya çatar çatmaz iki yeri görməyi xüsusilə çox istəyirdim. Biri Gəncə və Qarabağ bölgəsi, digəri də Naxçıvandı. Ancaq bu arzumu heç kəsə aça bilmirdim. Bakıya gəldiyimiz günün ertəsində ailəliklə çox sevdiyimiz Prof. Dr. Abbas Zamanov və həyat yoldaşı Asiya xala bizi Mərdəkanda qonaq elədi. Bu da Abbas əmimin, Yunis bəydən özəl xahişi idi. Abbas əmim, "Sizi Naxçıvana aparmaq istərdim, ancaq indilik buna imkan yoxdur" deyincə hər şeyi başa düşdüm və bu söhbəti bir daha heç kəsə açmadım, arzumu içimdə boğdum. Yərin nurla dolsun ey gözəl və millətpərəst, vətənpərvər ağsaqqalımız, ömrüm durduqca səni unutmayacağam. Aradan bir neçə gün ötəndən sonra mərhum dostum Prof. Dr. Fərəməz Maqsudov gəldiyimizi xəbər alıb o axşam Karvansarada bizi qonaq etmək üçün yer ayırtmışdı. Onunla Ankarada Orta Doğu Texnik Universitetində təşkil olunan bir simpoziumda iştirak etdiyi vaxt tanış olmuşdum. Onunla səmimi əlaqə saxlamış, evimdə iki dəfə muhacirətdəki Azərbaycan nümayəndələrini də yığaraq qonaqlıq vermiş, onun buradaki fəaliyyətlərimizlə tanış olmasını, Ankaradakı ab-havanı Bakıya aparmasını və gözəl xatirələrlə qayıtmasını istəmişdim və istəyimə də nail olmuşdum. Axşam Karvansarada Fərəməz bəyin qonağı idik. Məni yanındaca oturtmuşdu və Azərbaycanın bir çox ziyalısı bu qonaqlıqda iştirak edirdi. Aradan bir xeyli ötəndən sonra qulağıma sarı əyilib "Hara getmək istəyirsiniz, haraları görmək istəyirsiniz?" deyə sual verdikdə mən yavaşca Gəncə və Qarabağ bölgəsini görmək istəyirik dedim. Gülümsündü, "Bir neçə günə Akademiyadakı işlərimi sahmanlayıb həftə axırına sarı inşallah gedərik" dedi. Onun dediyinə görə indiyə kimi Türkiyədən gedən heç kəsi Qarabağ bölgəsinə aparmamışdılar, çünkü ruslar istəmirmiş. Fərəməz bəylə söhbətimi yoldaşıma da demədim, çünkü birinin qəmbərqulu çıxarıb işimizin korlanmasını istəmirdim. Ruslar bu səfərə mane ola bilərdi, bunun üçün həddən artıq ehtiyatlı hərəkət edir, Fərəməz bəyin də bu arzumuzu yerinə yetirəcəyindən əmindim.
   
   Ziyafət süfrəsində yeyilib içilsə də mən orda deyildim. Ruhən Qarabağda və Cavad Xan yurdunda idim. Mərhum atamın "cənnətdən bir guşə" kimi həmişə dilindən salmadığı və ulu babalarımızın əzəli və əbədi yurdu Qarabağı görəcəkdim. Ürəyimdə daim tanrıya dua edir və atamı yad edərək deyirdim: "Ata, oğlun sənin qarış qarış dolandığın yerlərə gedəcək, oraları sənin gözünlə tamaşa edəcəkdi. Ruhun şad olsun!"
   
   Bir cümə axşamı günü Bakıdan Gəncəyə sarı yola düşdük. Getdiyimiz yol üstündəki kəndlər, qəsəbələr, insanlar o qədər doğma idi ki, sanki Anadoluda və öz kəndimizdə idim. Üç dörd saatlıq yolçuluqdan sonra Gəncəyə çatdıq. Fərəməz bəyə, Cavad Xanın şəhid olduğu qaladan hərhansı bir əsər qalıb qalmadığını sordum. "Narahat olma, Ankarada dediklərin yadımdadır, haralara getmək istəyirsən bilirəm, hamısını görəcəksən!" dedi. Əvvəlcə vilayət binası qabağındakı meydanı dolandıq, ordan Şah Abbas Məscidinə gedib gördük. Məsciddən çıxarkən Fərəməz Bəy qolumdan tutub "Seyfəddin Bəy, bu gördüyün kərpic divar Cavad Xan və oğlunun üstündə şəhid olduğu qalanın qalığıdır" dedi. Divara yaxınlaşdım və əlimi onun bir kərpicinin üstünə qoyub içimdə Cavad Xan və oğlu ilə Azərbaycan yolunda can verənlərin ruhuna dua oxudum.
   
   Şəhərdə biraz gəzdikdən sonra Kəpəz dağı üstündə olan və mərhum istiqlal şairimiz Əhməd Cavadın yazdığı "Göy Göl" şeirinə mövzu olmuş gölə sarı yola düşdük. Qafilədə mərhum Rəfiq Zəka Xəndan və Türkiyədən yenicə gəlmiş İrfan Ünvər Nasraddınoğlu da vardı. Füsunkar gözəlliyi ilə dillərə dastan olan Göy Göl və Maral gölün gözəlliyinə doyunca tamaşa elədik. Göy Gölün sahilində olarkən yoldaşımın qolundan tutub Əhməd Cavadın Azərbaycan bayrağını təsvir etdiyi bəndi onun qulağına oxudum:
   
   
   
   Kəsin iyşü nuşu gələnlər susun
   
   Dumandan yorğanı, döşəyi yosun
   
   Bir yorğun pəri var biraz uyusun
   
   Uyusun dağların maralı Göy Göl!
   
   
   
   Əhməd Cavad, Azərbaycanın istiqlalını və müstəqilliyini müdafiə etdiyindən işğalçılar tərəfindən şəhid edilmişdi. Ruslara satılanlar, Əhməd Cavadı "kommunizm düşməni, pantürkist, panturanist, Türkiyənin casusu" kimi ittiham etmiş və onu "xain!?" kimi qələmə vermişdilər. Bugün Əhməd Cavad yalnızca Azərbaycan yox, Türk dünyasının ən yüksək göylərində dan ulduzu kimi parıldayır, onu "satqın" kimi qələmə verənlər isə əbədi bir zülmətə bürünüblər. Bu da ilahi ədalətin təcəllisindən savayı heç nə deyildir.
   
   Göy Gölün olduğu Kəpəz dağından endikdən sonra axşam Gəncədə qaldıq. Ermənilərin başlatdığı etnik təmizlik nəticəsində yaranan qaçqınlıq, Gəncədə yaşayan bacı qardaşlarımızın səbr kasasını doldurmuşdu. Gəncədə və bəzi kəndlərindəki ermənilər, öz soydaşlarının törətdiyi etnik temizlik işindən hədsiz narahat idi, çünkü Azərbaycanlıların da bunun əvəzini çıxa biləcəyini zənn edib heç kəsdən bir söz belə eşitmədən öz özlərinə evlərini yükləyib Ermənistana gedirdi.
   
   Özümlə apardığım fotoaparatın batareyası yatmışdı. Bunu Yunis bəyə açdıqda, "axşam qohumumuzun evində qalacayıq, orda həll edərik, narahat olma" dedi. Axşam evində qaldığımız dostumuz, oğluna dedi ki, "Dostumuz erməninin evinə gedin, Seyfəddin bəyin problemini həll edin, onda bu daşlardan var" dedi. Durub erməninin evinə getdik, qapının zəngini basan kimi ev yiyəsi gəlib gülər üzlə qapını açdı və bizi içəri apardı. Əyləşər-əyləşməz aparatı göstərdim və daşı yatıb dedim. "Hələ biraz əyləşin, çayımızı için həll edərik" dedi. Onsuz da evə girər girməz yoldaşı və qızı bizə qulluq üçün ora bura yüyürürdü. Evdə qəribə bir iy vardı və bu iyi heç yerdə duymamışdım, yəqin erməniyə xas iy idi. Dostumuzun oğlu, çox qala bilməyəcəyimizi dedikdə, ev yiyəsi erməni, qızına işarə elədi və qızı qarpız kəsib gətirib qabağımıza qoydu.
   
   Ev yiyəsi Türkiyədəki ermənilərin vəziyyətini xəbər aldı. Mən də onların İstanbulun ən gözəl yerlərində yaşadıqlarını, firavan bir ömür sürdüklərini söylədim. O, dərindən köksünü ötürüb, "Bilirəm, bilirəm! Təəssüf ki, sizin qiymətinizi bilmədik, hələ də bilmirik!" dedi və durub daşı gətirdi. Nə illah elədimsə pul götürmədi. Təşəkkür edib ayrıldıq. Səhər ertədən durub qəlyanaltı elədik və Fərəməz bəy gillə şəhər meydanında görüşüb Qarabağa sarı yola düşdük. Maşınımız Qarabağa doğru getdiyi əsnada indi də təsvir eləməkdə çətinlik çəkdiyim duyğuların təlatümünə qərq olmuşdum. Sevincimin həddi hüdudu yoxdu və Qarabağa getdiyimizə inana bilmirdim. Bunun sadəcə olaraq bir xəyal və ya ilğım olduğu zəninə qapılmışdım.
   
   Ermənilər Dağlıq Qarabağa, 1828-ci ildə ingilislərin planı və rusların xüsusi səyi ilə gətirdilib məskunlaşdırılmışdı. Yunis bəy, yol boyu qarşımıza çıxan yerləri bizə tanıdırdı. Onun səsini eşitsəm də mən öz özlüyümdə atamla birgə gördüyüm yerlərə tamaşa edirdim.
   
   Bir vaxtlar Osmanlı Dövlətinin "sadiq təbəə" kimi qələmə verdiyi Hay irqi, İngilis, Amerikan, Fransız və Rus barmağıyla qapısında çörək yediyi Anadolu türklərinə 19-cu əsrin axırlarından tutmuş xəyanət eləmişdi. Təkcə onlara?! 1828-ci ildə Qarabağa və Qərbi Azərbaycana gəldikləri vaxt Azərbaycan Türkləri də eynilə Anadoludakı qardaşları kimi onlara hüsn niyyət göstərmiş, qonaq kimi rəftar eləmiş, tikəsini, kənd-kəsəyini, torpağını onlarla bölüşmüşdü. Maşalığı tarix boyu özünə xarakter kimi seçən Hay irqinin nəvə nəticələri 1978-ci ildə Dağlıq Qarabağa gəlişlərinin 150 illiyin xatirəsinə Ağdərə qəsəbəsində bir abidə ucaltmış və üstünə də "150-ci ilin xatirəsinə" deyə yazmışdı.
   
   Maşında gedərkən, füsunkar gözəlliyi ilə dillərə dastan olan bu yerlərə tamaşa edərkən hardan biləcəkdim ki, haylar bir gün gələcək, dağdan gəlib bağdakını qovar misalı Azərbaycan torpaqlarını rusların köməyi ilə işğal edəcək, daha sonra da tikdikləri bu abidənin üstündəki "150 ilin xatirəsinə" yazısını, dünyanın gözünün içinə baxa-baxa uydurduqları bütün yalanları təkzib edəcəyini başa düşərək pozacaqdı!?
   
   Hardan biləcəkdim ki, 2010 ili gələcək, Ermənistan məclis sədri Abramyan, iyul ayının bir günündə Brüsselə getdiyi vaxt "Dağlıq Qarabağın Erməni torpağı olduğunuəəə" söyləyəcəkdi! Qərbli imperialist və işğalçı güclər də ondan, Ağdərə qəsəbəsindəki abidə və üstünə həkk etdikləri "150 ilin xatirəsinə" sözlərini nə üçün yazdıqlarını sormayacaqdı! Hardan biləcəkdim ki, Qərbin möhtərəm və hörmətli insan hüquqlarından müdafiə edən (!!!), dünyanın ən demokrat dövlətləri (???); "Abramyan cənabları; insanın gözünün içinə baxa-baxa yalan demə!" demiyəcək, onu məzəmmət eləmiyəcəkdi!. Bu qərbli məxluqatların "insan hüquqları, demokratiya, haq və hüquq" dedikləri şeylərin, yalnızca öz xəyirlərinə olduğu vaxt bir dəyəri olduğunu, xeyirlərinə deyilsə bunların cinayət olduğunu hardan biləcəkdim!? Əgər qərblilərin xeyrinə isə qatilliyin də, caniliyin də, işğalçılığın da, müstəmləkəçiliyin də insanlığa yaraşmayan bir cinayət kimi qəbul edilmədiyini hardan biləcəkdim!!!???
   
   Hardan biləcəkdiiim!!!
   
   
   
   (Davam edəcək)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK