ANA SƏHİFƏ / KRİMİNAL

Tualet pəncərəsindən qaçan cinayətkar belə ələ keçdi - VİDEO

16604    |   2020-04-07 23:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus epidemiyası ilə əlaqədar özünü təcrid etdiyini düşündüyü dostundan xəbər çıxmadıqda polisə müraciət edən gənc dəhşətli həqiqətlə üzləşib. Belə ki, polislərlə Əhməd Rəncbərin evinə gedən gənc onun tapança ilə vurulmuş meyiti ilə qarşılaşıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.

Polislər binanın müşahidə kameralarını yoxlayarkən Əhməd Rəncbərin son olaraq dostu Əmrullah U. ilə birlikdə liftə mindiklərini müəyyən ediblər. Sonra həmin şəxs binadan tək çıxıb.

Şübhəlinin saxlanılması üçün əməliyyat həyata keçirilib. Basqın sırasında Əmrullah U. ayaqyolununpəncərəsindən qaçmağa çalışıb. Lakin polislər onu saxlaya biliblər. İstintaqa başlanıb.

Məlum olub ki, hadisə vaxtı istifadə olunan silah və Əhməd Rəncbərə aid mobil telefonlar dənizə atılıb. Dəniz polisi dalğıcları tərəfindən başlanan axtarışda silah və mobil telefonlar dənizdən çıxarılıb.

Əmrullah U. artıq cinayəti törətdiyinietiraf edib və dostunu köhnə ədavətə görə öldürdüyünü bildirib. O, həbsxanaya göndərilib.




İmza:

Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu - VİDEO

Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncə sakini tanışı ilə mübahisə zamanı bıçaqlanıb

Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb - VİDEO

Olmayan sərvəti ilə öyünən repçi işgəncə ilə öldürüldü - FOTO

Bakıda gənc tanışını ehtiyatsızlıqdan bıçaqlayaraq öldürdü - VİDEO

Bakıda narkotik əməliyyatı: Qadın narkotacir və dostları tutuldu

Film kimi qarət: Qoca kimi maskalandı... - VİDEO

Ərini bıçaqlayan qadından təəccübləndirən sözlər: “Özü istədi” - VİDEO

32 cinayətin üstü “isti izlər”lə açılıb

Tibbi maska taxıb stomatoloji klinikanı qarət etdi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK