ANA SƏHİFƏ / YAZARLAR

Qız, duz, qoz və başqa məsələlər

Çarəsiz sərnişinlər barədə iki hissəli yazının əvvəli

19948    |   2008-02-09 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təkcə özünə yox, həm də digər ölkələrə hörmət edən dövlətlərdə ictimai rəyi öyrənmək deyilən vacib bir iş var. Yekə-yekə institutlar həftənin beş günü saat 9-dan 18-dək bu mühüm işlə məşğul olur. Yalan olmasın, bir mikrorayonluq adam qarışqa kimi çalışır, sorğular keçirir, camaatın rəyini öyrənir, analizlər aparır və nəticələr hazırlayır.
   
   Bizdə belə şeylərlə məşğul olmağa ehtiyac yoxdu. Daha doğrusu, bir mikrorayonluq adam çalışan institutu saxlamaq nəyə lazım? Onsuz da bir yerə yığışanda ya qeybət edəcəklər, ya da nərd vuracaqlar. Bizim məmləkətin halını öyrənmək, insanlarımızın nələr düşündüyünü öyrənmək üçün gündə bir-iki dəfə marşurut avtobuslarına, metroya minmək yetər. Necə ki, mən hər gün "QAZel"ə, metroya baş çəkib belə demək mümkünsə, ictimai rəyi öyrənirəm. Təbii ki, özüm və "Ədalət"in dəyərli oxucuları üçün.
   
   
   
   I sərnişin: - Alo, alo, eşidirsən? Necəsən, mənim quzum? Evdə təksən? Mənəm də... Marşurutda yol gedirəm. Yolda "probka" olmasa tez gələcəyəm. Evinizdə isti su gəlir? pürəm səni...
   
   II sərnişin: - Qonşu, əlimi sənə xeyirliyə vurum, zəhrimar duz məni yaman incidir. Getmədiyim həkim, falçı qalmayıb. Bir kisə pul xərcləmişəm, əlac tapılmır ki, tapılmır.
   
   III sərnişin: - Alo, köpəy uşağı, telefondan hansı it uşağı sallanıb? Bir saatdı evə düşə bilmirəm, telefonu ver anana.
   
   Sürücü: - Bir az sıxlaşın. Planımızı qaldıranın atası... Nə gecə bilirik, nə gündüz...
   
   III sərnişin: - Uşaqlara tapşır ki, telefondan sallanmasınlar. Corablarımı yudunmu? Allah başın qala-qala ayağına daş salmasın.
   
   IV sərnişin: - Novruzun gəlməyinə iki ay var, amma qozun qiyməti od tutub yanır. Bazardakılarda insaf deyilən şey qalmayıb. Guya pensiyalarımızı artırıblar. Pensiya ilə dükana girmək olur?
   
   I sərnişin: - Alo, alo. Gəlirəm də... Dözə bilmirsən? Ay səni dovşan yesin, saxlasın axşam yesin. Bombasan, bomba.
   
   Sürücü: - Bir az da mehriban olun, zalım uşaqları bu bir həftədə nəfəsimizi kəsdilər. Yetən pul istədi. Mənə deyən lazım, ay ağılsız, gül kimi "KAMAZ"da işləyirdim də...
   
   IV sərnişin:- Ay bala, yavaş sür də... Daş aparmırsan ki...
   
   III sərnişin: - Qardaşına zəng vur, soruş gör taxtanın kubunu ustalarla neçədən danışdı?
   
   II sərnişin: - Qonşu, əlimi sənə xeyirliyə vurum, sən oxumuş adamsan. Buş bu İraq camaatından nə istəyir? Yazıqların başında duz əkir. Bu duz mənim axrıma çıxacaq. Deyirlər ki, xəstəxanalar pulsuz olacaq. Yəni inanaq?
   
   I sərnişin: - Alo, alo, dəhşətsən e, dəhşət... Çatıram, bir az da döz. Şampan alım, yoxsa araq?
   
   Sürücü: - Dünən "QAİ"dəki oğlana deyirəm ki, belə igidsənsə get Qarabağı al. Bir az da sıxlaşın.
   
   IV sərnişin: - Ay bala. Nəfəsimiz kəsildi ki. Bu qədər adamı hara yığırsan?
   
   Sürücü: - Xala, heç kimi məcbur mindirmirəm ki... Kimin xoşu gəlmir, düşüb piyada getsin.
   
   II sərnişin: - Əlimi sənə xeyirliyə vurum, ay qonşu. Bayaq ayaq üstə duran qıza baxdın? z-gözünə o qədər çəkib elə bil Aygün Kazımovadı. Hələ geyimini demirəm... Bunun ata-anası, qardaşı evdən necə küçəyə buraxır? Duzun dərmanını tapsaydım...
   
   Sürücü: - Düşən varsa qabağa gəlsin. Qazandığımı elə ona-buna verirəm. Evə gedəndə qəpik-quruş qalır. Düşən var?
   
   IV sərnişin:- Hərə öz qapısının ağzında saxlatdırır. Bu qədər cərimələyirlər, yenə bu sürücülər öz bildiklərini edirlər.
   
   II sərnişin:- Alo, sənnən yoxdu e. Bir dənəsən, bir dənə. Mesajımı oxudun? Lap az qalıb, çatıram. Gör nələr olacaq...
   
   IV sərnişin: - Ay oğul, yaşıl darvazanın yanında saxla, mən düşüm...
   
   
   
   (Ardı olacaq)


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK