ANA SƏHİFƏ / İDMAN

Boks üzrə Azərbaycan milli komandalarının lisenziya turniri üçün heyəti müəyyənləşib

12208    |   2020-03-08 18:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşib.

Boks Federasiyasından verilən məlumata görə, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.

Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin baş məşqçisi Umberto Orta Dominqez Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu çəki dərəcələrindən 52 kq, 57 kq və 63 kq-da ilk "səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da "altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə "dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) Londona aparmağa qərar verib. 51 kq və 57 kq çəki dərəcələrində "altılıq” lisenziyaya sahib olacaqsa, 69 kq-da "beşlik”, 75 kq-da isə "dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Hazırda Abşeron Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışında olan komandalarımız hazırlığı martın 11-dək davam etdirəcəklər. Martın 12-də isə boksçularımız Böyük Britaniyaya yollanacaqlar.

Qeyd edək ki, Avropa təmsilçiləri üçün növbəti lisenziya yarışı Fransanın paytaxtı Parisdə olacaq. Dünya Olimpiya Təsnifat Turniri mayın 13-24-də keçiriləcək.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK