ANA SƏHİFƏ / HÜQUQ

Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir

26593    |   2020-03-27 18:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVİD-19) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərini nəzərə alaraq, xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, göstərilənlərlə əlaqədar, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiqi barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin icrası təmin edilməklə yanaşı, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan müraciət etmək hüququnun sərbəst reallaşdırılmasını təmin edən kompleks tədbirlər görülür.

Belə ki, infeksiyanın yayılması ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, qəbulla əlaqədar Baş Prokurorluğun "genprosecutor.gov.az” veb-saytına, [email protected] elektron poçt ünvanına, Baş Prokurorluğun Qəbul otağının 492-98-55 telefon nömrəsinə, Baş Prokurorluğun "961” nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161” nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmiş şəxslərin qəbulu qanunvericiliklə nəzərdə tutulmuş qaydada informasiya-telekommunikasiya texnologiyalarının video görüntü funksiyasından istifadə olunmaqla canlı bağlantı (onlayn) rejimində də həyata keçiriləcək.




İmza:

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ

Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək

Oğuzda 13 yaşlı şəxsin meyiti çaydan tapılıb - RƏSMİ

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi

Prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verildi - SƏRƏNCAM

Baş Prokurorun yeni müavinləri - ADLAR

Mingəçevirdə qadının qətli ilə bağlı cinayət işi başlandı - RƏSMİ

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Dövlət Təhlükəsizliyi Xidməti sisteminə işə götürülən işçilərin ştat sayı həddinə dəyişiklik təsdiqləndi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK