Adalet.az | ALTMIŞ YAŞLI CAVAN Adalet.az | ALTMIŞ YAŞLI CAVAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ALTMIŞ YAŞLI CAVAN

Gənclər günündə 60-dan danışmaq olmaz

44680    |   2015-01-31 11:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki gündü fikirləşirəm. Elə bilməyin ki, hansısa böyük problemi, hansısa çözülməyən bir düyünü açmaq üçün baş sındırıram. Yox, sadəcə, bugünə qədər yazdığım yazılardan fərqli bir yazının həm zəhmi məni qorxudur, həm də bu yükün altından ürəyimin istədiyi kimi çıxa bilib-bilməyəcəyim məni narahat edir. Düşünə bilərsəniz ki, burda konkret yollar var. Birincisi, o yazının vərəqini qatlayıb bir kənara qoymaq, ikincisi isə bacardığın kimi, gücün çatan kimi yazmaq. Yəni üçüncü yoxdu. Mən də bilirəm bunu. Elə bildiyimə görə də o iki yolun orta xəttini tapmağa çalışıram. Elə bir xəttini ki, yazdığım bütün istəyimin ifadəsi olsun. Və bir də yazdığım həm də yaza bilmədiklərimin üzünü ağartsıng

"Ədalət" qəzetinin yaşı bəllidi. Mənim də bu qəzetdə işlədiyim tarix gün kimi aydındı. Amma bir gerçək var. O da barəsində yazacağım dostumuzun "Ədalət" qəzeti ilə bir gündə, bir tarixdə mənim yaddaşıma daxil olması, mənim həyat tarixçəmdə yer tutmasıdı. Deməli, məndən bir il öncə, qəzet yaranan gündən onun yükü altına çiyin verən dostumuz elə qəzetlə birlikdə bu 26 ili bütün dolanbaclardan keçib. Necə deyərlər, qəzet özünü təsdiq etdiyi kimi, o da özünü təsdiq edib. Bax, mən bu məsafəni, bu qısa zamanı (əslində heç də qısa deyil, əsrin dörddə birindən artıqdı - Ə.M.) onun ömürlüyündən götürüb bir kənara qoyanda məlum olur ki, qəhrəmanımın cəmi-cümlətanı 34 yaşı var. Qalan 26 ili o bizlə bölüşüb, "Ədalət"çilərlə paylaşıb, oxuculara bağışlayıb. Deməli, o 26 ildə mən də pay sahibiyəm, iştirakçıyam, şahidəm.

Şahid demişkən, bir məqam yadıma düşür. Orijinal məqam olduğu üçün onu mütləq qeyd etməliyəm. Aqil Abbas ilk dəfə millət vəkili olmaq üçün öz namizədliyini irəli sürmüşdü. Seçki günü biz də onun yanında idik. Amma seçkiyə qədər təbliğat kampaniyasında iştirak edən "Ədalət"çilərdən biri, yəni Babək müəllim bir balaca özünü soyuğa verdi. Onda mənim ailəm Beyləqanda, uşaq bağçasında yaşayırdı. Birtəhər onu dilə tutub axşam özüm ilə birlikdə Beyləqana apardım. Necə deyərlər, kasıbın olanından: mürəbbəli çay, kəklikotu və sairə. Gecə də mehmanxanada elektrik peçləri və isti bir şərait. Ertəsi gün Babək müəllim necə deyərlər, top kimi bir cavan oğlan yerişiylə, cəldliyiylə dünənki ağrı-acının kürəyini yerə vurdu və özünəməxsus bir şəkildə dedi ki, məni mürəbbəli çayla isti yataq ayağa qaldırdı...

Bunu elə-belə xatırlamadım. Burda söhbət diqqətdən gedirdi. Babəkin də, elə "Ədalət"çilərin böyük əksəriyyətinin də həmişə axtardığı, soraqda olduğu bir şey var: o da diqqətdi. Babək onda göstərilən diqqətin kiçik və ya böyük olduğunu yox, məhz göstərildiyini vurğuladı. Bu gün də o, həmin prinsiplərə sadiqdi... Bu gün də o yenə ancaq diqqəti soraqlayır, diqqəti umur, diqqəti qabardır. Zənnimcə, bu da insanlığın ən zəruri, ən vacib xüsusiyyətlərindən biridi. Təəssüf ki, biz bir-birimizdən çox vaxt diqqəti əsirgəyirik. Etinasızlığımız göstərdiyimiz ən böyük xidməti belə kök altına salır, kölgədə qoyur. Həyat isə daha çox görünənlərlə, dəyər verilənlərlə yaşamalı olur. Nə isə...

Günlərin birində, yəni 1992-ci ilin fevralında "Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsində yerləşən "Ədalət" qəzetinin qapısını döydüm. Və o gündən mənim "Ədalət"li günlərim başladı. Həmin o günlərin içərisində mənim "Ədalət"çilərlə də şəxsi münasibətlərim quruldu və biz bir ailənin üzvləri kimi özümüzü bir-birimizdə tamamladıq. Bu tamlığın içərisində Babək Yusifoğlunun yeri bir az fərqli idi. Çünki o, bizdən öncə bu qəzetlə, onun dünyaya gəlişiylə müəyyən ilişkiləri olan əməkdaşlardan biri idi. Üstəlik də, ona xüsusi bir güvənc özünü büruzə verirdi. Şəxsən mən bunu elə ilk gündən duyub anlamışdım. Görmüşdüm ki, davranışı, əxlaqı, xüsusilə həmkarlarına yanaşması ilə digərlərindən fərqlənən bu cavan oğlan dünyanın altından, üstündən, hadisələrin gedişatından kifayət qədər məlumatlıdır. Digər tərəfdən o, özünü heç kimdən üstün tutmur, heç kimə yuxarıdan aşağı baxmır. Hansı ki, bu, bəzilərinin müəyyən jestlərində aşkar-gizli görünürdü. Bax elə onunla ilk tanışlığımız da müdiri olduğu şöbədə gerçəkləşdi. Babək Yusifoğlu qəzetin ən böyük şöbəsinin, oxucularla işləyən şöbənin müdiri idi. Bir-birimizin əlini sıxanda o, gülümsəyərək adını dedi. Mən də təbii ki, təbəssümlə bildirdim ki, sizin adınız mənim üçün əzizdi. Çünki onda oğlum Babəkin 3 yaşı var idi. Qəribə də olsa bu ilıq tanışolma mərasimi bizim bugünə qədər davam edən ünsiyyətimizin, səmimiyyətimizin, dostluğumuzun təkcə alt qatı deyil, həm də bünövrəsi, özülüdü. Biz bunun üzərində yarım əsri keçmiş bir dostluğu bərqərar etmişik. Özü də bir-birini tanıyan ailələrin dostluğunu. Ona görə də yaşımızın bu çağında da o həssas məqam olan diqqəti bir-birimizdən əsirgəmirik. Həmişə gözümüz bir-birimizi axtarır. Bir balaca narahatçılığımız olanda, hansısa bir problem ortaya çıxanda öncə iş otaqlarının qapıları açılır. Əgər kimsə hansısa səbəbdən işə gəlməyibsə, onda mobil telefonlar işə düşür... Zənnimcə, bundan normal, bundan gözəl, bundan isti bir münasibəti qurmaq bəlkə də mümkün deyil. Və yaxud da qurulsa belə arxasında diqqət olmasa onu qoruyub yaşatmaq da çox çətin olardı. Burada bir məqamı da vurğulayım...

"Ədalət" yarandığı gündən buraya kifayət qədər imzalar gəlib gedib. Onların arasında haqq dərgahına qovuşanlar da var - ruhları şad olsun! Amma bir mütləq həqiqət var ki, "Ədalət" öz şinelindən çıxanları unutmur - xüsusilə, Babək,Faiq. Bu adamlar köhnə qvardiyadan olduqlarından ayrılıb gedənlərin həyatlarına, uğurlarına seviniblər. Qısqanmayıblar, gileylənməyiblər. Əksinə, vurğulayıblar ki, bizdən gedib bizi təmsil edirlər, işləri avand olsun! Hələ mərhum Oqtay Salamovun sağlığında biz bu cür mövzuları tez-tez müzakirə edirdik. Və indinin özündə də Oqtayı xatırlayanda hamımız bir ağızdan rəhmət oxuyuruq. Çünki o, hər kəsi xarakterizə edə bilirdi və hər kəsin də içində öz yeri vardı. Onunla Babəkin dostluğu bizimlə dostluğundan bir addım önə keçmişdi. Hərdən zarafatla bunu işdən sonrakı nərd oyununa bağlamağa çalışırdım. Fərqin bunda olduğunu vurğulayırdım. Amma rəhmətlik Oqtay gülə-gülə deyirdi ki:

- Yox, şair, Babəklə mənimki tamam başqa məsələdi.

Soruşurdum:

- Axı nə məsələdi?

Deyirdi:

- Babək ölkənin cənubunda doğulub, mən də şərqində. Ona görə də biz bir xətt üzərində qərar tutmuşuq...

Təbii ki, bu bir zarafat idi. Amma o da etiraf olunmalıdı ki, Oqtay Babək müəllimin özündə, şəxsiyyətində, özünün bildiyi elə məqamları görmüşdü, duymuşdu ki, bizlər həmin anda, həmin illərdə görünür bunu görüb duymamışdıq. Amma şəxsən mən son illərdə açıq şəkildə hiss edirəm ki, Babəkin canında gendən gəlmə bir ağsaqqallıq var. O, müəyyən anları dözüb, dayanıb gözləməyi bacarır. Elə ki, kimsə həmin o qırmızı xətti keçdi, mütləq Babək öz sözünü deməlidi. Elə sözünü dediyinə görə də o, bəzən onu tanımayanlar üçün əsəbi, dözümsüz adam təsiri bağışlayır. Lakin onu yaxından tanıyanlar, elə o cümlədən də mən artıq əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, Babək hər kəsin yerini bildiyi kimi, hər kəsin də onun yerini bilməsini istəyən bir kişidi. Bax, indi etiraf edirəm ki, rəhmətlik Oqtay bunu şəxsən məndən daha öncə görmüşdü.

Hə, yazımın elə bir məqamına gəlib çatdım ki, indi mətləbi deməliyəm. Çünki bura qədər yazdıqlarım hamısı bütövlükdə "Ədalət"in, onun əməkdaşlarının, o cümlədən də Babəkin 26 illik həyatına bir ötəri baxış idi. Amma indi bu ötəri baxışın nişangahı olan bir tarix var. O da fevral ayının 2-dir! Elə burdaca deyim ki, fevralın 2-si Azərbaycanda Gənclər Günüdü. Bax, həmin Gənclər Günü Babək Yusifoğlunun 60 yaşı tamam olur. Yubileyin həmin günə düşməsi, təsadüf etməsi məni çox şübhələndirir. Çünki 60 yaşla Gənclər Günü heç cür uyğun gəlmir. Deməli, onda belə çıxır ki, bizim Babəkin ya 16 yaşı var, ya 26, lap uzağı olsun 36. Bundan o tərəf artıq gəncliyə aid edilə bilməz. Ona görə də mən 60 əvəzinə Babək Yusifoğlunun 16, sonra 26, sonra 36 yaşını təbrik etməklə demək istəyirəm ki, 60-la bunların arasında olan rəqəm fərqini sən bizimlə - "Ədalət"çilərlə bir yerdə bölüşmüsən. Ona görə də bizim payımıza şərik olmaq yəqin ki, düz gəlməz!

Bəli, Babək müəllim, 60 qapını döydü. Hələ qabaqda neçə yuvarlaq illər var. Sən o illəri də dostlarınla, ailənlə, nəvələrlə qarşılayacaqsan və o illərdə də süfrənin ətrafında olmasaq da, ürəyində, yanında olacağıq. Çünki sənin ömrünün çox böyük və gözəl payı "Ədalət"lə bağlıdı, "Ədalət"çilərlə keçibdi. Demək, sən olan yerdə "Ədalət" də, "Ədalət"çilər də olacaq. Buna tam əmin ola bilərsən. O ki, qaldı 60 yaşa...

Sənə bir dost kimi, bir həmkar kimi demək istəyirəm ki, xalq şairi Süleyman Rüstəmin 70 illiyində söylədiyi bir şeir hələ də yadımdadı. Süleyman Rüstəm oxucularına üz tutub söyləyirdi ki: yeddinin yanından sıfırı pozun. Bax, indi sən də nəzərə al ki, oxucuların, xüsusilə, "Ədalət"çilər deyir ki, 60 ilin içərisində "Ədalət"ə ayırdığın illəri hələlik 60-a çatdır. Ondan sonra oturub sənin yubileyin barəsində geniş və ətraflı söhbət edərik. Zənnimcə, oxucularının və "Ədalət"çilərin istəyi çox ədalətlidi. Sən çalış "Ədalət"dəki illərini 60-a çatdır. Buna nə deyirsən?

P.S. Əzizim Babək Yusifoğlu, bilmirəm yazı necə alındı. Amma bir Allah şahiddi ki, mən, eləcə də qəzetimizin kollektivi səni çox istəyirik. Elə o istəklə də yazımdakı günahları bağışlayıb xoş arzularımızı qəbul etməyini istəyirəm. Ad günün mübarək, cavan oğlan!

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK