nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Yeni ilin qorxuducu mənzərəsi Adalet.az | Yeni ilin qorxuducu mənzərəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Yeni ilin qorxuducu mənzərəsi

29424    |   2020-01-09 14:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni ilin ilk ongünlüyünü arxada qoyuruq. Amma geri baxmaq, olanları bir də nəzərdən keçirmək ehtiyacı duyuruq.

Yeni ildə insan faciəsi

ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.İran qisas əməliyyatına başladı:İraqdakı ABŞ bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi 8 min fut yüksəkliyə qalxdıqdan sonra onun məlumatları radardan itib, təyyarə yüksəkliyi itirərək yerə çırpılıb. Təyyarənin əyləncə parkında yerə çırpılması ilə partlayış baş verib.

Təyyarədə olan 179 sərnişin və 9 nəfər ekipaj heyəti həlak olub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı, 4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub.

***

ABŞ-ın sui-qəsd komandası kimi tanınan "75-ci Ranger Alayı” İraqa göndəriləcək.
Bunu da ABŞ ordusuna yaxın "Military.com” saytı informasiya yayıb.

Bildirilib ki, 3 min 632 nəfərlik alay Vircinia ştatından yola çıxacaq.
Qeyd edək ki, "75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimi tanınır.
1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyat birliyi kimi fəaliyyət göstərir.
"75-ci Ranger”in tarixə düşən fəaliyyətləri
• 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox "Taliban” silahlısı öldürüldü.
• 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda "Əl-Qaidə”nin o dövrdəki ən təhlükəli şəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya apardılar.
• "Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdə xüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirdilər.
• 2008-ci ildə "Əl-Qaidə”nin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürdülər.
• 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında "Əl-Qaidə”nin çeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçu öldürüldü.
• 1 may 2011-ci ildə "Əl-Qaidə” lideri Usamə Bin Ladeni öldürən iki birlikdən biri məhz bu alay oldu.
• 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibin də olduğu 35 terrorçunu öldürdülər.


Yeni ildə flora və fauna faciəsi

Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb.

Bu barədə "TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzi və şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvan növlərini öldürüb.

***
Cənubi Avstraliyanın Ətraf Mühit və Su Nazirliyinin mətbuat katibi dəvələrin sayınına artmasının bölgədə çox sayda problemə səbəb olduğunu bildirib.

Beləki, 10 mindən artıq dəvənin həddən artıq su içməsinin qarşısını almaq üçün vertolyotdan vurularaq öldürüləcəyi bəyan edilib.

Rəhbərliyin təmsilçisi Marita Beyker deyib: "İsti və narahat şəraitdə sıxışıb qalmış vəziyyətdəyik, özümüzü narahat hiss edirik, çünki dəvələr çəpərləri aşırıb içəri girirlər, evlərin ətrafına toplaşırlar, kondisionerlərdən damlayan suları içməyə çalışırlar”.

Ölkə ərazisində dəvələrin ümumi sayının 1,2 milyona bərabər olduğu güman edilir. Əməliyyatın 5 gün davam eləməsi planlaşdırılır.

Ötən il Avstraliya hökuməti ölkədəki yerli heyvan növlərini məhv edən vəhşi pişikləri öldürmək üçün zəhərli sosiskalardan istifadə edəcəyini bəyan eləmişdi. 2020-ci ilə qədər 2 milyon pişiyi öldürmək planlaşdırılırdı.

Yeni ilim kahin və alimlərinin təhlükəli hesablaması

Kahin: Bir sıra önəmli proqnozları ilə gündəmə gələn astroloq Jean Dixonun 2020-ci il üçün söylədikləri ortaya çıxıb.

Bir neçə ABŞ Prezidentinə müşavirlik etmiş bu şəxsin gələcəklə bağlı söylədiyi bir çox proqnoz özünü doğuldub. O, ölkəsinin 20-ci əsrdəki ən yaxşı psixoloq və astroloqlarından biriydi.



Onun ən doğru proqnozu isə Prezident Kennedinin sui-qəsdi idi. Dixon 1956-cı ildə "Parade” jurnalında 1960-cı ildə "əməyin hakim olacağını və bir demokrat tərəfindən qazanılacağını” bildirdi. Ardınca Con Kennedinin sui-qəsdə məruz qalacağını dedi.

1971-ci ildə "The Call to Glory” (Zəfər Çağrısı) adlı kitabında "2020-2030-cu ildə İsa Məsihin gerçək olacaq ikinci gəlişi yaşanacaq”,- deyə yazmışdı. Dixon bildirirdi ki, Armagedon müharibəsi də 2020-ci ildə olacaq və 2030-cu ildə başa çatacaq. Dixonun proqnozuna görə, bundan sonra dünya məhv olacaq.

***
Alim:100 milyon ildən bir Yerə düşən asteroidlər sivilizasiyanı məhv edə bilər.

Bunu rusiyalı alim, "Roskosmos"un əməkdaşı İqor Bakaras deyib.

Alimin sözlərinə görə, məhz 65 milyon il əvvəl dinozavrlar bu cür asteroid və kometlərə görə məhv olub. Meksikanın cənub sahillərindəki 300 kilometrlik Çiksulub krateri bunun sübutudur.

Bakaras qeyd edib ki, hətta diametri 1 kilometrə çatan balaca asteroidlər belə qlobal faciəyə gətirib çıxara bilər.

Allah dünyamızı qorusun!

Əntiqə Rəşid

Adalet.az





İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Qazaxstanlı bodibilder koronavirus səbəbindən kukla ilə toyunu təxirə saldı

Ceyhun Rzayev: İndi ki bütün günü evdəsiz, bəs nağayrırsız?

Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı

Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

Niyə məhz “Koronavirus”, niyə məhz Çin? - Araşdırma

Saatı qabağa çəkmək ölümlə nəticələnə bilər

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

SON XƏBƏRLƏR
2020-04-03
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK