ANA SƏHİFƏ / GÜNDƏM

Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib - Video

5413    |   2019-11-06 14:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Firuzə Gülalıyeva həyat yoldaşı hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, F.Gülalıyeva İTV telekanalına müsahibəsi zamanı deyib ki, həyat yoldaşının müalicəsi Türkiyədə davam etdiriləcək:

"Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində, bizim istəyimizi nəzərə alınaraq Oqtay Gülalıyevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Xəstə bu gün artıq Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alıb Oqtay Güləliyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardımçı olmasına dəstək oldu”.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində başından ciddi xəsarət alan Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək.




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK