ANA SƏHİFƏ / KRİMİNAL

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

18172    |   2020-05-30 11:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Xətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.

Daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları da rayon ərazisində keçirdikləri əməliyyat əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş 1980-ci il təvəllüdlü Əfqan Ağayevi və 1985-ci il təvəllüdlü Həmid Meybullayevi saxlayıb. Üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.




İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK