ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29802    |   2020-05-29 16:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildirilib ki, bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;
  • ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa olunur(nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);
  • açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;
  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir(ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.




İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK