hacklink Adalet.az | Təmkinimiz harda yatıb? Adalet.az | Təmkinimiz harda yatıb? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Təmkinimiz harda yatıb?

23259    |   2009-10-24 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlarda Türkiyə ilə əzəli və əbədi qardaşı Azərbaycan arasında şeytanlar holavar təpir.
   
   Erməni açılımı prosesi başlayandan bəri təxribatçılar həm Türkiyədə həm də Azərbaycanda at oynadır.
   
   Bizim dilimizdə danışan, bizim qibləmizə yönələn, bizimlə çiyin-çiyinə olan insanlar vardır ki, düşmən dəyirmanına su töküb bizi məhvə çalışırlar. Deyəsən biz millət olaraq fil qulağında yatmışıq və heç nədən ötrü bir-birimizə diş qıcayırıq. Qənimlərimiz də bizim bu halımıza baxıb sevincindən papağını göyə tullayır.
   
   Türkiyədə Azərbaycana qarşı olanlar, daha düzü aramızdakı qardaşlığı pozmaq istəyən imperiya siyasəti güdən qüvvələrin adamları mırtdı çömçə olub düşüb xalqın içinə çirkabını hamıya bulamağa çalışır. Həmin xislətə malik olanlar Azərbaycanda da həmin məsləkə qulluq edirlər. Bu cür adamlar, "Gördünüz, Azərbaycan Qüzey Qıbrıs Türk Cümhuriyyətini tanımadı, ancaq Rum idarəsini rəsmiyyətdə tanıdı!!! Hanı biz bir millət iki dövlət idik, hanı biz doğma qardaşlar idik!" sözlərini bayraq edib alıblar əllərinə. Azərbaycanda da buna oxşar təranələri dillərindən salmayanlar deyir: "Türklər üçün özümüzü az qala qurban edirdik. Gördünüz, Türklər sərhədləri açıb ermənilərə dəstək olur, bəs biz bir-birimizin doğma qardaşı deyildik! Türkiyə həmişə odu öz qabağına deşir, növbə bizə çatanda isə ay sabaha qalır, niyə!"
   
   Türkiyədəki və Azərbaycandakı fitnəkar şeytanlar əmin olsunlar, çox yaxşı bilsinlər ki, Çanaqqala döyüşlərində iştirak etmək və Anadolunun xilası üçün Bakıdan, Şamaxıdan, Lənkərandan payi-piyada yola düşüb özünü Gəlibolu yarımadasına yetirən və ömrünün sevib sevilmək vaxtında, 19 yaşında düşmən gülləsiylə müqəddəs canını qardaş torpağında tapşırıb şəhid olan əziz adlı Azərbaycan oğulları, Azərbaycanda Çar Rusiyasının altdan geyindirib üstdən qıfılladığı ermənilər soyqırım törədib, Azərbaycanı qanına qəltan edərkən, Anadolunun hər bir küncündən atına minib dayanıb dincəlmədən qardaşının dadına çatan və Azərbaycanın müqəddəs torpaqlarında əziz canını tanrısına təhvil verib şəhid olan Türkiyəli oğulların qanı bahasına yaratdığı qardaşlıq sarayından zərrə qədər daş da qoparda bilməzlər...
   
   Bütün dünya Türkiyənin üstünə çullanıb ki, Ermənilərə bağladığı qapını açsın. Türkiyə də onların qabağına öz şərtini qoyub və deyib: Azərbaycanın işğal altındakı torpaqları yad çəkmələrdən təmizlənsin, qapını açım. Sərhədlərin bağlanması səbəb deyil, nəticə idi. Azərbaycan torpaqlarını, qan görəndə ödü ağzına gələn ermənilər yox, ruslar erməni adıyla oraları işğal etdi və ermənilərə təhvil verdi, bunu ilbizlər də bilir. Azərbaycan torpaqlarının işğalının əsas amili Bakı neftinin rusun əlindən çıxması idi və onlar bunu həzm edə bilmədi, bilməyib. Məsələnin kökündə yatan ən ümdə səbəb budur. Mərhum prezidentimiz Heydər Əliyev bu səbəbə görə Bakı neftinin Rusiya üstündən dünyaya ötürülməsini istəmədi və müdrik bir türk oğlu, böyük bir dövlət xadimi kimi öz işini gördü. İndi Azərbaycanı ruslara yaxınlaşdırmaq üçün dəridən qabıqdan çıxanlar isə Heydər Əliyev irsinə, onun düzgün strategi xəttinə xəyanət edir. Azərbaycan dövlət rəhbərləri buna icazə verməməli və Azərbaycanın təkrarən rusların əlinə keçməsinə mane olmalıdır.
   
   Cümhurbaşqanı Abdullah Gül İrəvana futbola baxmağa getməmiş Medvedevlə və Putinlə görüş keçirmiş, Obama da bu prosesə daxil olmuşdu.
   
   Gül onlara demişdi ki; "Qafqazyada sülh istəyirsinizsə Dağlıq Qarabağ məsələsini həll edin..!" Onlar da bu mövzuda söz vermişdi ki, Azərbaycanın işğal altındakı torpaqları erməni işğalçılardan təmizlənəcəkdi. Türkiyə verilən bu sözlərin yerinə yetirilməsini gözləyir. Abdullah Gül, Sarkozy ilə axırıncı görüşündə də həmin mövzunu dilə gətirmiş və ona demişdi: "Türkiyə indi özünə verilən sözlərin yerinə yetirilməsini, Minsk Qrupu çərçivəsində əvvəlliklə Dağlıq Qarabağ və digər bölgələrin işğaldan təmizlənməsini istəyir."
   
   Baş nazir R. T. Ərdoğan, həm Azərbaycan parlamentində, həm də sonrakı prosesdə dəfələrlə həmin bəyanatları verərək "Azərbaycanın işğal altındakı torpaqları azad olmamış Türkiyə sərhədləri ermənilərə açmayacaqdı" demişdi. O, sadəcə olaraq AKP-nin rəhbəri R. T. Ərdoğan deyil, Türkiyə Cümhuriyyəti dövlətinin baş naziridir, verdiyi bəyanat da Türkiyə dövlətinin sözüdür. Siyasi hakimiyyətini davam etdirmək xatirinə türkiyəli vətəndaşlara səslənmək, onların özünə səs verməsi üçün addım atmaq ayrı, Türkiyənin başında dayanıb siyasi rəhbər sifətiylə onun dövlət siyasətini həyata keçirmək isə ayrı şeydir. ərdoğan, sadəcə olaraq AKP-lilər üçün iş görmür, görə də bilməz... O, Türkiyənin milli mənafeyini qorumaq məcburiyyətindədi. İndiyə kimi Türkiyəni idarə etmiş hər bir baş nazir kimi buna məcburdur və məhkumdur. Türkiyənin milli mənafeyində də Azərbaycan çox özəl bir yer tutur, bunu hamı bilsə yaxşı olardı. Türkiyə çörəyi qulağı ilə yemir və o min illərin türk dövlət gələnəyinin davamçısıdır. Abdullah Güllər, R. T. Ərdoğanlar gəldi-gedərdi, Türkiyə isə əbədidir. Hamı papağı qabağına qoyub fikirləşsin, Türkiyə indiyə kimi hansı sözü verib ona əməl etmədi, sadəcə olaraq bu düşünülsə bir çox problem də öz özlüyündə həllə qovuşar!
   
   Erməni protokolunun imzalanması ayrı şeydir, onun məclisdə qəbul olunması isə ayrı. Bu bir siyasi oyundur və çoxyönlü şahmatdır. Bir xoda baxıb oyunu küllü halda ittiham etmək bir az insafsızlıq olmurmu?
   
   Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çexiyanın xariciişlər naziri ilə təşkil etdiyi ortaq mətbuat konfransında təkidlə bu sözləri dedi: Azərbaycan torpaqları da Türkiyə torpaqları qədər müqəddəsdir və bu torpaqların işğaldan xilas edilməsi bizim üçün ən ümdə milli məsələlərin başında dayanır. Göy yerə ensə də Türkiyənin bu mövqeyi dəyişməyəcəkdi".
   
   Azərbaycanı, Türkiyə qədər, türk dünyasının müqəddəs bir parçası kimi sevən bir Türkiyə vətəndaşı olaraq hər bir Azərbaycanlıya bunları demək istərdim: İşğal altındakı torpaqlar xilas olmamış heç bir kəs, adı nə olarsa olsun ermənilərlə olan sərhədlərimizi aça bilməz. O qərarı verənləri Anadolu xalqı, yəni biz daş-qalaq edərik, bütün Azərbaycan agah olsun və bunu yaxşı bilsin...
   
   Azərbaycanla Türkiyə arasında əzəldən başlayan və indiyə kimi davam edən dostluq və qardaşlıq, mərhum dövlət rəhbərimiz Heydər Əliyev və sabiq cümhurbaşqanımız Süleyman Dəmirəlin səyləri ilə daha da möhkəmləndirilmişdi. Bu iki dövlət adamımızın yaratdığı atmosferə zərbə endirmək istəyən həm Türkiyədə, həm Azərbaycanda yad qüvvələr və onların maşaları var. Avropa Birliyinin adamları daim, "Bir millət iki dövlət sözünü dilə gətirməyin, çox narahatedicidir" demişdir. Bu qərblilərin sözləri bizə nəsə demirmi?!
   
   İki dövlət arasındakı qardaşlıq, Türkiyədən Azərbaycana yollanan ticari mallar və Azərbaycandan Türkiyəyə satılan neftlə qaz xatirinə yaranmadı. Bu qardaşlığı yaradan Gəliboluda və Azərbaycanın hər küncündə əbədi istirahətgahında yatan şəhidlərimizdir. Onların ruhuna xəyanət etmək istəyən maşalara ağızlarının payını vermək, həm Türkiyədə həm də Azərbaycanda, dünyada gedən oyunları yaxşı təhlil eliyən vətənpərvər, millətsevər dövlət adamlarının, ziyalıların, mətbuat işçilərinin və hər bir vətəndaşın boynunun milli borcudur.
   
   Azərbaycan bayrağı hər bir Türkiyəlinin müqəddəs rəmzidir, o bayrağa çəp baxanların basıb iki gözünü də çıxardarıq, adı və mövqeyi nə olarsa olsun..! Türkiyənin bayrağının Azərbaycanda eyni şəkildə sevildiyini də yaxşı bilirik. Yaşadığı dövlətindən və əsrindən asılı olmayaraq hər bir türk, tarix boyu düşmən bayrağına belə hörmətsizlik eləməyib, bayrağa hörmətsizlik edənləri də bağışlamayıb.
   
   Keçmişdəki şanlı tariximiz də, hazırki vəziyyətimiz də, gələcəyimiz də bizdən təmkin, etidal və məntiqli addım götürməyi tələb edir.
   
   19. 10. 2009


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK