"Paxıl adam göyərməz" deyiblər. Amma vallah, elə qəşəng göyərir! Heç kimin əldə eləmədiyi və heç kəsin qazana bilmədiyi var-dövləti çox vaxt onlar qazanırlar. Nəyə görə? Ona görə ki, onların gözü həmişə başqalarının əlindədir, yaxud da gözləri birinin əynində yaxşı bir kostyum və yaxud ayağında təzə bir ayaqqabı görəndə o dəqiqə bərələ qalır. Qarşısındakı adamdan soruşur ki, bu kostyumu, bu ayaqqabını nə vaxt almısan? Amma demir ki, çox mübarək, sağlıqla geyinəsən...g
Budur paxılın iç dünyası. Paxıl adamların həm də nəfsi çox ağır olur. Nəfsini kimin üstünə tökürlərsə o adamın işi o qədər də yaxşı alınmır. "Qurani-Kərim"in "Əl-Fələq (Subh)" surəsinin 5-ci ayəsində buyrulur: "...Və bir də paxıllığı tutanda paxılın şərindən!" Göründüyü kimi, paxıllar barəsində "Qurani-Kərim"də də məlum ayələr var. Onların şərindən, nəfsindən qurtarmaq üçün həmin ayəni oxuyursan və onlardan uzaq olursan.
Deməli, paxıllıq elə bir "xəstəlik"dir ki, buna mübtəla olan adamlar çətin ki, sağala bilsin. Çünki paxılıq içindəki bu xıltı, bu hissləri təbii ki, çoxları duymamış deyil. Paxıl adam elə həmin an öz hərəkəti, hissləri və əməlləri ilə hər şeyi büruzə verir. Biri maşın alanda da, təzə evə köçəndə də, oğluna toy edəndə də o paxılın simasını o dəqiqə görür. Bəlkə də bəzi paxıllar içindəki o hissləri və duyğuları gizlətməyə çalışır. Ancaq danışığında və sifətində həmin paxıllıq anlarını o dəqiqə hiss eləmək olur...
***
Sovet hökuməti dövründə, daha doğrusu, ötən əsrin 70-ci illərində rayonların birində bir oğru peyda olur. O oğrunun da adı Şəmməd olur. Bu Şəmmədin əlindən hamı boğaza yığılır. Bir gün birinin beş qoyununu oğurlayır, sabahı gün də kiminsə inəyini, danasını aparır. Sən demə, bu Şəmmədin də arxasında milis rəisi dururmuş. Bir gün də Şəmməd qonşu kənddəki həyətlərdən birinə girir. Tövlədən nə az, nə çox 27 qoyun aparır. 30 qoyundan 27-si oğurlanır, cəmi 3 qalır. Qalan qoyunlar da erkək olur. Ev sahibi səhər açılanda tövləyə gedir və baxıb görür ki, qoyunları oğurlayıblar. Maşina minib rayon mərkəzinə, milis rəisinin yanına şikayətə gedir. Hər şeyi rəisə danışır. Rəis də soruşur ki, kimdən şübhələnirsən? O da qayıdıb deyir:
- Qonşu kənddə yaşayan Şəmməddən.
Bir neçə gündən sonra Şəmmədi tutub türməyə salırlar. Rəis də Şəmmədlə əlbir olduğuna görə ona deyir ki, mütləq bu axşam türmədən çıxıb gecə vaxtı yerdə qalan 3 qoyunu da oğurlayarsan. Oğurlaya bilməsən, ilişsən qanın getdi. Beş-on il türmədə çürüyəcəksən.
Şəmmədi gecə saat 3-də türmədən buraxırlar. O da gedib həmin kişinin tövlədə qalan 3 qoyununu da oğurlayır. Sabahı günü yenə qoyunu oğurlanan kişi rəisin yanına gəlir və ağlaya-ağlaya deyir:
- Üç qoyunum qalmışdı, onu da apardılar!
Rəisin qaşları çatılır və qoyunu oğurlanan kişidən soruşur:
- Kimdən şübhələnirsən?
- Vallah, şübhələndiyim Şəmməd idi, onu da tutub salmısınız içəri. Tay heç kəsdən şübhələnmirəm.
Şəmməd də həmin üç erkəyi gecə vaxtı kəsir, soyur və rəisin evinə göndərir. Beləcə, qoyunu itən kişi qalır əlimyandıda...
***
Qəbiristanlıqda mollalardan biri ziyarətə gələn kişinin atasına "Yasin" oxuyurmuş. "Yasin"i oxuduğu yerdə bir də görür ki, çox imkanlı bir adam beş-altı maşınla gəlib yaxınlıqdakı qəbrin yanında dayanır. Onlar maşından düşüb qəbirə yaxınlaşana qədər molla tez özünü onlara çatdırır. İmkanlı adam mollanı başdan-ayağa süzür, əlini cibinə salır və ordan bir əllilik çıxarıb onun ovcuna basır. Molla da işini bilir, başlayır "Yasin" oxumağa. İmkansız adam da atasının qəbrinin yanından uzaqlaşıb həmin qəbirə yaxınlaşır. Görür ki, balam, bu qəbirin üstündə mollanın oxuduğu "Yasin" çox uzun çəkdi. Molla "Yasin"i oxuyub başa çatdırır və sonra həmin adamları yola salır.
O adamlar gedəndən sonra imkansız adam molladan soruşur:
- Ay molla, mənim atamın qəbrinin üstündə oxuduğun "Yasin" cəmi bir-iki dəqiqə çəkdi. Amma o imkanlı adamların rəhmətə gedəninə oxuduğun "Yasin" on beş dəqiqə çəkdi. Bu niyə belə olur?
Molla diqqətlə həmin kişiyə baxır və sonra da dillənir:
- Sənin atan qanan adam olduğu üçün "Yasin" bir dəqiqə çəkdi. O biri rəhmətlik isə qanmaz olduğu üçün on beş dəqiqə uzandı.
Yazıq kişi bir söz demir və əlini havada yellədib çıxıb gedir. Sən demə, kəndin dələduz mollası heç "Yasin" surəsini də düzgün oxumurmuş. Bax, belə-belə işlər. Ona görə də qəbiristanlığa gedib rəhmətə gedənlərinizə "Yasin" oxutdurmaq istəyəndə belə mollalara ürcah olmayın...
FAİQ QİSMƏTOĞLU