hacklink Adalet.az | Özümüzü kəsən qılınc... Adalet.az | Özümüzü kəsən qılınc... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Özümüzü kəsən qılınc...

Əntiqə Rəşid

5520    |   2019-12-02 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atalardan qalmış misaldı. Deyirlər, qılınc yarası sağalır, dil yarası sağalmır. Dəfələrlə "dil yarası”ndan nəsibini almış biri kimi əminliklə deyirəm,”zaman hər yaraya məlhəmdi” təsəllisi bu mövzuda kecərli deyil. Məsələn, bir necə il əvvəl jurnalist Xədicə İsmayıl sosial şəbəkədə polkovnik-leytenant Ramil Səfərovun "biabırçı cinayət” törətdiyini yazdı, fəlsəfə elmləri namizədi, 12 kitabın müəllifi Fazil Mustafa Azərbaycan tarixində şanlı səhifələr yazan Babək və Şah İsmayıl Xətaini təhqir etdi, jurnalist Eynulla Fətullayev Xocalı soyqırımında Azərbaycan ordusunu ittiham elədi, ictimaiyyətdə yeri-cəkisi olmayan, ağzının danışığını mütləq şəkilədə ayarlaya bilməyən, tələbə-psixoloq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırdı. Zaman ötdü, unutduqmu?Unudacağıqmı?

Günlərdir xalqın, millətin milli dəyərlərinə yönəlmiş yeni bir ittiham, yeni bir”dil yarası”cəmiyyətdə hiddətlə qarşılanır. Bildiyiniz kimi, politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etdi. Onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirə edilərək tənqid olundu. C. Nuriyev bildirdi ki, o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi: "Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

Uşaqdan böyüyə kimi politoloqa etiraz etməyən, onun haqsız olduğunu dilə gətirməyə qalmadı. Politoloq ictimaiyyətin hiddətini görəndən sonra müharibə iştirakcıları olan bütün qadınlardan üzr istədi. Amma həmin qadınları necə yaraladığını, psixologiyalarına erməninin vuruduğu zərbədəndə ağır zərbə vurduğunun bəlkə də hec vaxt fərqində olmayacaq...Yəni, düşünsəydi, düşüncəsi oyaq olsaydı hec o kəlməni dilinə gətirməzdi.Təəssüf ki...

Əvvəllər işlədiyim mətbu orqanda üzdə olmayan, cəmiyyətə tanıtdırılmayan Qarabağ əlilləri, veteranları, şəhidləri haqqında araşdırma yazılar hazırlayırdım.O vaxt nə internet vardı, nə sosial şəbəkələr fəaliyyət göstərirdi. Onları tapmaq ücün rayon-rayon, kənd-kənd gəzib bu qəbildən olan ailələrlə təmasda olmalıydın, döyüşcülərdən müsahibə götürməliydin, yazı hazırlamalıydın. Belə görüşlər, söhbətlər əsnasında kişi döyüşcülərin qadın döyüşcülər haqqında yüksək fikirlər ifadə etməsini eşidərkən onlarla da söhbətləşməyi özümə borc bildim. Goranboyda II qrup Qarabağ əlili Xəyal Məmmədovdan müsahibə götürəndə, o döyüşcü Sevda Səfərova, Bərdə, Tərtər batalyonlarının keçmiş döyüşçüləri ilə söhbət apararkən Qarabağın Həcəri Səbirə Mahmudova, Aida Şirinova, Gəncədə isə vaxtı ilə 864 saylı tağımın komandiri olmuş Şakir Hacıyevdən (BMP Şakir) yazı hazırlayarkən Mərziyyə Piriveva, Ağdamda II qrup Qarabağ qazisi Rafiq Kərimovla onun döyüş yolu haqqında danışarkən Rüxsarə Cumayeva, Veteran Qəhrəman Hüseynovla (Abdal Qəhrəman) müsahib olarkən Cəvahir Abdullayeva haqqında fəxrlə danışdılar. Bir sözlə, Rada Abbas, Solmaz Əliyeva, Təranə Orucova, Kəmalə Məmmədova, Nərminə Abasquliyeva, Gültəkin Quliyeva, Mətanət Abbasova, Fəridə Hicran, Xatirə Məmmədova, Ruhəngül Hüseynova, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova, Zübeydə Abdullayeva haqqında igidliklərdən beləcə xəbər tutdum. Belə tanıdım qadın döyüşçülərimizi!Hərdən özümdə qürrələnirəm ki, nə yaxşı bu döyüşçü xanımların əksəriyyətini yaxından tanımışam, mehriban dostluq münasibətlərimiz var, evlərində, ailələrində qonaq olmuşam, keşməkeşli həyat və döyüş yolları haqqında məqalələr yazmışam. Vallah, hərəsi bir romana mövzu olacaq xanımlardı!



Məlum "biyabırçı” çıxışdan sonra internet resurslarında istifadəçilərin, ictimai və siyasi xadimlərin, bütün digər peşə sahiblərinin döyüşən xanımları qızğınlıqla müdafiə etməsi Cümşüd Nuriyevin təklənməsinə, sonda üzr istəməsinə gətirib çıxardı. Şəxsən onun "üzür”ü məni sakitləşdirmədi, Ümumiyyətlə, o çıxışdan sonra C. Nuriyev dəfələrcə əfv diləsə də, başını divarlara çarpsa da, artıq heç nəyin mənası yoxdu. Dedi, bitdi, getdi...100 il keçəcək, amma minlərlə qürür duyanları, fəxr edənləri olsa belə, o qadınlar o "çıxış”ı hec vaxt unutmayacaqlar. Söz yarası sağalmır axı, ay nadanlar...

Mən də çox əsəbləşmişdim "çıxış” a.. Sözümü deməyə, etiraz etməyə bir həmsöhbət axtarırdım. Təsadüf nəticəsində çoxdan tanıdığım, şəxsiyyətinə böyük hörmət bəslədiyim, Azərbaycanın ilk qadın komandiri mayor Aidə Şirinova ilə qarşılaşdıq!Etirazımı bildirəndən, ürəyimi boşaldandan sonra dərindən nəfəs aldım. Aida xanım gülümsündü:

-Hamınızı başa düşürəm! Qarabağ uğrunda silaha sarılmış hər kəsi qorumalıyıq, müdafiə etməliyik! –dedi və xeyli susdu. Sağollaşıb ayrılanda isə müəllifi olduğu bu bir parça şeiridə söylədi:


Məni vətən yetişdirdi

Anam doğdu bu dünyaya.

İçimdəki vətən eşqi

Saldı məni bu sevdaya.


Xəzər olub ləpələndim,

Araz olub qəhərləndim,

Sevgi olub, kədər olub

Vətən boyu səpələndim.


Vətən mənə doğul, dedi.

Anam mənə oğul dedi.

Düşmənlərin başı üstə

Şimşək olub çaxıl dedi..




İmza:

YAZARIN ARXİVİ

2019-12-10 : Bizə yazırlar
2019-12-09 : QARABAĞI ALIRIQ!
2019-12-05 : BİZ HANSINDANIQ?
2019-12-04 : VAQİF İBRAHİM
2019-12-02 : O GÜN GƏLƏCƏK
2019-11-25 : Domokl qılıncı
2019-11-20 : GÜNÜN SİTATI
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK