ANA SƏHİFƏ / MƏMLƏKƏT

Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə alınmış vətəndaşlarla görüşüblər

8674    |   2020-03-29 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olub.

Dövlət Sərhəd Xidməti­ndən Adalet.az-a verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı Prezident İlham Əli­ye­vin rəhbərliyi al­tın­da ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haq­­­qında geniş məlumat verilib, əhalinin sağlamlığının qorun­ması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb.

Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib.




İmza:
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK