ANA SƏHİFƏ / YAZARLAR

Əslində elə hamımız İbişik - Ümit Zileli yazır

5477    |   2019-11-18 18:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qədim zamanlardan birində padşahın xəzinəsi yenə boşalmışdı. Pulunu havaya sovurmaqdan, saraya ilxılarla at almaqdan, ziyafətlərdən, hər zaman olduğu kimi 1 qəpiyi də qalmamışdı.

Padşah vəzirlərini çağırıb nə edəcəklərini soruşdu. Vəzirlərdən biri dedi:

- Yenə xalqdan vergi toplayacağıq. Başqa yolu yoxdur, sultanım!

Padşah həm əsəbi, həm də üzgün tövrlə cavab verdi:

- Vergi qoymadığımız nəsə qalıb məgər, ay qoca vəzir? Hər zibildən vergi alırıq. Tapın görək nədən vergi yığa bilərik.

Divandakı bütün vəzirlər uzun-uzun düşündülər, amma heç cür işin içindən çıxa bilmədilər. Nəhayət yaşlı bir vəzir dedi:

- Adı "İbiş" olandan, başı keçəl olandan, bazarda xoruz satandan, bir də qorxaqlardan bir axça vergi alaq.

Bu fikir padşahın xoşuna gəldi və əmr verdi ki, işə başlanılsın. Ölkənin ən ucqar bir dağ kəndində yaşayan İbiş adlı vətəndaş bu vəziyyətdən xəbərsiz, evin ehtiyaclarını qarşılamaq, arvadına da bir cüt başmaq almaq üçün hindəki çilli xoruzu qoltuğuna alıb qəsəbənin bazarına getdi. Başına gələcək fəlakətdən xəbərsiz idi.

Bazara çatar-çatmaz xoruzunu almaq istəyən bir müştəri ilə bazarlıq edib əl sıxdı və xoru8zu 4 axçaya satdı. Xoruzunu yaxşı qiymətə satmağın sevincini yaşayan zaman qabağını vergi toplayan məmurlar kəsdi.

- Xoruzunu satdın?

- Hə.

- İndi isə 1 axça xoruzsatma vergisini ver.

İbiş təəccübləndi:

- Xoruz satmağın da vergisi olurmuş?

Mübahisə uzandı və əhali də onların başına yığıldı. Adamlardan biri səsləndi:

- İbiş əfəndi, boşuna özünü yorma! Bunların əlindən qurtula bilməzsən! 1 axçanı ödə, canın qurtulsun.

Məmur bunu eşidib dedi:

- Aha! Adı da İbiş imiş! Vergi borcu 2 axça oldu!

İbiş bunu eşidib dəli oldu və "İbişlik vergisi də varmış!" deyib qaçmaq istəyəndə papağı başından düşdü və başının keçəl olduğu da görüldü. Məmurlar bunu görən kimi dedi:

- Bunun başı da keçəl imiş! 1 axça da keçəllik vergisi!

Yazıq İbiş bunu eşidən kimi ağlayıb yalvarmağa başladı:

- Etmə, eləmə, ağa! Mən evə gedəndə arvadıma nə deyərəm? Vallah, məni evə buraxmaz! Əlində maşa üstümə cumar!

Məmur bu dəfə kədərli bir səslə son zərbəni endirmiş:

- Qardaşım, sən üstəlik arvaddan qorxan da çıxdın! 1 axça da buna görə vergi.

Əslində elə hamımız İbişik.



Dilimizə uyğunlaşdıran Ulucay Akif



İmza:

YAZARIN ARXİVİ

2020-06-24 : Messi - 250!
SON XƏBƏRLƏR
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK